18 Noyabr 2026 00:11
250
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında


№ 382


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.3-cü bənd üzrə:

1.1.1. 3.3.3-cü yarımbəndə “bağlanılmış” sözündən sonra “abunə müqaviləsinə dair zəruri tələbləri əks etdirən” sözləri, birinci halda “surəti (surətləri)” sözlərindən sonra “və tətbiq edilən müqavilə nümunəsi” sözləri əlavə edilsin;

1.1.2. 3.3.4-cü yarımbənd müvafiq olaraq 3.3.9-cu yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 3.3.4 ̶ 3.3.8-ci yarımbəndlər əlavə edilsin:

“3.3.4. xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsində istismar olunan telekommunikasiya vasitələrinin adı, markası, modeli, seriya nömrəsi, istehsal tarixi və quraşdırıldığı ünvana dair məlumatları əks etdirən sənədlərin surəti;

3.3.5. xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsinin strukturu, abunəçi tutumu həddi və istismara verilməsi mərhələləri barədə məlumat, telekommunikasiya şəbəkəsinin vektor xəritəsi;

3.3.6. internet telekommunikasiya xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;

3.3.7. internet telekommunikasiya xidməti göstərdiyi abunəçilərə dair mülkiyyətçisi olduğu fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarış;

3.3.8. ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma haqqında məlumat və qoşulmanı təmin edən müqavilənin surəti;”;

1.2. 3.13-cü bənd üzrə:

1.2.1. 3.13.2-ci yarımbəndə “növü” sözündən sonra “və fəaliyyətinin əhatə dairəsi” sözləri əlavə edilsin;

1.2.2. 3.13.4-cü yarımbənd müvafiq olaraq 3.13.11-ci yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 3.13.4 ̶ 3.13.10-cu yarımbəndlər əlavə edilsin:

“3.13.4. hüquqi ünvanı;

3.13.5. fəaliyyət ünvanı;

3.13.6. internet informasiya ehtiyatı;

3.13.7. fəaliyyət növü;

3.13.8. telefon nömrəsi;

3.13.9. elektron poçt ünvanı;

3.13.10. tətbiq edilən müqavilə nümunəsi;”;

1.3. 4.1-ci bəndə “hal” sözündən sonra “, həmçinin sənədləri təqdim edən şəxsə dair məlumatlar” sözləri əlavə edilsin;

1.4. həmin Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:

1.4.1. “İnternet informasiya ehtiyatının ünvanı: ______________” sətrində “ehtiyatının ünvanı” sözləri “ehtiyatı” sözü ilə əvəz edilsin;

1.4.2. “Fəaliyyətinin əhatə dairəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

“Xidmət göstərdiyi istifadəçi növü (biri və ya hər ikisi seçilməlidir):

Fərdi ☐

Korporativ ☐”;

“Xidmətin satış növü (biri və ya bir neçəsi seçilməlidir):

Topdan ☐

Pərakəndə ☐

Yenidən satış ☐”;

1.4.3. birinci halda “Elektron poçt ünvanı: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

“Əlaqələndirici şəxsin soyadı, adı və atasının adı: ______________

Əlaqələndirici şəxsin telefon nömrəsi: ______________

Əlaqələndirici şəxsin elektron poçt ünvanı: ______________”;

1.4.4. “Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

“FİN: ______________”;

1.4.5. “Təqdim olunan məlumatların həqiqiliyini” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və ya Nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən uçota alınmaq üçün ərizə vermiş hüquqi şəxsin bu ərizədə qeyd edilmiş elektron poçt ünvanına daxil olan məktubların daxil olduğu gündən 3 (üç) iş günü keçdikdən sonra rəsmi qaydada verilmiş hesab olunacağını” sözləri əlavə edilsin;

1.5. həmin Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:

1.5.1. “Seriya və nömrə: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

“FİN: ______________”;

1.5.2. “İnternet informasiya ehtiyatının ünvanı: ______________” sətrində “ehtiyatının ünvanı” sözləri “ehtiyatı” sözü ilə əvəz edilsin;

1.5.3. “Fəaliyyətin əhatə dairəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

“Xidmət göstərdiyi istifadəçi növü (biri və ya hər ikisi seçilməlidir):

Fərdi ☐

Korporativ ☐”;

“Xidmətin satış növü (biri və ya bir neçəsi seçilməlidir):

Topdan ☐

Pərakəndə ☐

Yenidən satış ☐”;

1.5.4. birinci halda “Elektron poçt ünvanı: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

“Əlaqələndirici şəxsin soyadı, adı və atasının adı: ______________

Əlaqələndirici şəxsin telefon nömrəsi: ______________

Əlaqələndirici şəxsin elektron poçt ünvanı: ______________”;

1.5.5. “Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: ______________” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

“FİN: ______________”;

1.5.6. “Təqdim olunan məlumatların həqiqiliyini” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və ya Nazirliyin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən uçota alınmaq üçün ərizə vermiş fiziki şəxsin bu ərizədə qeyd edilmiş elektron poçt ünvanına daxil olan məktubların daxil olduğu gündən 3 (üç) iş günü keçdikdən sonra rəsmi qaydada verilmiş hesab olunacağını” sözləri əlavə edilsin.

2. Bu Qərarın 1.1-ci bəndi bu Qərar qüvvəyə mindikdən sonra uçota alınma üçün ərizə ilə müraciət edən internet telekommunikasiya xidməti göstərən operatorlara və provayderlərə şamil edilir.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 13 ” “ noyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edildi 

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib  

19:26
17 Noyabr

Mask Starship-in təkrar uçuşa hazır olduğunu deyib 

19:24
17 Noyabr

ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  

19:18
17 Noyabr

Qaraciyəri qoruyan meyvə  

18:58
17 Noyabr

Danışıq qabiliyyətinin zəifləməsi insanda yox olmaq hissi yaradır

18:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!