09 Yanvar 2026 00:40
244
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında


№ 3


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 3 iyun tarixli 209-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 424 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 56 (Cild I); 2024, № 4, maddə 440, № 6 (II kitab), maddə 730, № 9, maddə 1090; 2025, № 7, maddə 720) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci bənddə “verildikdə” sözü “verildiyi andan dərhal” sözləri ilə əvəz edilsin;

2. 4.2-1-ci bəndin birinci cümləsinə “yarandıqda,” sözündən sonra “həmin müddətin bitdiyi andan dərhal” sözləri əlavə edilsin;

3. 4.2-2-ci bəndin birinci cümləsindən “sifarişli poçt göndərişi ilə” sözləri və həmin bəndin ikinci cümləsi çıxarılsın;

4. 4.7-ci bənddə “Tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir” sözləri “Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Reyestrə ötürülməsi təmin edilir” sözləri ilə əvəz edilsin.



Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 7 ” “ yanvar ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Motorola”dan futuristik yenilik

18:31
09 Yanvar

 Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasında yeni mərhələ  

18:29
09 Yanvar

Ədliyyə naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib  

18:26
09 Yanvar

Türk politoloq : Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində regional liderliyini gücləndirir  

18:09
09 Yanvar

İran dünyadan təcrid olunub  

18:03
09 Yanvar

Rusiya XİN “Marinera” tankerinin ekipajında olan iki Rusiya vətəndaşının azad edildiyini bildirib  

18:01
09 Yanvar

Ekspert: Türkiyənin enerji şirkətlərinin Azərbaycanda Günəş və külək enerjisi layihələrində iştirakı gündəmdədir  

17:51
09 Yanvar

Vatikan tarixi binanı icarəyə verəcək  

17:47
09 Yanvar

Baş prokuror paytaxtın Pirallahı rayonunda vətəndaşların müraciətlərini dinləyib  

17:41
09 Yanvar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şabranda vətəndaşlarla görüşüb  

17:39
09 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:28
09 Yanvar

Gənclərin peşə seçiminə yeni dəstək: Peşə təmayüllü siniflər genişlənir

17:21
09 Yanvar

Volodimir Zelenski: Kiyevdə və ətraf bölgədə Rusiyanın kütləvi hücumunun nəticələri aradan qaldırılır  

17:17
09 Yanvar

Kənd təsərrüfatı naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib  

17:09
09 Yanvar

İtalyan ekspert : Azərbaycan formalaşan əsas və əlverişli geosiyasi planda etibarlı tərəfdaşdır  

17:01
09 Yanvar

Azərbaycan cüdoçuları dünyanın ən böyük və nüfuzlu təlim düşərgəsində 

16:54
09 Yanvar

Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salınıb  

16:24
09 Yanvar

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür ediblər  

16:22
09 Yanvar

Rövşən Tağıyev: Hər bir yol nişanı hərəkətin təhlükəsizliyinə xidmət edir  

16:20
09 Yanvar

ADIF-ə daxilolmalar bağlanan banklara görə artıb?  

16:19
09 Yanvar

Mədəniyyət naziri Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:15
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!