№ 413
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 385 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1003 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161; 2025, № 7, maddə 730; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 oktyabr tarixli 290 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndindən “sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161; 2025, № 7, maddə 730; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 oktyabr tarixli 290 nömrəli və 13 oktyabr tarixli 298 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin 3.1.6-cı yarımbəndindən “sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 975 (Cild I); 2025, № 7, maddə 730, № 9, maddə 865; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 oktyabr tarixli 290 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.2. çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər xidmətləri göstərmək və onların münasib əmək fəaliyyətinə cəlb olunması üçün tədbirlər görmək;”;
3.2. 2.1.3-cü yarımbənddə “tibbi, mədəni və başqa xidmətlər, sosial-məsləhət yardımı göstərmək, sosial reabilitasiya tədbirlərini həyata keçirmək və onları” sözləri “tibbi-sosial, sosial-mədəni və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər xidmətləri, sosial-məsləhət yardımı göstərmək və onları münasib” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 26 ” “ dekabr ” 2025-ci il