Tender predmeti:
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat
və Notariat Baş İdarəsi, respublikanın şəhər və rayon qeydiyyat şöbələrində, dövlət notariat ofislərində 2020-ci il ərzində istifadə ediləcək dəftərxana
mallarının, müxtəlif növ lövhələrin və katriclərin elektron satın alınması
Malların,
işlərin və xidmətlərin təchiz olunma müddəti - 2020-ci il ərzində.
Tender iştirakçıları
öz tender təkliflərini "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun
və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq dövlət satınalmalarının
vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Müqaviləni
yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına
malik olmalıdırlar.
Tenderdə iştirak
etmək istəyənlər 50 (əlli) manat məbləğində iştirak haqqını "ASAN Ödəniş” vasitəsilə
göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər
toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada
ala bilərlər.
Ödənilmiş
iştirak haqqı heç bir halda geri qaytarılmır.
Ədliyyə Nazirliyinin
Qeydiyyat və Notariat Baş İdarəsi
Hesab №: AZ61CTRE00000000000002088403
VÖEN:
1300498771
Bank adı:
Dövlət Xəzinədarlığı Agentliyi
Kodu:
210005
VÖEN:
1401555071
Müxbir hesab:
AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK:
CTREAZ 22
Büdcə təsnifatının
kodu: 142330
Büdcə səviyyəsinin
kodu: 7
İddiaçılar
tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə
iştirak etmək üçün yazılı müraciət;
- tenderdə
iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi
(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi
dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra
ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan
Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq
dövlət orqanının arayışı (01.08.2020-ci il tarixdən sonra alınmalıdır);
- iddiaçının
son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə
hesabatının surəti;
- iddiaçının
son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (01.08.2020-ci il tarixdən
sonra alınmalıdır);
- iddiaçının
tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi) və dövlət qeydiyyatı haqqında
şəhadətnamənin və reyestrdən çıxarışın surətləri (notarial qaydada təsdiq olunmalıdır);
- təşkilatın rəsmi blankında dərc olunmuş rekvizitləri
(notarial qaydada təsdiq olunmalıdır).
Sənədlər Azərbaycan
dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender
təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar
tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar
tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 30 sentyabr 2020-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı
sənədlərini isə 08 oktyabr 2020-ci il saat
11:00-a qədər vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların
təklifləri 09 oktyabr 2020-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın
nəticələri haqqında Portal vasitəsilə tanış ola bilərlər.
Tender komissiyası