Tender predmeti:
- Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi, respublikanın
şəhər və rayon qeydiyyat şöbələrində, notariat ofislərində 2020-ci ildə istifadə
ediləcək dəftərxana və təsərrüfat mallarının elektron satın alınması
Malların,
işlərin və xidmətlərin təchiz olunma müddəti - 2020-ci il ərzində.
Tender iştirakçıları
öz tender təkliflərini "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun
və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq dövlət satınalmalarının
vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Müqaviləni
yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlara malik
olmalıdırlar.
Tenderdə iştirak
etmək istəyənlər 300 (üç yüz) manat məbləğində iştirak haqqını "Asan Ödəniş” vasitəsilə
göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər
toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada
ala bilərlər.
Ödənilmiş
iştirak haqqı heç bir halda geri qaytarılmır.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi
Hesab №: AZ61CTRE00000000000002088403
VÖEN: 1300498771
Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Büdcə təsnifatının kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İddiaçılar
tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderde iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən
azı 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank
təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə
olmalıdır);
- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında
müvafiq dövlət orqanının arayışı (01.04.2020-ci il tarixdən sonra alınmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları
tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında
bank arayışı (01.04.2020-ci il tarixdən sonra alınmalıdır);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi)
və dövlət qeydiyyatı haqqında şəhadətnamənin və reyestrdən çıxarışın surətləri
(notarial qaydada təsdiq olunmalıdır);
- təşkilatın rəsmi blankında dərc olunmuş rekvizitləri
(notarial qaydada təsdiq olunmalıdır).
Sənədlər Azərbaycan
dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender
təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar
tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar
tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 19 may 2020-ci il saat 13:00-a qədər, tender təklifi və bank təminatı
sənədlərini isə 01 iyun 2020-ci il saat 13:00-a qədər vahid internet Portalı vasitəsilə
təqdim etməlidirlər.
İddiaçıların
təklifləri 02 iyun 2020-ci il tarixdə saat
13:00-da açılacaqdır.
İddiaçılar
açılışın nəticələri haqda Portal vasitəsi ilə tanış ola bilərlər.
E-şərtlər
toplusunu 25 aprel 2020-ci il saat 20:00-dan sonra əldə etmək olar.
Elektron açıq
tender üsulu ilə keçirilən müsabiqə "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun aparılacaqdır.
Tender komissiyası