02 Avqust 2025 20:01
662
SİYASƏT
A- A+
Azərbaycan qazının Suriyaya nəqli dağıdılmış bir dövlətin ayağa qalxmasına uzadılmış qardaş əlidir

Azərbaycan qazının Suriyaya nəqli dağıdılmış bir dövlətin ayağa qalxmasına uzadılmış qardaş əlidir

Bu gün tarix yazılır. Türkiyənin Kilis şəhərindən başlayaraq Suriyanın torpaqlarına doğru irəliləyən Azərbaycan təbii qazı təkcə enerji axını deyil, eyni zamanda, regional sabitlik, humanitar həmrəylik və strateji iradənin rəmzidir. Bu hadisə Azərbaycanın həm enerji diplomatiyasının, həm də geosiyasi məsuliyyətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi məhsuldar müzakirələr bu gün reallığa çevrilən əməkdaşlığın ideya təməlini qoyub. Suriyanın ağır enerji böhranı fonunda Azərbaycanla əməkdaşlığı xüsusi bir strateji önəm daşıyır. SOCAR ilə Suriya hökuməti arasında imzalanmış Anlaşma Memorandumu artıq konkret nəticə doğurur. Bu, sözlə əməl arasında fərq qoymayan bir siyasi məktəbin, Prezident İlham Əliyevin siyasi fəlsəfəsinin canlı təzahürüdür.

“Bugünkü hadisə Azərbaycanın klassik enerji ixracatçısından daha artıq olduğunu sübut edir. Azərbaycan bu gün təkcə qaz ixrac etmir, həmçinin sabitlik, rifah, etimad və perspektivlər yaradır. Suriyanın bərpa mərhələsində Azərbaycan qazının oraya çatması, əslində, dağıdılmış bir dövlətin ayağa qalxmasına uzadılmış qardaş əlidir. Biz regionda mövcud olan boşluqları istismar etməyə yox, doldurmağa çalışan nadir dövlətlərdən biriyik.

Bu addımın məkan və zaman baxımından da simvolik məna daşıdığını qeyd etməliyik. Məkan baxımından, deyə bilərik ki, Azərbaycan qazı qardaş Türkiyə vasitəsilə Suriyaya ötürülür. Bu, Bakı-Ankara-Dəməşq üçbucağında yeni strateji əməkdaşlıq konfiqurasiyasının yaranmasından xəbər verir. Zaman baxımından isə deyə bilərik ki, müharibələr, parçalanmalar və enerji böhranı fonunda Azərbaycanın ortaya qoyduğu bu humanitar və strateji jest, region dövlətlərinin bir-birini yenidən tanımağa və güvənə bilməsinə şərait yaradır”, - deyə Fatma Yıldırım vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan bu prosesdə təşəbbüskar və sabitləşdirici gücdür. Biz enerji siyasətimizi yalnız iqtisadi maraqlar əsasında deyil, həm də insani və mənəvi məsuliyyətlər fonunda yürüdürük. Bu, Azərbaycanın regionda və dünyada qazandığı hörmətin səbəbidir.

Beləliklə, Suriyada səhiyyə və təhsil müəssisələri fəaliyyətini davam etdirəcək, sosial həyatın əsas dayaqları tədricən bərpa olunacaqsa, bu, Azərbaycanın öz imkanlarını yalnız iqtisadi dividendlər üçün deyil, həm də regional sabitlik və humanitar dəyərlər naminə səfərbər etdiyini göstərir. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi bir daha sübut edir ki, biz enerji siyasətimizi təkcə ixrac deyil, həm də etimad, əməkdaşlıq və inkişaf vasitəsi kimi görürük. Bu, Prezident İlham Əliyevin formalaşdırdığı strateji baxışın və Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!