15 May 2023 16:49
1285
Qəbullar
A- A+
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib  YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu dedi. Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğuladı. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirdi və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı bu yaxınlarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmnunluqla bildirdi.

Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önəmini qeyd etdi.

Tənzilə Narbayeva, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Özbəkistan Prezidenti strateji tərəfdaşlığa söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndiririr və Azərbaycan Prezidentinə qardaşlıq münasibətləri bəsləyir.

Azərbaycan Prezidenti salamlara və xoş sözlərə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını dedi, bu yaxınlarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı.

Öz növbəsində Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğuladı.

Özbəkistan Ali Məclisi Senatının sədri Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini bildirərək Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd etdi. Vurğuladı ki, Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.

Qonaq bildirdi ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.

O, eyni zamanda, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd etdi və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artdığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurğuladı.

Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxundu, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırdı.

Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə də təşəkkürünü bildirdi.

Söhbət zamanı xalqlarımız arasında ortaq tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edildi.

Görüşdə qeyd edildi ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birgə Fond var. Hər iki prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır.

Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulandı, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!