Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün yekunlarına dair “İstanbul Bəyannaməsi” imzalanıb
İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün sonunda “İstanbul Bəyannaməsi” imzalanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf imzalanan bəyannamənin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin adından tədbir iştirakçılarını salamlayan parlament sədri Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yenidən qardaş Türkiyə Respublikasına səfər etməyindən məmnun olduğunu bildirib, Türkiyə Böyük Millət Məclisinin sədri professor Mustafa Şentopa Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünə dəvətə, göstərdiyi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.
Bir neçə gün öncə qardaş Türkiyə xalqının 15 İyul - Demokratiya və Milli Birlik Gününün 6-cı ildönümünü qeyd etdiyini xatırladan Milli Məclisin sədri Azərbaycan xalqının və dövlətinin bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pislədiyini, hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.
Qeyd edilib ki, təxminən bir il bundan əvvəl Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib. Həmin görüşdə parlamentlərimiz arasında üçtərəfli əməkdaşlıq formatı təsis edilib. Bu format böyük əhəmiyyətə malikdir. Belə ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsi müxtəlif sahələrdə əməkdaşlığın davamlı inkişafı ilə xarakterizə olunur. Xalqlarımızın təmsilçiləri olaraq biz parlamentarilər də bu platformanı yaratmaqla həmin prosesə öz töhfəmizi veririk. Bu platforma həm də parlament diplomatiyasının müasir dövrdə beynəlxalq əməkdaşlığın mühüm vasitəsi kimi vacib rolunu vurğulayır.
Bildirilib ki, ötən dövr ərzində beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz və səmərəli əməkdaşlığımız da bu üçtərəfli formatın zəruriliyini bir daha təsdiq edir.
İkinci Üçtərəfli Görüş çərçivəsində biz bu formatın daha da gücləndirilməsi, üç ölkə parlamenti arasında praktiki əməkdaşlıq platformasına çevrilməsi imkanlarını nəzərdən keçirdik, gələcək inkişaf perspektivlərini müzakirə etdik.
“Mən İkinci Üçtərəfli Görüş çərçivəsində qəbul etdiyimiz İstanbul Bəyannaməsini də qeyd etmək istərdim. Bəyannamədə bir çox önəmli məsələlərə dair fikir birliyimiz və ortaq mövqeyimiz öz əksini tapıb. Bu mənada, Bəyannamə qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.
Mən xüsusən Azərbaycan Respublikasının işğaldan azad olunan torpaqlarının bərpası və yenidən qurulmasına, Cənubi Qafqazda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mehriban qonşuluq münasibətlərinin yaradılmasına verdikləri dəstəyə görə qardaş ölkə parlamentlərinə öz təşəkkürümü bildirirəm”, - deyə Milli Məclisin Sədri ifadə edib.
Azərbaycan parlamentinin spikeri bildirib ki, bu gün apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar üçtərəfli əməkdaşlığımızın ölkələrimizin və xalqlarımızın maraqları və rifahı naminə daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!