Azərbaycan-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
Mayın 4-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. O, qonaqların ölkəmizə bu səfərinin Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təsadüf etdiyini məmnunluqla bildirib. Qeyd edib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.
Parlament sədrinin birinci müavini bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanla əlaqələr bir çox sahələrdə yüksələn xətlə inkişaf edir. Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq daha da möhkəmlənir.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, iqtisadi, hərbi-texniki sahələrdə səmərəli əməkdaşlıq inkişaf edir.
Birinci vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun fəsadları və aradan qaldırılması istiqamətində atılan addımlar barədə danışıb. O, müxtəlif dövrlərdə BMT-nin Baş Assambleyasında münaqişənin həlli ilə bağlı qəbul edilən qətnamələr barədə söhbət açıb və Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib. Milli Məclis sədrinin birinci müavini 2012-ci ildə Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul olunan sənədin önəmini qeyd edib.
Ziyafət Əsgərov bildirib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bu çərçivədə ölkəmizdə IV İslam Oyunları keçiriləcək. O, bu idman yarışlarında iştirak edəcək pakistanlı idmançılara müvəffəqiyyətlər arzulayıb.
Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkəmizə səfərindən məmnun qaldığını deyib. O, Bakıda keçirilən Forum münasibətilə təbriklərini çatdırıb və tədbirin işinə uğurlar arzulayıb. Bildirilib ki, qarşılıqlı səfərlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən deputatların görüşləri, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli əməkdaşlığı çox önəmlidir.
Murtaza Abbasi ölkəsində həyata keçirilən Çin-Pakistan dəhlizi layihəsi barədə məlumat verib. O, ümid etdiyini bildirib ki, bu layihənin reallaşması bütün müsəlman ölkələri üçün faydalı olacaq.
Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə kon...
29 Aprel
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!