Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
"Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır".
İlham ƏLİYEV
Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycana göstərilən etimad və inam təkcə regionla məhdudlaşmır. Bu gün güclü və qalib Azərbaycan yeni reallığın müəllifidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın regional və qlobal miqyasda rolunu gündən-günə gücləndirir.
Ötənlərə nəzər salsaq, Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi bağlar üzərində olan münasibətlərin çoxəsrlik tarixə malik olduğunu görərik.
Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan türk dünyasının qüdrətli dövlətlərindəndir. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, ortaq dəyərlərimizi birləşdirmək Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur.
Bu gün isə möhtərəm Prezident İlham Əliyev Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. İki ölkə arasında əməkdaşlıq səyləri, o cümlədən iqtisadi-ticarət, investisiya tərəfdaşlığı getdikcə genişlənir. Hazırda Özbəkistanla əlaqələrin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətləri də həlledici rol oynayır.
Türk dünyasında Özbəkistan Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Son zamanlar iqtisadi əməkdaşlıq sahəsində bir çox layihə həyata keçirilir. Müxtəlif məhsullar üzrə iki ölkə arasında idxal və ixrac, o cümlədən yaranmış əlverişli investisiya mühitini dəyərləndirmək üçün qarşılıqlı olaraq investisiya qoyuluşları həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində təşkil olunan və hər iki ölkənin işgüzar nümayəndələrinin iştirak etdiyi görüşdə "Matanat A" Şirkətlər Qrupunun fəaliyyəti və həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verildi. Heç şübhəsiz, cənab Prezidentin sahibkarlara göstərdiyi diqqət və qayğının nəticəsində şirkətlər qrupu bu gün qloballaşaraq dünya miqyasında tanınan və ən son innovativ texnologiyalar ilə məhsullar istehal edərək, ölkənin sosial-iqtisadı həyatında əsas rol oynayır. Məhz dövlətimizin qayğısı və diqqəti sayəsində şirkətimiz tərəfindən Özbəkistanın Qaşqadərya vilayətində gips və gips-karton məhsullarının istehsalı zavodunun inşası həyata keçiriləcək. Cənab Prezident "Matanat A" Şirkətlər Qrupuna aid olan zavodların açılışında hər zaman şirkətlər qrupumuzun fəaliyyəti ilə mütəmadi tanış olduğunu bildirərək, bunların ölkə iqtisadiyyatına və sənaye istehsalının inkişafına böyük töhfələr verdiyini vurğulamış, dövlətin dəstəyi ilə fəaliyyətimizi daha da genişləndirməyi tövsiyə etmişdir.
Dövlət başçısının yerli şirkətlərin xarici ölkələrə sərmayə qoyuluşunu dəstəkləməsi və məqsədəuyğun hesab etməsinin nəticəsi olaraq bu tarixi səfərdə qardaş ölkədə təməli qoyulan zavodumuz, eləcə də gələcəkdə həyata keçiriləcək digər beynəlxalq layihələrimizin hər biri ölkəmizin inkişafına xidmət edəcək.
Şübhəsiz ki, ölkələri birləşdirən dəyərlərin əsasını mədəniyyət təşkil edir. Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində qurulmuşdur. Ölkələrimiz tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə çox yaxındır. Azərbaycan-Özbəkistan arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır.
Səfər çərçivəsində təşkil olunan təntənəli qala-konsert proqramında hər iki xalqın bir-birinin mədəniyyətindən bəhrələnməsi bir daha qardaş Özbəkistanla möhkəm mənəvi bağlılığımızın yüksək göstəricisidir.
Dünya ədəbiyyatına misilsiz töhfələr verən Nizami Gəncəvi, Əlişir Nəvai kimi dahi şəxsiyyətlər yetişdirən Azərbaycan və Özbəkistanın dostluğu sarsılmaz və əbədidir. Türk qardaşlıq dünyasının lideri möhtərəm Prezident İlham Əliyevin "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır" deyərək ortaya qoyduğu yeni hədəflər türk dünyasının gələcəyinə və münasibətlərin daha da möhkəmlənməsinə yeni töhfələr verəcək.
Elxan BƏŞİROV,
"Matanat A" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri
“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib
Təcili qanı artıq dronlar çatdıracaq
EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında
Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK
"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb
Klozedən Mahir Emreli açıqlaması
“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır
Avropa Komissiyasının Prezidenti Kiyevə gedir
İran müharibəyə qoşula bilər
“Qarabağ” – “Neftçi” matçını kim idarə edəcək?
İnsanların Ayda məskunlaşması artıq daha realdır
“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?
Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu
Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK
Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağlayıb
Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub YENİLƏNƏCƏK
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!