29 Noyabr 2012 01:11
244
CƏMİYYƏT
A- A+
Azərbaycan Mətbuat Şurasında Həsən bəy Zərdabinin anım günü keçirilib

Azərbaycan Mətbuat Şurasında Həsən bəy Zərdabinin anım günü keçirilib

 

Noyabrın 28-də  Azərbaycan Mətbuat Şurasında milli mətbuatımızın banisi, dahi mütəfəkkir Həsən bəy Zərdabinin anım günü keçirilib. Tədbirdə Zərdabi irsinin tədqiqatçıları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimai xadimlər iştirak ediblər.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası bir neçə il əvvəl Həsən bəy Zərdabinin dünyadan köçdüyü 28 noyabr tarixinin böyük şəxsiyyətin anım günü kimi qeyd edilməsi ilə bağlı təşəbbüs qaldırıb və bu təşəbbüs artıq ənənəyə çevrilib. Bu gün baş tutan mərasim də həmin ənənədən qaynaqlanır. "Hər il Azərbaycan Mətbuat Şurası, ümumilikdə ölkəmizin media ictimaiyyəti 22 iyul Milli Mətbuat günündə Həsən bəyin qurucusu olduğu "Əkinçi" qəzetinin işığına toplaşır. Həm bu qəzet, həm də Zərdabi haqqında dəyərli fikirlər səslənir. Amma hesab edirik ki, bu böyük insan, əsl vətənpərvər haqqında nə qədər deyilsə, yenə də  azdır. Bütün varlığını Azərbaycana bağlamış dahinin hamımıza örnək həyat yolu və fəaliyyəti daim xatırlanılmalıdır", - deyə o vurğulayıb.

Zərdabi irsini Azərbaycanın keçmişi, bu günü və gələcəyi baxımından misilsiz məxəz adlandırmış Ə.Amaşov onun öyrənilməsində xidmətləri olan şəxslərin əməyinin yüksək qiymətləndirilməsinin zəruriliyindən söhbət açıb. Onların bir qisminə Azərbaycan Mətbuat Şurasının fəxri diplomalarını təqdim edib. Bu sırada Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, Zərdab rayonunda çıxan "Əkinçi" qəzetinin baş redaktoru İsaməddin Əhmədov, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, İctimai Televiziyanın Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən bəhs edən filminin müəllifi Qərənfil Xəlilova, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı, hərbi jurnalist Şəmistan Nəzirli, Elmira Qasımova və Eldəniz Həsənov kimi dəyərli tədqiqatçılar var. Tədbirdə həmçinin bildirilib ki, hazırkı dövrdə Həsən bəy Zərdabi ilə bağlı elmi yeniliklərin əhəmiyyətli qismi Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəşriyyatında çap olunub. Bu işi səmərəli şəkildə həyata keçirdiyi üçün BAMF rəhbəri Umud Rəhimoğlu da Mətbuat Şurasının fəxri diplomu ilə təltif edilib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı bildirib ki, xalqımızın min illər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlər sistemində böyük yaradıcı şəxsiyyətlərin qoyub getdiyi irs zaman-zaman həyatı dəyişdirmiş, məmləkətimizi sivil dəyərlərə qovuşdurmuşdur. Bu mənada Zərdabi fenomeni xüsusi vurğulanmalıdır. Onun istər "Əkinçi" qəzetindəki, istərsə də sonrakı dövrlərdəki fəaliyyəti Azərbaycanı dövlət müstəqilliyinə daşıyan misilsiz dəyərlər sistemi formalaşdırıb.

Uzun illər Həsən bəy Zərdabinin həyat və yaradıcılığının öyrənilməsi ilə məşğul olmuş BDU-nun professoru İzzət Rüstəmov bildirib ki, "Əkinçi" qəzetinin səhifələrində yer alan baxışlar bu gün üçün də aktuallığını saxlayır, bir növ mayak rolunu oynayır. Nəşr təkcə əkin-biçin texnologiyalarını təbliğ etmirdi, eyni zamanda böyük maarifçi rolu oynamaqla insanları inamlı gələcəyə doğru səsləyirdi. "Əkinçi" qəzeti qısa yaşasa da, uzun ömür sürdü. Bu, əvəzsiz şəxsiyyət Həsən bəy Zərdabinin böyük əməyinin, xalq və millət qarşısındakı yorulmaq bilməyən fəaliyyətinin nəticəsi idi.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Həsən bəy Zərdabini mətbuatın, söz sənətinin yolunu işıqlandıran fədakar insan kimi xarakterizə edib. Bildirib ki, bu yolda olan hər bir məziyyət ətraflı şəkildə cəmiyyətə çatdırılmalıdır. Həsən bəy Zərdabinin irsinin tədqiqatçılarının əməyini yüksək qiymətləndirən deputat gələcəkdə dahi mütəfəkkirin fəaliyyətinə dair daha səmərəli elmi işlərin ortaya qoyulacağına əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas da çıxışında ustad şəxsiyyət Həsən bəy Zərdabinin irsinin daha dərindən öyrənilməsinə ehtiyac duyulduğunu deyib. O, eyni zamanda bu istiqamətdə kifayət qədər sanballı sənət nümunələrinin ortaya qoyulduğunu da bildirərək Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olmuş şəxslərin həyat və yaradıcılığı ilə bağlı akademik nəşrlərin hazırlanmasının vacibliyinə diqqət çəkib.

Həsən bəy Zərdabi ilə əlaqədar çəkilmiş filmin müəllifi, İTV-nin əməkdaşı, tanınmış jurnalist Qərənfil Xəlilova belə dahi şəxsiyyəti olan xalqın böyük xalq olduğunu dilə gətirib. Sözügedən sənət əsərinin ərsəyə gəlməsi zamanı görkəmli mütəfəkkirlə bağlı rastlaşdığı yeni faktlardan söhbət açan jurnalist bildirib ki, bunlar Zərdabi şəxsiyyətinin Azərbaycanın fikir tarixindəki rolunun böyüklüyünü bir daha təsdiqləyir.

Tədqiqatçı jurnalist Şəmistan Nəzirli Azərbaycan mətbuatı tarixində Həsən bəy Zərdabi ilə yanaşı, onun həyat yoldaşı Hənifə xanım Abayevanın da müstəsna rolunun olduğunu vurğulayıb. Dahi mütəfəkkirin həyat və fəaliyyətinə nəzər salarkən Hənifə xanım amilinə də xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, cəmiyyət nə qədər dəyişikliyə məruz qalsa da, onun bəlli dəyərlər sistemi var və həmin sistem bütöv bir xalqın xarakterizə olunması nöqteyi-nəzərdən müstəsna önəm daşıyır.

MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas Həsən bəy Zərdabini mənəvi etalon kimi dəyərləndirib, onu xalqa, millətə təmənnasız xidmətin təkrarsız və bənzərsiz nümunəsi adlandırıb.

Zərdab rayonunda çıxan "Əkinçi" qəzetinin baş redaktoru, Zərdabi irsinin tədqiqatçısı İsaməddin Əhmədov dahi mütəfəkkirin yaradıcılıq mərhələlərinin təsnifatını verib. Bu baxımdan onun "Kaspi" qəzetindəki fəaliyyətinin müstəsna önəm daşıdığını deyib.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli də eyni məqama toxunub. 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu çıxışında "Əkinçi" adı ilə bağlı məqama toxunaraq bildirib ki, ictimai maarifçiliyi hədəfləyən Həsən bəyin ad seçimi dövrün bürokratizminin diqqətini yayındırmaq məqsədi daşısa da, bu adlandırma eyni zamanda bir xalqın bağlılıq simvolunun tapıntısı idi.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə uzun illər ərzində öyrənilməsinə maneələr törədilməsinə baxmayaraq, Zərdabi irsinə müraciətin hələ sovet dönəmində də olduğunu xatırladıb. Onun sözlərinə görə, bu müraciət təbiiliyin, xalqın içərisindən gələn obyektivlik səsinin göstəricisi idi.

"Assa İrada" İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas Həsən bəy Zərdabini təkcə Azərbaycanın deyil, bütövlükdə islam ölkələrinin mətbuat tarixində mühüm rol oynamış şəxsiyyət kimi qiymətləndirib.

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, 1907-ci ilin bu günü Həsən bəyin dünyasını dəyişməsi o zamankı Azərbaycanın həyatında olduqca ağır itki idi. Onun dəfninin böyük təntənə ilə həyata keçirildiyini deyən T.Aydınoğlu onu da deyib ki, üzərindən bir əsrdən artıq müddət keçdikdən sonra Zərdabinin anım gününün ənənəyə çevrilməsi də xalqın dəyərli şəxsiyyətinə qiymətinin nəticəsidir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!