16 Noyabr 2025 15:21
533
SİYASƏT
A- A+
Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur


Son dövrlərdə regional geosiyasi proseslər və inteqrasiya meyilləri göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Tarixi, mədəni və mənəvi bağlarımız artıq yalnız xalqlar arasında yaxınlığı ifadə etmir, həm də vahid siyasi əməkdaşlıq məkanını formalaşdırır. Bu meyillər fonunda Azərbaycan Mərkəzi Asiya regionunun ayrılmaz tərkib hissəsi kimi çıxış edir və bu status rəsmi, institusional səviyyələrdə təsdiq olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkəndə səfəri və noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bu tarixi prosesin mühüm mərhələsidir. Həmin iclasda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında Qərarın imzalanması, əslində, ölkəmizin regionla inteqrasiyasının siyasi təsdiqi oldu. Bu addım göstərir ki, Mərkəzi Asiya artıq yalnız beş dövlətdən ibarət coğrafi məkan deyil, Azərbaycan bu ailənin tamhüquqlu üzvüdür və əməkdaşlıq platformasının aktiv iştirakçısına çevrilib.

“Bu yeni status Azərbaycanın gələcək regional proseslərdə rolunu daha da genişləndirəcək. Artıq Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən bütün səviyyəli görüşlərdə - dövlət və hökumət başçılarının Zirvə toplantılarında, nazirliklərarası əməkdaşlıq mexanizmlərində, parlament platformalarında, həmçinin dövlət və ictimai təşkilatların birgə tədbirlərində iştirak edəcək. Bu, siyasi dialoqu gücləndirməklə yanaşı, iqtisadi, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf, humanitar əməkdaşlıq və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətə yeni dinamika gətirəcək”, - deyə deputat bildirib.

Müşfiq Məmmədli hesab edir ki, Azərbaycanın Mərkəzi Asiya istiqamətində bu şəkildə fəallaşması ölkəmizin Cənubi Qafqazdakı rolunu nə zəiflədir, nə də dəyişir. Azərbaycan Cənubi Qafqaz platformasında olduğu kimi, Mərkəzi Asiya əməkdaşlıq formatında da öz fəaliyyətini paralel və bir-birini tamamlayan şəkildə davam etdirir. Bu iki regional istiqamət arasında sinerji yaratmaq Azərbaycanın həm coğrafi mövqeyi, həm tarixi əlaqələri, həm də çoxvektorlu xarici siyasət kursunun nəticəsidir.

“Biz inanırıq ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının institusional şəkildə möhkəmlənməsi yalnız iştirakçı ölkələr üçün deyil, bütün Avrasiya məkanı üçün yeni strateji imkanlar açır. Xüsusilə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, yeni iqtisadi marşrutların formalaşdırılması baxımından bu inteqrasiya bölgənin inkişafına mühüm töhfə verəcək. Azərbaycan bundan sonra da bu proseslərin mərkəzində dayanmaq potensialındadır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNƏCƏK  

15:41
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur  

15:30
06 Dekabr

Sabah hava yağmursuz keçəcək  

15:29
06 Dekabr

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar  

15:27
06 Dekabr

Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

15:24
06 Dekabr

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var  

15:21
06 Dekabr

Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub  

15:14
06 Dekabr

Nazir: Əminəm ki, gənclər D-8 Gənclər Dialoqunda fəal iştirak edəcəklər  

15:13
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

14:53
06 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb  

13:47
06 Dekabr

Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb  

13:17
06 Dekabr

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

12:02
06 Dekabr

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Stubba  

11:56
06 Dekabr

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

11:29
06 Dekabr

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!