06 Avqust 2026 13:55
456
SİYASƏT
A- A+
Azərbaycan Mərkəzi Asiya dövlətlərinin Qərbə çıxışında mühüm tərəfdaşlardan birinə çevrilir

Azərbaycan Mərkəzi Asiya dövlətlərinin Qərbə çıxışında mühüm tərəfdaşlardan birinə çevrilir


Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə çox sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri isə bu prosesin ən mühüm siyasi nəticələrindən biri oldu. Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması iki ölkə arasında əlaqələrin artıq strateji tərəfdaşlıq çərçivəsini aşaraq daha yüksək siyasi səviyyəyə çatdığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, Azərbaycanla Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Lakin müasir dövlətlərarası münasibətlər yalnız tarixi yaxınlıqla ölçülmür. Burada siyasi iradə, iqtisadi maraqlar və gələcəyə hesablanmış konkret layihələr əsas rol oynayır. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun formalaşdırdığı qarşılıqlı etimad mühiti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfərin mühüm tərəflərindən biri də münasibətlərin iqtisadi məzmununun genişləndirilməsidir. Nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, turizm, təhsil və humanitar sahələr üzrə əməkdaşlığın geniş imkanları var. Qırğızıstanda, İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” kompleksinin açılması da Azərbaycanın bu ölkədə iqtisadi iştirakının konkret nümunələrindən biridir.

“Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin güclənməsində mühüm mövqeyə malikdir. Qırğızıstanla əməkdaşlığın dərinləşməsi də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə əlavə imkanlar yaradır. Xəzər vasitəsilə nəqliyyat bağlantılarının genişlənməsi perspektivində Azərbaycan Mərkəzi Asiya dövlətlərinin Qərbə çıxışında mühüm tərəfdaşlardan birinə çevrilir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin əsas siyasi mesajı ortaq tarixi keçmiş üzərində müasir maraqlara və qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modeli qurulmasıdı. Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki dövlət üçün yox, bütövlükdə Türk dünyasında siyasi və iqtisadi əməkdaşlığın gələcəyi baxımından mühüm hadisədir”, - deyə S.Qurbanov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!