23 İyul 2015 01:07
180
CƏMİYYƏT
A- A+
Azərbaycan mediası üçün yeni inkişaf mərhələsi başlayır

Azərbaycan mediası üçün yeni inkişaf mərhələsi başlayır

 

Xəbəd verildiyi kimi iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə mətbuatımızın keçmişi və bu günü barədə geniş nitq söyləyən dövlət başçısı Azərbaycan milli mətbuatının böyük tarixinin olduğunu vurğulayaraq deyib: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. 

Görüşdə çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dövlətin mətbuata göstərdiyi diqqət və qayğısından, mətbuatın üzərinə düşən vəzifələrdən söz açıb, təkliflər irəli sürüblər. Görüşdə iştirak edənlərin bir neçəsi öz təəssüratını bizimlə bölüşüb.
Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, milli mətbuatın 140 illiyini qeyd edən Azərbaycan üçün iyulun 21-i əlahiddə bir gün oldu: “Cənab Prezidentin qəbulunda olarkən bir daha başa düşdüm ki, artıq ölkə mediası üçün yeni inkişaf mərhələsi başlayır. Bu mərhələdə hər bir media təmsilçimiz kimi, mətbuatımızın əsas tənzimləyici orqanı olan Mətbuat Şurasının da rolu ikiqat artacaq”.
Onun sözlərinə görə, Mətbuat Şurası unikal bir vətəndaş cəmiyyəti təmsilçisidir və əhəmiyyətli rolu danılmazdır. Prezident İlham Əliyev də Mətbuat Şurasının İdarə Heyəti ilə görüşdə müstəqil medianın yaranması və inkişafı üçün özünü tənzimləmə strukturu kimi bu qurumun fəaliyyətini yüksək qiymətləndirib: “Bu, səbəbsiz deyil. Cənab Prezident demişkən, Azərbaycan mediası illər keçdikcə peşəkarlaşır, əvvəlki illərdə mövcud olan qeyri-etik yazılar, təhqiramiz materiallar azalır, media daha çox milli mövqedən çıxış edir. Dövlət başçısı Mətbuat Şurasının jurnalistlərin hüquqlarını qoruduğunu, iqtidarla mətbuat arasında körpü rolunu oynadığını xüsusi vurğuladı. Cənab Prezidentin çıxışı bütünlüklə xalqımızın maraqlarının qorunmasına və bu sahədə medianın öz məsuliyyətini başa düşməsinə hədəflənmişdi. Xəbərləri daim mediadan aldığını qeyd edən, Prezident yerli medianı diqqətlə izlədiyini bildirdi. Bu, Azərbaycan mediası üçün çox müsbət haldır. Ona görə də yerli media operativ, obyektiv və xarici media orqanları ilə rəqabət apara biləcək imkanlarını daha da təkmilləşdirməlidir”.
U.Rəhimoğlunun fikrincə, mətbuatımız hər zaman strateji maraqları müdafiə etməli, milli maraqları beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığı müşahidə olunur. Dövlət başçısının da diqqətindən bu amil yayınmayıb. Məhz buna görə də Prezident İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb: “Biz də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri kimi dövlət başçısı ilə bu sahədə həmfikirik. Erməni lobbisinin və digər dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir. “Biz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik” deyən dövlət başçısı əslində bütün media zümrəsi üçün əsas fəaliyyət tezisini elan etdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi tədbirlər görülür və sözsüz bu sahədə mediamızın rolununun artırılması vacibdir. Bu görüşə və sərgilədiyi yüksək səviyyəli diqqətə görə cənab Prezidentə minnətdarlığımı bildirirəm”.
Əməkdar jurnalist adına layiq görülən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dövlət başçısnın bu sərəncamını yüksək qiymətləndirərək olduqca nümunəvi addım hesab edir.
Baş redaktor deyib ki, Prezident İlham Əliyevin nümunəvi addımı milli mətbuatımıza göstərilən diqqət və qayğının təcəssümüdür: “Bu, həm də dünyaya bir nümayiş oldu. Prezidentin şəxsən media mənsublarına mükafat təqdim etməsi, onları qəbulunda dinləməsi hər kəsə nümunədir. Dünya ölkələri şahid oldu ki, Azərbaycanda mediaya münasibət hansı çərçivədədir, azad sözə hörmətin səviyyəsi nə dərəcədə yüksəkdir. Azərbaycan dövləti qəzetlər arasında heç bir fərq qoymur, bütün mətbuata eyni yanaşır. Buna görə də mən şəxsən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Təltif edilən həmkarlarımı da təbrik edirəm”.
Rauf Arifoğlu həmçinin vurğulayıb ki, bu mükafat onun üçün önəmlidir. Ona görə önəmlidir ki, “bu, cəmiyyətə, müxalifət düşərgəsinə bir dövlətçilik dərsidir. 26 ilini tənqidi mediaya sərf eləmiş, bir baş redaktor dövlətin başında dayanan şəxs tərəfindən mükafatlandırılır və şəxsən təqdim olunur”.
R.Arifoğlu vurğulayıb ki, ən müxtəlif media quruluşlarından dünya miqyasında mükafatlar alıb. “Əməkdar jurnalist” adını isə 26 illik fəaliyyətdən sonra dövlət verdi: “Dünyanın heç yerində qəzetçiləri sevmirlər. Ancaq qəzetçiyə dözmək özü bir mədəniyyətdir. Azərbaycan Prezidenti o mədəniyyəti göstərdi. Mənə elə gəlir, bu, çoxlarına dərs olacaq. Ona görə də bu mükafat mənim üçün bir nümunə olaraq önəm daşıyır. Təbii, əməyimin hər hansı bir cümlə ilə qiymətləndirilməsini xoş qarşılayıram” deyən baş redaktor hesab edir ki, mətbuatla Prezidentin əməkdaşlığı davam etməlidir.
Dövlət başçısı görüşdə beynəlxalq miqyasda Azərbaycana qarşı haqsız kampaniyanın getdiyini söyləyib və buna qarşı mübarizə aparmaq üçün mətbuata istiqamətlər göstərib: “Prezident bir ifadə işlətdi ki, biz informasiyaları alıb təhlil etdikcə həmin kampaniyanın ardından erməni lobbisinin uzun qulaqlarının çıxdığını gördük, buna görə bu qərara gəlmişik ki, Azərbaycanda müəyyən tirajı olan informasiya vasitələrinin müxtəlif dillərdə əlavələri olsun, bunun üçün dövlət hər cür dəstək verməyə hazırdır. Təbii, mən burada özümə də pay götürdüm. Ən öndə olan bir neçə saytın rəhbəri olaraq düşündüm ki, bu, bizim işimizə yarayan prosesdir. Biz Azərbaycan və rus dillərində keyfiyyətli sayt qurub informasiya prosesi apara biliriksə, bunu ingiliscə, fransızca və başqa dillərdə də təşkil edə bilərik. Hesab edirəm ki, əgər belə bir qərar olsa, tamamilə doğru olar və Azərbaycanın saytları yazılı mətbuat kimi dəstək alaraq bu işə başlasa ölkəmiz üçün böyük bir fayda ortaya çıxmış olar”.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu qədər gərgin iş rejimində media işçiləri ilə görüşə zaman ayırdı və onları dinlədi”. Bu fikri isə Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli dedi.
M.Ələsgərlinin fikrincə, görüşdə Prezident özünün Azərbaycan mediası, həmçinin Azərbaycan dövlətinin, xalqının mediadan gözləntilərini çatdırdı, mesajlarını verdi: “Dövlət başçısının çıxışında verdiyi mesajlar hesab edirəm ki, növbəti dövr ərzində Azərbaycan media təmsilçiləri üçün ciddi bir proqram tövsiyəsidir. Yəni dövlət başçısı Azərbaycan dövlətinin, xalqının mediadan nə gözlədiyini, gələcəkdə hansı proseslərin baş verəcəyini proqnozlaşdırdı. Beləcə, cənab Prezident medianın bu proseslərdə rolu barədə fikirlərini çox dolğun şəkildə ifadə etdi”.
Mətbuat Şurasının sədr müavini hesab edir ki, bütün bunlar Azərbaycan media işçiləri üçün çox ciddi mesajlar və proqram göstərişləri oldu. Təəssüratlar isə çox yüksəkdir. Bu görüş media bayramına ikiqat bayram əhval-ruhiyyəsi əlavə etdi. Çünki Prezidentlə görüş özü bir şərəfdir və böyük hadisədir. Bu tarixi görüşdə Prezident onlara gələcək fəaliyyətləri ilə bağlı ciddi tövsiyələr verib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!