20 Sentyabr 2025 09:15
1686
SİYASƏT
A- A+
Azərbaycan Konstitusiyasında Heydər Əliyevin suverenlik ideyaları

Azərbaycan Konstitusiyasında Heydər Əliyevin suverenlik ideyaları


Dünyanın ən aparıcı dövlətlərinin tarixində onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istər başlanğıcda, istərsə də sonralar həmin xalqları tutduqları yoldan sapındırmağa çalışsa da, tarixi iradə onların firavan inkişaf yoluna çıxmasına kömək etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardırlar. Yəni tarix şəxsiyyətləri insanlara sanki özünün sınaqları üçün bəxş etmişdir. Amerikalılar üçün bu şəxsiyyət Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün də Ulu Öndər Heydər Əliyevdir! Dünya miqyaslı ictimai-siyasi xadim, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. 

Ulu Öndər Heydər Əliyev dövlətin maraqlarını rəhbər tutmaqla hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sistemini formalaşdırmışdır. 1995-ci ildə xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli konstitusiyasının qəbuluna nail olan Ümummilli Lider sonrakı mərhələdə dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan Heydər Əliyev dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

Keçmiş sovet ittifaqının süqutu illərində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə Ermənistan tərəfindən edilmiş qəsd və müdaxilə dövlət və hüquq quruculuğu sahəsində demokratik-hüquq institutlarının inkişafına maneə olan ciddi amillərdən sayılmalıdır. 

Suverenlik ali dövlət hakimiyyətinin xarici təsirlərdən müstəqilliyi və öz sərhədləri üzərində hökmranlığın tam təminatı deməkdir. Suverenliyi hər bir dövlətin ayrılmaz xüsusiyyəti, onun beynəlxalq hüquq subyektliyinin mütləq şərtidir. Bu səbəbdən ilk demokratik konstitusiyalar suverenliyin bölünməzliyini dəqiq təsbit edirdi. Məsələn, 1791-ci il Fransa Konstitusiyası müəyyən edirdi: suverenlik "vahid, bölünməz, özgəninkiləşdirilməyən və ayrılmazdır". Həmçinin suverenlik dövlətin öz ərazisində və hüdudlarından kənarda, beynəlxalq ünsiyyətdə, öz funksiyalarını müstəqil və muxtar şəkildə həyata keçirmək qabiliyyətidir. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan Respublikası özünün Dövlət Suverenliyini və ərazi bütövlüyünü, tam mənasında, ancaq 20 sentyabr 2023-cü ildə bərpa edə bilmişdir. Belə ki, 1991-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olaraq bir milyondan artıq insan öz vətənində qaçqın və məcburi köçkün vəziyyətinə düşərək elementar insan haqlarından məhrum edilmişdir. Bundan sonrakı dövrdə ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə verməmiş, Ermənistan işğalçılıq siyasətini davam etdirmişdir. Ancaq 2020-ci ilin sentyabr-noyabr aylarında aparılmış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd, Kəlbəcər, Xocalı və Tərtər rayonlarının müəyyən bir hissəsini işğaldan azad etmişdir. Hərbi əməliyyatlar 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanatla başa çatırılmışdır.

Lakin üçtərəfli Bəyanatda üzərinə öz qoşunlarını Azərbaycan Respublikasının ərazisindən tam şəkildə çıxarmaq öhdəliyi götürmüş Ermənistan  bundan sonra həmin öhdəliyinə əməl etməmiş, əksinə, qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə silah-sursat və hərbi təyinatlı müxtəlif avadanlıqlar daşımış, 480 kilometrədək təmas xətti boyunca yeni əraziləri minalamış, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələri, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi yaratmış, kəşfiyyat-müşahidə vasitələri quraşdırmışdır ki, bununla da işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bir daha göstərmiş, Azərbaycan Respublikasını antiterror əməliyyatı keçirməyə məcbur etmişdir. 

2023-cü il sentyabrın 19-da başlanılmış antiterror əməliyyatı Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistanın silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması və həmin ərazilərdə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi ilə nəticələnmişdir. Beləliklə də cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edilmişdir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" olan 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-si Azərbaycanın Dövlət Suverenliyi Günü kimi müəyyən edilmişdir.

44 günlük Vətən müharibəsi, eləcə də antiterror əməliyyatı bilavasitə Azərbaycan Respublikasının Dövlət suverenliyinin bərpası kimi, onun konstitusiya quruluşunun bərqərar olmasını da təmin etmişdir. Belə ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək respublikamızın ərazisində çıxarılması, eləcə də qanunsuz yaradılmış separatçı qurumun fəaliyyətinə son qoyulması Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun tam təmin olunması ilə nəticələnmişdir.

2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız Heydər Əliyevin müqəddəs vəsiyyətinə əməl etdi və öz torpaqlarını işğaldan azad edərək Ulu Öndərin ideyalarının təntənəsini bütün dünyaya nümayiş etdirdi. 

Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndərin qətiyyəti və dərin zəkası ilə siyasi böhrandan necə xilas olmuşdusa, məhz Ümummilli Liderin siyasi kursunu və inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində 30 illik erməni işğalına son qoydu. Bu tarixi hadisə bir daha göstərdi ki, Heydər Əliyevin dövlətçilik məktəbi hər zaman olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini verməkdə davam edir.

Müstəqil milli dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanın ən yeni tarixinin ən mühüm və şərəfli səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, məhkəmə-hüquq və qanunvericilik  sisteminin formalaşdırılması vacib şərtdir. Məhz bu səbəbdən də hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə artıq müstəqil dövlətimizin möhkəm bünövrəsini qoyan Ulu Öndər respublikanın məhkəmə-hüquq və qanunvericilik  sistemində də mühüm islahatlar həyata keçirmişdir.  

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan  konstitusionalizminin inkişafında əsaslı dönüş mərhələsi kimi xarakterizə olunur. Ulu Öndərin sayəsində ölkədə qısa müddət ərzində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış yeni konstitusiya 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Məhz bu konstitusiya əsasında Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Ulu Öndər həmin dövrdə yeni yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.

Ulu Öndərin hüquqi islahatlar kursunun müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf və davam etdirilməsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçımızın imzaladığı məqsədyönlü fərman və sərəncamlar, həyata keçirdiyi əsaslı islahatlar sayəsində hazırda ölkəmizdə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi işi davamlı prosesə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bir çox göstəricilər üzrə təkcə MDB məkanında deyil, eləcə də bütün dünyada nümunə göstərilir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın bugünkü uğur və nailiyyətlərinin əsasında Ulu Öndər Heydər Əliyevin effektiv dövlətçilik strategiyası və siyasi irsi durur.

Azərbaycan Konstitusiyası bütün qanunvericilik aktları sırasında xüsusi yer tutur. Konstitusiya dövlətimizin və cəmiyyətimizin müasir inkişaf mərhələsində onun hüquqi konsepsiyasını əks etdirən ən mühüm, başlanğıc nöqtələri ehtiva edir. Buna görə də bu sənəd bütün hüquq sisteminin əsası, özəyi kimi çıxış edir. Beləliklə, konstitusiyanın normaları Azərbaycan Respublikasının bütün hüquq sisteminin qurulmasına və inkişafına təsir göstərir. Normativ aktlar sırasında ən yüksək pilləni tutan konstitusiya bütün qanunvericilik aktlarının hüquqi əsası rolunu oynayır. Daha dəqiq desək, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi qüvvəsinə görə dövlətin bütün digər normativ hüquqi aktlarının uyğun gəldiyi, yaxud uyğun gəlməli olduğu ən yüksək normativ hüquqi aktdır. Başqa sözlə, "Konstitusiya Azərbaycan Respublikasının hüquq sisteminin əsasıdır". Bu o deməkdir ki, hüquq sisteminə daxil olan ayrı-ayrı hüquq sahələrinin mənbələri sırasında konstitusiya aparıcı yer tutur. Konstitusiya normaları ictimai münasibətləri tənzimləməklə yanaşı, həm də dövlətin və cəmiyyətin əsaslarını möhkəmləndirir.

Azərbaycan Konstitusiyası ölkənin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi, bununla da respublikanın demokratik hüquqi dövlət kimi formalaşması, qanunçuluğa və konstitusionalizmə tam nail olunması üçün zəruri olan ilkin şərtləri yaratmışdır. Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının indiki və gələcək nəsillərinin maraqları naminə dövlət müstəqilliyi və suverenliyinin qorunması məqsədilə konstitusiya səviyyəsində əlavə mexanizmlərin müəyyən edilməsi və tətbiqi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. 

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncam ilə 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi bunun bariz nümunəsidir. Belə ki, "Konstitusiya və Suverenlik İli"nin elan olunması dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət suverenliyi və konstitusionalizm ideyalarının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.


Habil QURBANOV, 

hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:15
23 İyul

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   

03:14
23 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik passport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

03:13
23 İyul

R.A.Abbasovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:13
23 İyul

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:12
23 İyul

"Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında

03:12
23 İyul

“Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

03:06
23 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:05
23 İyul

“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında

03:03
23 İyul

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 yanvar tarixli 575 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

03:02
23 İyul

Konfrans Liqası: "Neftçi" Belarus klubuna uduzub

22:18
22 İyul

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqlarla bağlı qurumlararası iclas təşkil olunub  

21:10
22 İyul

Bakıda Milli Mətbuat Günü qeyd olunub

20:15
22 İyul

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

19:56
22 İyul

Çex Respublikasının “Agrofert” Şirkətlər Qrupu ilə əməkdaşlıq imkanları müzakirə edilib

19:23
22 İyul

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır

19:07
22 İyul

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!