18 Mart 2024 21:53
281
SİYASƏT
A- A+

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

 

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə İraqın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğu bildirilib. Azərbaycan-İraq əlaqələrinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi qeyd olunub.

Qəbulda ticarət, investisiya, turizm, nəqliyyat, eləcə də iki ölkə üçün mühüm sahələr üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan-İraq iqtisadi münasibətlərinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticarət dövriyyəsinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin artırılmasının əhəmiyyəti vurğulanıb.

x x x

Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb.

Bildirilib ki, Azərbaycan-İraq tərəfdaşlığının müxtəlif vektorlar üzrə genişlənməsi üçün əlverişli zəmin mövcuddur. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm yer tutur. Bu sahədə qarşılıqlı faydalı işbirliyi üçün potensial diqqətə çatdırılıb.

Nümayəndə heyəti karbonsuzlaşdırma və enerji keçidi sahəsində görülən işlər barədə məlumat verib. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin enerji keçidi prosesinə milli töhfələri artıracağı qeyd edilib.

Görüşdə Azərbaycanın “yaşıl enerji”yə keçiddə hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparılıb.

x x x

Bundan başqa, Azərbaycanın iqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə də görüşüb.

Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri üzrə 160 İraq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Ötən il ölkəmizdən İraqa ixrac üzrə qeyri-neft-qaz məhsullarının üstünlük təşkil etdiyi qeyd olunub. İraq bazarına ixrac potensialı olan məhsullar və geniş logistik imkanlar diqqətə çatdırılıb.

İki ölkə arasında ticarət münasibətlərinin arzulanan səviyyəyə çatdırılması üçün münbit şəraitin olduğu ifadə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin şaxələndirilməsində maraqlı olduqlarını, işgüzar dairələrin qarşılıqlı səfərlərinin təşkil olunmasının önəmini qeyd ediblər.

Görüşdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və Azərbaycan-İraq biznes forumunun keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. İraqlı iş adamları Azərbaycandakı biznes və ixrac imkanlarını dəyərləndirmək məqsədilə ölkəmizə səfərə dəvət edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video