10 İyul 2025 18:37
484
İQTİSADİYYAT
A- A+
Azərbaycan iqlim diplomatiyasını fəal şəkildə davam etdirir  

Azərbaycan iqlim diplomatiyasını fəal şəkildə davam etdirir  


Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarının ikinci günü iqlim dəyişikliklərinə qarşı mübarizə, dekarbonizasiya, yaşıl enerji texnologiyaları və davamlı inkişaf üçün həllər kimi mövzular əsas müzakirə mövzuları sırasındadır. Xüsusilə qeyd edilib ki, hazırda dünya əhalisinin 10 faizinin elektrik enerjisinə çıxışı yoxdur və 2 milyard insan hələ də elektrik enerjisi yoxsulluğu içərisində yaşayır.

AZƏRTAC xəbər verir ki, “COP29-dan COP30-a gedən yol” adlı podium diskussiyasında Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında COP29-da iqlim maliyyəsi üçün qəbul edilmiş qərarlar, eləcə də əhalinin elektrik enerjisi ilə təminatı üçün görülən işlərdən danışıb.

Bildirilib ki, Afrika ölkələri və inkişaf etməkdə olan kiçik ada ölkələri kimi zəif inkişaf etmiş ölkələrdə elektrik enerjisinə çıxışın təmin olunması iqlim diplomatiyasının əsas istiqamətləri sırasındadır. COP29 çərçivəsində donor ölkələrə, beynəlxalq maliyyə institutlarına və çoxtərəfli inkişaf bankları ilə iş aparılır ki, bu sahələrə maliyyə dəstəyi göstərmək üzrə öhdəliklərini yerinə yetirsinlər: “Eyni zamanda, Dünya Bankı bu sahədə əsas rol oynayır – bank sektoru vasitəsilə Afrikada 300 milyon insana elektrik təmin etməyi hədəfləyən iri layihəni həyata keçirmək niyyətindədir”.

Diqqətə çatdırılıb ki, belə bir layihənin qəbul edilməsi asan, lakin icrası olduqca mürəkkəbdir.

M. Babayev vurğulayıb ki, COP29 sonrası dövrdə və digər maraqlı tərəflər üçün bu proqramların həyata keçirilməsi daha vacib olub. Bu səbəbdən 2025-ci il ərzində və COP tədbiri çərçivəsində Braziliyada aparılan aylıq müzakirələr daha çox icra məsələlərinə yönələcək. Çünki Dubayda enerji keçidi ilə bağlı böyük proqram, Bakıda isə iqlim maliyyəsi ilə bağlı irimiqyaslı proqram qəbul olunub. O bildirib ki, Bakıda əldə olunan nəticələr xüsusilə maliyyə məsələləri baxımından mühüm əhəmiyyət daşıyır. İndi hərəkətə keçmək, qəbul edilmiş proqramları icra etmək vaxtıdır: “Bakıda, həmçinin "Bakıdan Belemə Yol Xəritəsi" adlı proqram da qəbul olunub. COP29 və COP30 komandaları birgə şəkildə 2035-ci ilə qədər mövcud 301,3 trilyon dollarlıq maliyyə boşluğunu necə doldurmaq barədə xüsusi yol xəritəsi hazırlamalıdır.

Bu proqramda biz Braziliya ilə birlikdəyik. Braziliyalılar müxtəlif mənbələrdən – dövlət sektorundan, özəl sektordan, çoxtərəfli inkişaf banklarından, beynəlxalq maliyyə institutlarından, Cənub-Cənub əməkdaşlığından və digər mümkün investisiya mənbələrindən maliyyə arxitekturasının qurulması üzərində işləyirlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!