11 Fevral 2026 19:19
213
İQTİSADİYYAT
A- A+
Azərbaycan ilə ABŞ arasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür  

Azərbaycan ilə ABŞ arasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür  


ABŞ nəqliyyat və tranzit sahəsində Azərbaycan ilə əməkdaşIıq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Rəsmi Vaşinqtonun bu istəyi onun geosiyasi maraqları ilə əlaqədar olsa da tutduğu mövqeyi region dövlətlərinin maraqlarına cavab verir. Bu məsələ fevralın 10-da ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, Xartiyada “Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir” kimi bəndin salınması təsadüfi xarakter daşımır. ABŞ Mərkəzi Asiya respublikaları ilə ötən il Vaşinqtonda sammit keçirərək buradakı faydalı qazıntılara, nadir yer minerallarına və karbohidrogen resurslarının istehsalına sərmayə yatırmağı planlaşdırıb.

Çində fəaliyyət göstərən Hebey Pedaqoji Universitetində Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzinin hesabatına əsasən son 10 ildə Mərkəzi Asiya ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 520 milyard dollara çatıb. Ölkələr arasında qarşılıqlı ticarətin həcmi 11 milyard dollar səviyyəsinə yüksəlib. Dünyadakı uran ehtiyatlarının 20 faizi, neft ehtiyatlarının 17,2 faizi, qaz ehtiyatlarının isə 7 faizi bu regionun payına düşür. Regionun potensialı isə bundan daha genişdir. Belə ki, Mərkəzi Asiya regionu 3 milyon 882 min kvadrat kilometr ərazini və 80 milyon əhalini əhatə edir. BMT-nin hesablamalarına görə, Mərkəzi Asiya dünyanın ən gənc regionlarından biridir. Burada əhalinin orta yaşı 28,7-dir. Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ilə doğru daha da azalaraq 28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada 46,8 yaş, Çində isə 48 yaş olacaq.

Bütün bu potensialı ABŞ diqqətdə saxlayaraq region ilə əlaqələrini artırmaq, sərmayə yatıraraq iqtisadi fayda əldə etmək niyyətindədir. Azərbaycan isə Mərkəzi Asiyanı dünya ilə əlaqələndirən dövlətdir. Bu baxımdan ABŞ Azərbaycanın irəli sürdüyü nəqliyyat layihələrini bəyanatlarla deyil, rəsmi sənədlə dəstəkləyir. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycandan keçən tranzit yollar və infrastruktur layihələrin təhlükəsizliyi də ABŞ tərəfindən təmin olunacaq.

Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində atılan addımlar sırasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizi də məhz bu aspektdən ABŞ üçün maraq kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Altı beynəlxalq şirkət Liviyada neft-qaz kəşfiyyatı sahəsində tenderin qalibi olub

19:52
11 Fevral

Venerada gizli tunellər kəşf edilib  

19:24
11 Fevral

Amerikalı ekspert: Xartiya Amerika investisiyalarının Azərbaycana cəlbini nəzərdə tutur

19:21
11 Fevral

RF Dəmir Yolları: Rusiya taxılının Azərbaycandan tranzitlə Ermənistana tədarükü müntəzəm xarakter alıb  

19:20
11 Fevral

Macarıstanla konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilir  

19:20
11 Fevral

Azərbaycan ilə ABŞ arasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür  

19:19
11 Fevral

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib  

19:18
11 Fevral

Ərəb Parlamentinin prezidenti: Ərəb dünyası Azərbaycanla münasibətlərə önəm verir  

19:14
11 Fevral

Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olunub

19:12
11 Fevral

Prezident İlham Əliyev: ABŞ Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir  

19:10
11 Fevral

Avropa Parlamentindən Ukraynaya dəstək: 90 milyard avroluq kredit təsdiqlənib  

18:50
11 Fevral

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heqidən  

18:48
11 Fevral

Prezident: Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir

18:47
11 Fevral

Prezident İlham Əliyev: Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir  

18:45
11 Fevral

Murat Kurum: COP31-ə hazırlıqlar çərçivəsində təcrübəmizi birləşdiririk

18:23
11 Fevral

Azərbaycan Prezidenti: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır  

18:01
11 Fevral

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

17:36
11 Fevral

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilib 

17:02
11 Fevral

Avropa Parlamenti Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir - Bəyanat

17:00
11 Fevral

Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib  

16:59
11 Fevral

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Lindendən  

16:58
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!