11 Fevral 2026 13:12
354
İQTİSADİYYAT
A- A+
“AzerGold” 11 ildə Azərbaycan iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib  

“AzerGold” 11 ildə Azərbaycan iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib  


11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “AzerGold” QSC-nin təsis edilməsi ölkəmizin dağ-mədən sənayesində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu qərar filiz yataqlarının kəşfi və tədqiqi, qiymətli metalların hasilatı, emalı və satışının vahid dəyər zənciri üzrə təşkili, eləcə də Azərbaycan mədənçiliyinin institusional, texnoloji və idarəetmə baxımından müasirləşdirilməsi istiqamətində mühüm nəticələr verib.

“AzerGold”dan AZƏRTAC-a bildirilib ki, dövlətmizin başçısının təşəbbüsü ilə biznes mühitinin təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və yerli istehsalın təşviqi məqsədilə həyata keçirilən ardıcıl islahatlar QSC-nin fəaliyyətinin davamlı şəkildə genişlənməsi üçün əlverişli zəmin yaradıb.

5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayan “AzerGold” QSC bir sıra mühüm istehsal və infrastruktur layihələrini uğurla reallaşdıraraq ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və regionlarda sosial-iqtisadi canlanmaya əhəmiyyətli töhfələr verib. On illik fəaliyyət dövründə 2 yeni qızıl yatağı kəşf edən, 4 qızıl mədənini və 1 regional sənaye kompleksini istismara verən cəmiyyət qeyri-neft sektorunun aparıcı dövlət şirkətlərindən biri kimi yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satışı həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib, 214 milyon manat həcmində vergi, 37 milyon manat həcmində sosial ödəniş öhdəliyini həyata keçirib.

“AzerGold” QSC-nin fəaliyyəti yalnız birbaşa iqtisadi gəlirlərin formalaşdırılması ilə məhdudlaşmayaraq regionların inkişafına, yüksək ixtisaslı insan kapitalının yetişdirilməsinə və məşğulluğun artırılmasına da mühüm töhfələr verib. Şirkətin fəaliyyəti nəticəsində ümumilikdə 2494 nəfər daimi işlə təmin olunub, xüsusilə ucqar kəndləri təmsil edən yerli mədənçi kadrların hazırlanması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Yeni mədən layihələrinin icrası ilə daimi iş yerlərinin sayının bir neçə dəfə artırılması, ixtisaslı kadrların hazırlanması prosesinin daha da genişlənləndirilməsi nəzərdə tutulur.

Hazırda dəmir filizi yataqlarının istismarını həyata keçirən “Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun törəmə müəssisəsi olan “Azerbaijan Metal Company” MMC, eləcə də ölkədə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış yeganə şirkət olan “AzerBlast” MMC-ni öz fəaliyyəti ətrafında birləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində inteqrəolunmuş fəaliyyət modelini uğurla tətbiq edir.

“AzerGold” QSC sosial məsuliyyət, icmalarla əməkdaşlıq və ətraf mühitin mühafizəsi sahələrində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə dövlətin sosial-iqtisadi və ekoloji siyasətinin icrasına mühüm töhfələr verir və bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə genişləndirir.

Qarşıdakı mərhələdə “AzerGold” QSC innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə milli mədən sənayesinin rəqabət qabiliyyətinin artırılmasını, ölkəmizin perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, həmçinin qısa və orta müddətli dövrdə bir neçə əlvan metal filizi mədəninin istismara verilməsi ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına daha böyük töhfələr verməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

Bəhreyn neft şirkəti fors-major elan edib

13:51
09 Mart

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

13:42
09 Mart

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

13:36
09 Mart

Naxçıvan aeroportunun dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır 

13:23
09 Mart

Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub 

13:15
09 Mart

Sabah Bakıda hava yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacaq

12:27
09 Mart

Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib

12:27
09 Mart

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir 

12:10
09 Mart

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb 

11:11
09 Mart

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib 

10:53
09 Mart

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

10:42
09 Mart

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub  

10:23
09 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub  

10:09
09 Mart

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək  

09:47
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

23:34
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

22:34
08 Mart

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!