04 Oktyabr 2023 09:20
360
SİYASƏT
A- A+
Azərbaycan həm də kosmos ölkəsidir

Azərbaycan həm də kosmos ölkəsidir

 

Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1973-cü ildə Bakıda keçirilən 24- cü Beynəlxalq Astronavtika Konqresinin əlli ildən sonra yenidən ölkəmizin paytaxtında keçirilməsi tarixin təkrarlanması ilə bərabər Azərbaycana göstərilən etimadın, qayğı və diqqətin ifadəsidir. 100-dən artıq ölkəni təmsil edən və 5000 dən çox iştirakçının qatıldığı bu tədbir yüksək beynəlxalq nüfuza malikdir. Azərbaycan on ildən çoxdur ki, kosmik ailənin üzvi kimi səmərəli fəaliyyət göstərir. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olan ölkəmiz kosmik sənayenin inkişafına böyük əhəmiyyət verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika konqresinin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər buna bir daha sübutdur. "Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir" fikrində olan dövlətimizin rəhbəri bildirmişdir ki, Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. 
Prezidentimiz konqresin fəaliyyətinə böyük əhəmiyyət verməklə bərabər müstəqillik dövründə Azərbaycanın keçdiyi yola, yürütdüyü siyasətə, beynəlxalq aləmlə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə, qazanılan uğurlara diqqəti cəlb etmiş və demişdir ki, "bizim səylərimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir".
Cənab İlham Əliyevin söylədikləri reallıqdır və dünya ölkələri bu fəaliyyəti yüksək qiymətləndirir. Dünyada BMT - dən sonra ikinci ən böyük - 120 ölkəni öz ətrafında birləşdirən beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına dörd il uğurla rəhbərlik etmək, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr yaratmaq, onun mühüm tədbirlərini keçirmək, Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamaq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tədbirlərini keçirmək Azərbaycanın ali məqsədlərə xidmət etməsinin nümunəsi olmaqla bərabər, həm də onun dünyada artan nüfuzundan və iqtisadi inkişafından xəbər verir.
Öz torpaqlarını erməni təcavüzkarlarından xilas edən Azərbaycan qalib olmasına baxmayaraq yenə də sülhün tərəfdarıdır. Xalqımız iqtisadi inkişafın, qurub - yaratmağın, dostluğun, əminamanlığın tərəfdarıdır. Bunu Azərbaycan Prezidenti öz çıxışında bir daha qeyd etmiş və bildirmişdir ki, "ölkə üzrə son 20 il ərzində, ümumdaxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumdaxili məhsulun təxminən 10 faizini təşkil edir".
Azərbaycan ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Həqiqətən də bu hər bir vətəndaşda qürur hissi oyadır. Çünki keçən əlli ildə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin qoyub - getdiyi bünövrə,  tövsiyə etdiyi tapşırıqlar, siyasət sayəsində, cənab İlham Əliyevin düşünülmüş planları, həyata keçirdiyi proqramlar, layihələr əsasında tamamilə dəyişmiş, mədəniləşmiş, inkişaf etmiş və dünyanın tanınan dövlətlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan kosmosa yollar açır və daha böyük nailiyyətlər, qələbələr sorağındadır.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!