12 Avqust 2014 01:08
276
SİYASƏT
A- A+
Azərbaycan gəncləri dövlətin qayğısını yüksək qiymətləndirirlər

Azərbaycan gəncləri dövlətin qayğısını yüksək qiymətləndirirlər

 

1998-ci il avqustun 8-12-də Portuqaliyanın paytaxtı Lissabonda müxtəlif ölkələrin gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə keçirilən konfransda Beynəlxaq Gənclər Gününün təsis edilməsi təklif olunmuşdu. Bu təklifi nəzərə alan Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 1999-cu il dekabrın 17-də qəbul etdiyi qərara əsasən avqustun 12-ni Beynəlxalq Gənclər Günü elan etdi. 2000-ci ildən başlayaraq bir çox dövlətlərdə, o cümlədən dünya birliyinin tamhüquqlu üzvü olan Azərbaycanda da Beynəlxalq Gənclər Günü qeyd olunur. Əslində, tarixə qısaca nəzər salsaq, Azərbaycan gənclərinin belə bir bayramı qeyd etməyə daha çox mənəvi haqlarının çatdığını görmək olar.

Gənclərin cəmiyyət həyatının bütün sferalarında fəal iştirakının təmin edilməsi yeni nəslin sağlam inkişafının əsas şərtlərindən biridir. Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsip əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Ayıq, yetkin təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə dövlət orqanlarının fəaliyyətində gənclərlə işə daha çox önəm verilib, bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Həmin illər ərzində SSRİ-nin müxtəlif respublikalarının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən azərbaycanlıların sayı 1969-cu ildə cəmi 47 nəfər olduğu halda, 1980-ci illərin əvvəllərində bu göstərici 1000 nəfərə çatmışdı.

1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyini təmin edən ulu öndər Heydər Əliyev ilk günlərdən gənclərin problem və qayğıları ilə maraqlandı. 1993-cü ilin sentyabrında Ali Sovetdə gənclərin nümayəndələrini qəbul edərək onları dinləyən, 1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanını yaradan, bir qədər sonra bütün şəhər və rayonlarda bu nazirliyin yerli idarələrinin formalaşmasına sərəncam verən, hər il büdcədən gənclər siyasəti üçün ayırmaların artırılmasını təmin edən Heydər Əliyev gənclərə bəslədiyi böyük ümidlərini əməli işi, tarixi xidmətləri ilə etdi.

1996-cı il fevralın 2-də keçirilən müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu respublikanın hər yerində gənclərlə aparılan işin canlanmasına təkan verdi. Forumdan sonra gənc istedadların "Qızıl kitabı"nın təsis edilməsi, fevralın 2-nin təqvimə "Azərbaycan Gəncləri Günü" kimi daxil edilməsi, 1997-ci ildə gənc yazıçılarla görüşlərin keçirilməsi, onlar üçün fərdi təqaüdlərin ayrılması və digər tədbirlər gənclərin təşkilatlanmaya olan meyillərinin artmasına, müasir gənclər hərəkatının formalaşmasına şərait yaratdı.

Ötən illərdə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan məhz Heydər Əliyevin müəllifi olduğu siyasətin nəticəsində tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bu siyasəti yaşadan, inamla davam etdirən, dövrün tələblərinə uyğunlaşdıran isə Prezident İlham Əliyevdir. Ölkəmizdə bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Gördüyü işlərin miqyası ilə bütün xalqımızın rəğbətini qazanan Prezident İlham Əliyevin son 10 ildəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə belə xarakterizə etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə həllini taparaq Azərbaycanın inamlı tərəqqi yoluna çıxmasını təmin edib.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən 10 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına" çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. 2007-ci ili ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Proqramın həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir.

Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.

Beləliklə, ötən 10 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər bu kimi məsələlər layiqincə həyata keçirilib.

Dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm göstəricisidir. Elmi müəssisələrin, məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradıb.

Bu gün gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq üçün onların hazırladıqları layihələrə xüsusi diqqətlə yanaşılır, gənclərə öz fikirlərini daha aydın bildirmək imkanı yaradılır. Bu məqsədlə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tərkib hissəsi kimi yaradılan Gənclər Fondu tərəfindən mütəmadi olaraq qrant müsabiqələri elan olunur, gənclərin maraqlarına cavab verən, onların inkişafına xidmət edən və ictimai fəallığını artıran layihələr dövlət tərəfindən dəstəklənir.

Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!