09 İyul 2025 08:20
434
SİYASƏT
A- A+
Azərbaycan ECO çərçivəsində uğurlu addımlar atıb 

Azərbaycan ECO çərçivəsində uğurlu addımlar atıb 


Ölkəmiz qarşıya qoyduğu hədəflərə nail olmaq üçün bütün imkanlardan istifadə edir


Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü dünyaya bir mesaj, bir uğur hekayəsinin məntiqi nəticəsi idi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib, bu dəfə isə strateji məkan və tarixi ədalətin tam bərpasının dönüm nöqtəsi olan Xankəndi məhz belə böyük və mötəbər tədbirə evsahibliyi etdi. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin intensivləşməsi, erməni vandalizminə məruz qalmış kənd və qəsəbələrimizin, təhsil və səhiyyə müəssisələrimizin, mədəniyyət abidələrimizin və məscidlərimizin yenidən bərpa olunaraq əvvəlki vəziyyətə gətirilməsi, habelə, bu ərazilərdə yeni və müasir yaşayış massivlərinin, iş yerlərinin, təhsil və səhiyyə ocaqlarının, turizm mərkəzlərinin və bir çox infrastrukturların inşası istiqamətində ölkə başçısı tərəfindən atılan ardıcıl və uğurlu addımlar Qarabağ və Şərqi Zəngəzur regionunun daha da çiçəklənməsinə, eləcə də bu ərazilərdə daha çox beynəlxalq tədbirlərin təşkil edilməsinə zəmin yaradır. "Sammit zamanı dövlətimizin başçısı "Böyük Qayıdış" üzrə dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. İşğaldan azad edildiyi vaxtdan bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilib və bu ərazilərdə 50 mindən çox insanın yaşayışı təmin edilərək, onlar üçün hər cür şərait yaradılıb. Prezident bu ərazilərdəki çətinliklər və geri qayıdışa maneə  yaradan "minalarla çirklənmə" amili barədə də məlumat verib. Belə ki, işğal nəticəsində Azərbaycana vurulmuş zərər təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirilir və Ermənistan tərəfindən torpaqlarımızda bir milyondan çox mina basdırılıb", - deyə o bildirib.

Deputat qeyd edib ki, Prezidentin bu mötəbər tədbirdə çıxışı zamanı indiki Ermənistan ərazisindən deportasiya olunmuş Qərbi azərbaycanlıların öz tarixi yurdlarına ləyaqətlə qayıtmasının labüdlüyü məsələsinə toxunması, beynəlxalq təşkilatların bu məsələdə fəal dəstəyinin önəmindən danışması olduqca mühüm və Qərbi azərbaycanlıları sevindirən bir mesaj idi. İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasında 57 üzv ölkənin yekdil qərarı ilə qəbul edilmiş "İstanbul Bəyannaməsi"ndə Qərbi azərbaycanlıların qayıdış hüququnun xüsusilə yer alması Azərbaycanın bu məsələdə apardığı prinsipial və məqsədyönlü xarici siyasətini ortaya qoyur. Həqiqətən də, İƏT, Qoşulmama Hərəkatı, BMT kimi beynəlxalq təşkilatların Qərbi azərbaycanlıların haqlı tələblərini dəstəkləməsi, qaçqınların qayıdış hüququnun təşviq edilməsi və onların səslərinin beynəlxalq ictimaiyyət tərəfindən duyulması Ermənistan tərəfinə təzyiqlərin artmasına və onların bu məsələyə adekvat reaksiya verməsinə gətirib çıxara bilər. Buna görə də, dövlətimiz tərəfindən aparılan xarici siyasət kursunda ən çox qaldırılan məsələlərdən biri də sülh müqaviləsinin şərtləri ilə yanaşı, öz evlərindən, tarixi-əzəli torpaqlarından didərgin salınmış Qərbi azərbaycanlıların qayıdış hüququnun Ermənistan tərəfindən tanınması və qayıdışın ləyaqətlə, sülh və təhlükəsiz şəraitdə baş tutmasını təmin etməkdir. 

P.Vəliyeva sonda qeyd edib ki, ECO çərçivəsində ölkəmiz uğurlu addımlara imza atıb və gələcəkdə daha böyük layihələrin icrasını qarşıya məqsəd qoyub: "Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir. Dövlətimizin qarşıya qoyduğu hədəflərə qısa zamanda nail olması, ölkəmizin nüfuzunun dünyada daha da artması, habelə iqtisadiyyatın və digər sahələrin dinamik inkişafı Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin bariz göstəriciləridir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!