05 Sentyabr 2021 01:17
12181
SİYASƏT
A- A+
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır

Azərbaycan dünyada tolerant ölkə kimi tanınır

 

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.

Ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində diqqət göstərilir. Son illər ölkəmizdə millətlər və dinlər arasında münasibətlərə, habelə dialoqa həsr edilmiş beynəlxalq miqyaslı tədbirlərin, elmi konfransların keçirilməsi ənənə halını alıb.

Xalqımız bu gün də öz dəyərləri ilə dünyaya nümunədir. Bakının evsahibliyi etdiyi beynəlxalq tədbirlərin, simpozium və yığıncaqların, dünya çempionatlarının, “Formula-1” kimi möhtəşəm yarışların müxtəlif ölkələrdən olan iştirakçılarına və qonaqlara bir daha aydın olur ki, Azərbaycan multikultural dəyərlərə malik tolerant ölkədir.

Azsaylı xalqların da igid oğullarının iştirak etdiyi 44 günlük Vətən müharibəsinin Zəfər qələbəsinin yaratdığı yüksək əhvali-ruhiyyə ilə yaşanan Azərbaycanda iyun ayında “Formula-1”in növbəti 5-ci mərhələsi keçirilmişdir. Bu mötəbər yarış sona yetərkən Prezident İlham Əliyev demişdir: “Formula-1” yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür”.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında, dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı da bir çox xarici ölkə xalqlarının marağına səbəb olmuşdur. Beynəlxalq aləmdə mədəniyyət tədbirləri arasında özünə böyük nüfuz qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı Cənubi Qafqazın mədəniyyət mərkəzlərindən biri kimi, habelə dünya musiqişünaslarına, incəsənət xadimlərinə, bir sözlə, bütün dünyaya respublikamızı tolerant və multikultural dəyərlərə malik ölkə kimi tanıtmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə mayın 12-13-də keçirilən “Xarıbülbül” Musiqi Festivalı həm də ölkəmizdə yaşayan azsaylı xalqların iştirakı ilə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Zəfər qələbəsinin möhtəşəmliyini tolerantlığın nümunəsi olaraq dünyaya nümayiş etdirdi.

Bu kimi tədbirlər müxtəlif millətlərə və məzhəblərə mənsub insanların mədəni müxtəlifliyinin qorunmasına, inkişafına və harmonizasiyasına, eləcə də azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, idman yarışları, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə və bir-birinin azadlığına hörmət hissi təşkil edir.

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan “Qırmızı qəsəbə”, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsinin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşada keçirilən “Xarıbülbül” festivalından sonra - mayın 15-də Qəbələ rayonuna səfəri zamanı bir daha şahidi olduq. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etdilər. Bu, əlbəttə ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinə, bütün dini konfessiyalara dövlət dəstəyinin növbəti bariz nümunəsidir. Xatırladaq ki, Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb, 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri tamamlanıb. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Yenidənqurma zamanı tikilinin kərpicləri, daşları bərpa olunub, həyətyanı sahə abadlaşdırılıb, bulaq və üç gölməçə yaradılıb. Kilsənin tavanı, döşəməsi dəyişdirilib. Kilsənin aşağı hissəsi XII əsrdə tikilib. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilib və bərpa olunub. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılıb.            

Prezident İlham Əliyev kilsədə olarkən deyib ki, udi xalqının çox böyük tarixi mirası var: “İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”.

Dövlət başçısı əlavə edib ki, “Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”.

Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın nümunələrindən biri olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını məhz Qəbələnin Nic qəsəbəsində yaşayır. Azərbaycan Prezidenti həmin gün Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsində də olmuşdur. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilib. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsusdur. Bu gün faşizmi dövlət siyasətinə çevirən, monoetnik ölkə olan, 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində tarixi-dini abidələri dağıdan, udilərə və digər azsaylı millətlərə məxsus dini abidələri özününküləşdirməyə çalışan Ermənistandan fərqli olaraq Azərbaycan multikultural ənənələri, tolerantlığı ilə nümunə olmaqda davam edir.

Bu kimi nümunələrə ölkəmizin bütün bölgələrində rast gəlmək mümkündür. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcuddur. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Respublikamızın əsrlərboyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyətlərin müxtəlifliyinin yaranmasına səbəb olub. Bu gün Azərbaycanda tolerantlığın alternativi yoxdur. Odur ki, mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünyada tolerant ölkə kimi tanınması qürurvericidir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!