02 Noyabr 2022 04:20
1707
SİYASƏT
A- A+
Azərbaycan diplomatiyasının Soçi zəfəri

Azərbaycan diplomatiyasının Soçi zəfəri

 

Qarabağ münaqişəsinin başa çatdığı bütün müzakirə formatlarında qəbul edilir

 

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu. Belə ki, budəfəki Soçi görüşü və yekunda imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir.

 

İrəvanın öhdəliklərini yerinə yetirməkdən başqa yolu yoxdur

 

Xatırladaq ki, Vətən müharibəsindən sonra, daha dəqiq desək 2021-ci ildən başlayaraq həm Rusiya Prezidentinin vasitəçiliyi, həm də Brüssel formatında bir neçə dəfə üçtərəfli görüş keçirilib. Bu görüşlərin əksəriyyətində əldə olunan razılaşmaların hər biri regionda yaranmış reallıqların məzmununa uyğun olub. Yəni Azərbaycan istər sərhədlərin delimitasiyası, istərsə də münasibətlərin normallaşdırılması ilə bağlı hər bir görüşdə öz maraqlarını təmin edib. Düzdür, görüşdə əldə olunan razılaşmaların realizə olunması ilə bağlı Ermənistanın ənənəvi qeyri-konstruktivliyi səbəbindən irəliləyiş olmasa da, Azərbaycan öz qətiyyəti ilə İrəvanı öhdəliklərini yerinə yetirməyə məcbur edir. 
Oktyabr ayında Praqada əldə olunan razılaşmalar da deyilənlərin təsdiqi sayıla bilər. Məhz Praqada keçirilən görüşdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin Vətən müharibəsindən sonra mühüm  siyasi qələbəsi kimi tarixə düşdü. Praqada əldə olunan razılaşmalar həm də ona işarədir ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən, münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur. Bunun əksi Ermənistanın tamamilə məhvi deməkdir.
44 günlük müharibədə Qarabağ münaqişəsinə son qoyulub. O cümlədən Ermənistanın və onun təəssübkeşlərinin iddia etdiyi status məsələsi də tarixin arxivinə göndərilib. Hansısa statusdan söhbət belə gedə bilməz. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı məsələ ölkəmizin öz daxili işidir. Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bununla bağlı deyib: "...Bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir".
Bəli, artıq Qarabağ münaqişəsinə son qoyulub, status məsələsi birdəfəlik tarixin arxivinə göndərilib. Təsadüfi deyil ki, Brüssel formatında keçirilən görüşlərdə heç vaxt hazırda Rusiya sülhməramlılarının müvəqqəti olduqları ərazilərimizdə yaşayan ermənilərin statusu müzakirə olunmayıb. Heç "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi də işlədilmir. Müzakirələrin əsas mövzuları Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi, sərhədlərin delimitasiyası,  münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasıdır.  

 

Azərbaycanın təklifləri və təşəbbüsləri prioritetdir

 

Praqa formatında əldə olunan razılaşmalar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair təşəbbüslər Soçi görüşündə də təsdiq olundu. Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyev bir daha deyib: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur". 
Azərbaycan Qarabağ mövzusunda danışıqlar və ya müzakirələr aparmır. Təsadüfi deyil ki, Soçidə imzalanan üçtərəfli Bəyanatda da Qarabağın adı çəkilmir, hansısa status məsələsindən söhbət getmir. Məsələn, bəyanatın ikinci abzasında deyilir: "Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq".
Göründüyü kimi, Brüssel formatında olduğu kimi, Soçidə də müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından gedir, həm də kompleks şəkildə. Sənədə əsasən, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Bu bənd göstərir ki, Ermənistan Praqada imza atdığı razılaşmanı, yəni Azərbaycanın ərazi bütövlüyünü tanıdığını Soçidə bir daha təsdiq etdi.
Bəyanatın bəndlərindən biri isə belədir: "Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək". Burada qeyd olunan mövcud təkliflər Azərbaycanın irəli sürdüyü və bundan əvvəl Brüssel görüşlərində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələrdə əsas kimi götürülən 5 prinsipdir. 
Soçidə Vladimir Putinlə görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. 
Beləliklə, Brüssel formatında olduğu kimi, Soçi görüşündə də Azərbaycanın təklifləri və təşəbbüsləri prioritetdir. Bu görüş bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə  və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı, bu ərazidə yaşayan ermənilərin məsələsinin isə Azərbaycanın daxili işi olduğu qəbul edilir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!