26 İyun 2025 14:21
919
İQTİSADİYYAT
A- A+
Azərbaycan Çində Şanxay Əməkdaşlıq Təşkilatının enerji tədbirlərində təmsil olunub  

Azərbaycan Çində Şanxay Əməkdaşlıq Təşkilatının enerji tədbirlərində təmsil olunub  

Energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda çıxış edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, dialoq tərəfdaşı olan Azərbaycanın ŞƏT-lə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyi vurğulanaraq bildirilib ki, Prezident İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu ilin aprelində Pekində imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanatın isə Azərbaycan-Çin münasibətlərində yeni mərhələ olmaqla yanaşı, təşkilatla da əməkdaşlığın güclənməsinə təkan verdiyi qeyd edilib.

Bu platformada ölkələrin fosil ehtiyatları, bərpaolunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif üstünlüklərinin bir-birini tamamlayaraq çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli zəmin yaratdığı, xüsusilə Çinin qabaqcıl texnologiya və innovasiyaların tətbiqi ilə bu prosesə mühüm töhfə verdiyi vurğulanıb.

Azərbaycanın ŞƏT ölkələri ilə enerji tərəfdaşlığı çərçivəsində Çin, Qazaxıstan və Özbəkistan ilə birgə həyata keçirilən “yaşıl enerji” layihələrindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Prezident İlham Əliyevlə Çinin Sədri Si Cinpin arasında mövcud olan səmimi dostluq münasibətləri və Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, “yaşıl enerji” gündəliyinin sürətli inkişafına güclü təkan verir. Çin şirkətlərinin hazırda Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşdırılmasında həm podratçı, həm də investor qismində mühüm rol oynadıqları, bu şirkətlərlə mərhələli şəkildə ümumilikdə təxminən 2,3 QVt gücündə külək - günəş elektrik stansiyalarının inşası, həmçinin Xəzər dənizində təxminən 2 QVt gücündə külək enerjisi layihələrinin inkişafının planlaşdırıldığı qeyd olunub. Nazir deyib ki, Çinlə tərəfdaşlıq Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialı və Mərkəzi Asiyanın “yaşıl enerji” resurslarına əsaslanan “yaşıl enerji dəhlizləri”nin reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi - “Transxəzər Yaşıl Enerji Dəhlizi” “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri və interkonnektorları ilə inteqrasiya edilməklə, Asiya ilə Avropa arasında yerləşən “Orta Dəhliz” boyunca bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq. “Yaşıl enerji” interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanmış və təbiəti etibarilə dəyişkən olan günəş və külək enerjisinin ehtiyac olan regionlara çatdırılmasına, bərpa olunan enerjinin səmərəli istifadəsinə və enerji sistemləri arasında qarşılıqlı dayanıqlığın təmininə xidmət edən kritik infrastruktur elementləridir. Bu kontekstdə regionlararası inteqrasiya ŞƏT ölkələrindən Azərbaycana, buradan isə Türkiyə və Avropa bazarlarına “yaşıl enerji”nin ötürülməsi üçün əsas vasitəyə çevriləcəkdir. Bu əməkdaşlıq Çin üçün texnologiya transferi və investisiya imkanlarının genişlənməsi ilə yanaşı, “Yaşıl İpək Yolu” təşəbbüsünü və ŞƏT-in enerji gündəliyini praktik nəticələrlə dəstəkləyən platforma olacaqdır.”

Nazir, həmçinin enerji təhlükəsizliyi, iqlim öhdəlikləri və iqtisadi davamlılıq kimi çağırışlarla dərin transformasiya mərhələsində olan qlobal enerji sektorunda innovasiyaların roluna dair fikirlərini bölüşüb. Azərbaycanın “yaşıl enerji zonaları” modeli, növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 38 faizə, 2035-ci ildə isə təxminən 43 faizə çatdırmaq üçün külək və Günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisinin istifadəsi, həmçinin interkonnektorlar layihələrinin məhz innovasiyalara əsaslandığı diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!