10 Avqust 2022 13:23
582
İDMAN
A- A+
Azərbaycan Boks Federasiyasının prezidenti milli komandalarla görüşüb

Azərbaycan Boks Federasiyasının prezidenti milli komandalarla görüşüb

 

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev kişi və qadın boksçulardan ibarət milli komandaların üzvləri və məşqçilər korpusu ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə yığmaların hazırkı durumu, gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparılıb, yüksək nailiyyətlərin əldə olunması yolları müzakirə edilib.

Ölkəmizdə idmana, xüsusilə də boksa göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən yeniliklərdən, həmçinin maddi-texniki bazanın gücləndirilməsindən danışan federasiya rəhbəri bildirib ki, hər bir idmançıya federasiya tərəfindən lazımi dəstək göstəriləcək.

S.Babayev müxtəlif yaş kateqoriyaları üzrə yığmaların son 5 yarışda 27 medal qazandığını, onlardan 11-nin qızıl medal olduğunu diqqətə çatdırıb. O, bu il keçiriləcək Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçunun qatılacağını və bundan sonra əsas heyətin formalaşacağını da qeyd edib. Əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər əldə etmək olduğunu bildirib.

ABF prezidenti boksçuların döyüş təcrübələrinin artması üçün daha çox turnirlərə qatılmaları və təlim-məşq toplanışlarının sayının artırılması ilə bağlı da tapşırıqlarını verib.

Daha sonra yığmaların baş məşqçilərinin hesabatları dinlənilib. Kişilərdən ibarət millinin əsas çalışdırıcısı Pedro Roke yığmada heyətin böyük əksəriyyətini gənclərin təşkil etməsini böyük perspektiv kimi dəyərləndirib. Kubalı mütəxəssis olimpiya təsnifat turnirlərinin oktyabrdan sonra dəqiqləşəcəyi üçün həmin vaxtdan yarışların təqviminə uyğun proqramla işləyəcəklərini qeyd edib. O millimizin ABŞ və Qazaxıstanda beynəlxalq turnirlərdə ən güclü heyətlə təmsil olunacağını da söyləyib.

Qadınlardan ibarət millinin baş məşqçisi Yadigar Məmmədov əsas komandanın daha güclü olması üçün yeniyetmə və gənclərdən ibarət yığmalara xüsusi diqqət ayrıldığını deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!