15 May 2024 14:10
637
CƏMİYYƏT
A- A+
“Azərbaycan bizim ata-baba yurdumuzdur” - QARS BƏLƏDİYYƏ SƏDRİ  

“Azərbaycan bizim ata-baba yurdumuzdur” - QARS BƏLƏDİYYƏ SƏDRİ  

 

Ötüken Senger: “Ən qısa zamanda ilk xarici səfərimizi əcdadlarımızın torpağı olan Azərbaycana etmək niyyətindəyik”

31 mart tarixində qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Ümumiyyətlə, qardaş ölkədə siyasi-ictimai proseslər həmişə Azərbaycan insanının diqqət mərkəzində olub. Təsadüfi deyil ki, xüsusilə də azərbaycanlıların çoxluq təşkil etdiyi İqdır, Qars bölgəsində seçkilərdə hansı partiyanın qələbə qazanacağını ölkəmizdə bir çoxları həyacanlı izləyirdilər.

“Cümhur İttifaq”ın Qarsdan olan ortaq namizədi, professor Ötüken Sengerin qələbə qazanması hamımızı sevindirdi. Qeyd edim ki, Ötüken Senger Azərbaycan əsillidir. Babaları Azərbaycandan Qarsa köç ediblər. Odur ki, professor Ötüken Sengeri Azərbaycan oxucusuna daha yaxından tanıtmaq üçün müsahibə almışıq.

- İlk öncə Sizi Qars Bələdiyyə sədri seçilməyiniz münasibətilə təbrik edirik. İstəyirik ki, əvvəlcə Azərbaycan oxucularına özünüz haqqında məlumat verəsiniz...

- 04 mart 1978-ci ildə Qarsda anadan olmuşam. 2001-ci ildə Atatürk Universiteti Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi ixtisasında təhsil almışam. 2002-ci ildə Qafqaz Universiteti Ərdahan Peşə Məktəbinə müəllim vəzifəsinə təyin olundum. 2004-cü ildə işə başladığım Qafqaz Universitetinin Elm və Texnologiya İnstitutunun Tətbiqi Riyaziyyat şöbəsində 2006-cı ildə magistratura pilləsini bitirmişəm. Doktorantura təhsilinə 2008-ci ildə Atatürk Universiteti Sosial Elmlər İnstitutunun Biznesin idarə edilməsi bölməsinin Rəqəmsal Metodlar bölməsində başladım və 2011-ci ildə bitirdim. Həmin il Qafqaz Universiteti Sosial Elmlər Peşə Məktəbinə müəllim vəzifəsinə təyin edildim. 2012-ci ildə Qafqaz Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi Biznesin İdarə Edilməsi Departamentinin Rəqəmsal Metodlar kafedrasına assistent vəzifəsinə təyin olundum. 2014-cü ildə Sosial, İnsan və İnzibati Elmlərin Əsas Sahəsi, Kəmiyyət Qərar Metodları Elmi sahəsində dosent elmi adını almışam. 2018-ci ildə Qafqaz Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsində İdarəetmə İnformasiya Sistemləri Departamentini yaradıb və həmin kafedrada müdir vəzifəsinə təyin edildim. 2019-cu ildə Qafqaz Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin İdarəetmə İnformasiya Sistemləri Departamentinin professoru. Dr. kimi təyin edildim. Hazırda həmin kafedrada müəllim vəzifəsində işləyirəm.

Qafqaz Universitetində bir çox inzibati vəzifələrdə işlədim. Hazırda icra etdiyim inzibati vəzifələr var; Qafqaz Universitetinin Senat üzvü, Qafqaz Universitetinin Elmi Tədqiqat Layihələri üzrə Ali Şurasının üzvü, Qafqaz Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi İdarə Heyətinin üzvü və Qafqaz Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi İdarə Heyətinin üzvüyəm. Mənim ölkə daxilində və xaricdə çap olunmuş 8 kitabım, yerli və beynəlxalq jurnallarda dərc olunmuş 50-dən çox elmi məqalələrim, sahəm ilə bağlı 500-ə yaxın elmi sitatım vardır.

Akademik təcrübə sahələrim statistik təhlil, sorğunun tərtibatı, tətbiqi, şərhi və ictimai rəyin öyrənilməsidir.

Akademik olaraq, ingilis dilini yaxşı bilirəm. Evliyəm, Yusuf Əli və Gökbörü Kərəm adlı iki oğlum var.

- Bildiyimiz qədər siz əslən Azərbaycandansınız...

- Bəli, Azərbaycan əsilliyəm. Oxuculara dədəm Həmzə ağa Səngər haqqında məlumat vermək istərdim.

1864-cü ildə İbişdə doğulan Əmrah və Fatmadan olan Həmzə Ağa (SƏNGƏR) Rusiyanın işğalı altında olan Qars vilayətinin Ağbaba qəsəbəsinin Köhnə İbiş kəndində anadan olub. Köhnə İbişin ağası olub.

Rus tabeliyində olan bölgədə Həmzə Ağa qohumları və qonşuları ilə birlikdə Köhnə İbişdən Yeni İbiş kəndinə (Ağbaba Mahalı İbiş kəndi) köçüb.

Yeni İbiş kəndinin tam qurulması Həmzə Ağanın hesabınadır. Ağbabanın Yeni İbiş kəndinin Ağası, tanınmış ağsaqqallı, Ağbabada çox hörmətli şəxs olan Həmzə ağa öz səxavəti, kasıblara köməkliyi ilə xalqın məhəbbətini qazanmışdır. Xüsusilə Novruz və Qurban bayramlarında İbişdə hər evə baş çəkib, insanlara köməklik göstərdiyi üçün yerli əhali onu “El Atası” adlandırırdı. Xalq 1918-1921-ci illər arasında daşnak ermənilərinin bölgədə törətdikləri qırğınların qarşısını almaq üçün Həmzə Ağanı “Ağbaba Milli Şurası”na rəhbər seçdi. Ağbaba süvari alayının yaranmasına böyük maddi töhfələr verib. Həmin illərdə ermənilərin zülmündən yaralanan türklərin bütün müalicə və yaşayış xərclərini də öz üzərinə götürmüşdür. Gümrü, İrəvan, Naxçıvan, Qars, Ərdahan və Çıldır kimi bölgələrdən qaçanların da sığındığı Ağbaba bölgəsi Həmzə Ağa və Ağbaba Süvari Alayının himayəsində idi. Dəfələrlə Ağbaba ərazisinə hücum edən ermənilər süvari alayından keçə bilməyiblər.

Daşnak erməniləri Anadolu torpaqlarında məğlub oldular. Bilirsiniz ki, Qars müqaviləsi 1921-ci il oktyabrın 13-də imzalanıb. Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistanla şərq sərhədi dəqiqləşdirilib. Qars müqaviləsinə əsasən, Qars Sancağı olan Ağbaba-Şöreyel mahalının böyük bir hissəsi bugünkü Ermənistanın sərhədləri daxilində qaldı.

Qars müqaviləsinə əsasən, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər hər iki tərəf üçün dəyişdirildi. Ermənilər və Azəbaycan Türkləri: Onlara öz istəklərinə uyğun olaraq altı ay ərzində istədikləri bölgəyə köçməyə icazə verildi. Ağbaba-Şörəyəllilər öz istəklərinə görə Arpaçay çayı boyunca Türkiyədə məskunlaşıblar.

1921-ci ildən Rusiyaya tabe olan torpaqlardan Türkiyəyə mühacirlər gəlib. 1927-ci ildə başlayan “immiqrasiya” 1934-cü ilə qədər davam etdi. Bu mühacirlər öz istəkləri ilə gələnlərdir. Kimisi qohumları ilə, kimisi kənd adamı kimi gəlib. Onların bir qismi Muşa, bir qismi Qarsa, bir qismi Sivas, Yozgat, Malatya və s. yerlərə göndərilir.

Həmzə Ağa 1899-cu ildə İbişdə anadan olan böyük oğlu Yusiflə birlikdə türk xalqı və milləti üçün böyük fədakarlıqlara tab gətirmiş, dəfələrlə sürgün və həbslərə məruz qalmış, hər dəfə xilas olmuş, mülkü ruslar və ermənilər tərəfindən sivil bir şəraitdə talan edilmişdir. Hər cür təzyiq və qəddarlıq Həmzə Ağanı və oğlu Yusifi çəkindirə bilmədi.

Həmzə Ağa və oğlu Yusif Türkiyə dövləti tərəfindən mühüm vəzifələrə təyin edilmiş, həyatını Türk millətinə həsr etmiş böyük qəhrəmanlardır.

4 avqust 1938-ci ildə 74 yaşında Qarsda vəfat edən Həmzə Ağanın məzarı Qars Yeni Məhlə Müasir qəbiristanlığındadır.

1997-ci il sentyabrın 7-də, 98 yaşında Qarsda vəfat edən Yusuf Səngərin məzarı Qars Yeni Məhlə Müasir qəbiristanlığındadır. Yusuf Səngərin oğlu, atam Sırrı Səngərin məzarı Qars Yeni Məhlə Müasir qəbiristanlığındadır.

- Bildiyimizə görə, mərhum atanız Sırrı Sengerin Azərbaycanla əlaqələri yaxşı olub. Bəs Sizin Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı hansısa planlarınız var?

- Azərbaycan bizim ata-baba yurdumuzdur. Biz hər il Azərbaycanla müntəzəm olaraq mədəni və idman tədbirləri, festivallar təşkil etməyi qarşıya məqsəd qoymuşuq. Azərbaycanlıların müəyyən dövrlərdə Türkiyəyə, xüsusilə Qarsa gəlmələri, tarixi və turistik yerləri ziyarət etmələri üçün səylər göstərəcəyik.

- Sizin də səfəriniz gözlənilirmi?

- Biz ilk xarici səfərimizi ən qısa zamanda əcdadlarımızın torpağı olan Azərbaycana etmək niyyətindəyik.

- Qarsda neçə nəfər Azərbaycan kökənli insan yaşayır? Onların təşkilatlanması hansı səviyyədədir?

- Tam bir rəqəm vermək çətindir, ancaq şəhərimizdə çoxlu Azərbaycan əsilli əhalinin yaşadığı bilinməktədir.

Təşkilatlanma keçmişə baxdığımızda yaxşıdır. Ancaq bunu xeyli inkişaf etdirmək və irəli aparmaq olar.

Elnur ELTÜRK

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:51
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

00:50
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

00:48
07 Avqust

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

22:43
06 Avqust

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

22:36
06 Avqust

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

22:29
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!