11 Sentyabr 2025 08:00
4290
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq tədbirlərin nüfuzlu ünvanıdır

Azərbaycan beynəlxalq tədbirlərin nüfuzlu ünvanıdır


Prezident İlham ƏLİYEV: "Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür"


Azərbaycanı dünyaya yaxından tanıdan amillər müxtəlifdir. Bu sırada torpaqlarımızın işğaldan azad edilməsi son illərdə ölkəmizi dünyaya daha yaxından təqdim edən faktor kimi özünü göstərir. Eyni zamanda dünya Azərbaycanı regionun lideri, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, qlobal problemlərin həllinə fəal töhfələr verən dövlət kimi tanıyır.

Dünya Azərbaycanı həm də beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanıyır.  Beynəlxalq tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli və uğurlu platformalarını yaradan Azərbaycan çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü təşəbbüslər qlobal miqyasda hər zaman dəstəklənir. Məsələn, Qlobal Bakı Forumu maraqlı və səmərəli diskussiyalarla, təşəbbüslərlə, yeni yanaşmaların meydana çıxması ilə yadda qalıb. Azərbaycanın təşəbbüsü ilə yaranan "Bakı Prosesi" qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir. 

2025-ci il də respublikamızda çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə əlamətdardır. Belə ki, mart ayında Azərbaycan XII Qlobal Bakı Forumuna evsahibliyi edib.  Bu ilin iyul ayında isə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə görüşü keçirilib.  

Azərbaycan həm də beynəlxalq idman tədbirlərinin keçirildiyi bir ünvandır. 2025-ci il də bu baxımdan əlamətdardır. Bu il sentyabrın 19-21-də Bakıda növbəti dəfə "Formula-1" Azərbaycan Qran-prisi keçiriləcək. Sentyabrın 28-dən oktyabrın 8-dək respublikamız III MDB Oyunlarına evsahibliyi edəcək. İndiyədək respublikamızda keçirilmiş digər kütləvi idman tədbirlərindən fərqli olaraq III MDB Oyunları paytaxtdan kənarda keçiriləcək. 

Əsas məsələlərdən biri də odur ki, Azərbaycan mövzusundan və formatından asılı olmayaraq bütün beynəlxalq tədbirləri həmişə ən yüksək səviyyədə təşkil edib.

Bu günlər respublikamız daha bir siyasi tədbirə "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasına evsahibliyi etdi.


Azərbaycan AQEM platformasının fəal iştirakçısıdır


Öncə onu qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya regionu ölkələri arasında əlaqələrin genişləndirilməsində, qarşılıqlı etimadın möhkəmləndirilməsində və əməkdaşlığın inkişaf etdirilməsində önəmli və konstruktiv rol oynayır. Azərbaycan da AQEM prosesini dəstəkləyir və onun fəal iştirakçısıdır.

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. 

Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş "AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə" və 2002-ci ildə qəbul edilmiş "Almatı Aktı"dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası - Sammit (prosedur qaydalarına uyğun olaraq dörd ildən bir toplanır), Xarici İşlər Nazirləri Şurası (dörd ildən bir toplanır) və Yüksək Vəzifəli Şəxslər Komitəsidir (azı ildə iki dəfə toplanır).

AQEM-in çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri Azərbaycandır və hazırda da respublikamız  AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz "Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi" sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə evsahibliyi edib. 23 sentyabr 2021-ci il tarixində isə "Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi" mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil edilib. Bundan başqa 2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda "Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı" mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib. 


Azərbaycanın prioritetlərindən biri AQEM-in təşkilati baxımdan gücləndirilməsidir


AQEM Nazirlər Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə 2024-2026-cı illər üzrə müşavirəyə sədrlik ölkəmizə keçib. AQEM-ə sədrlik çərçivəsində, AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. 

AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində AQEM-in regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisat olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşdığını bildirib: "Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur. Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük". 

Qeyd edək ki, Prezident İlham Əliyevin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciəti bu tədbirin əhəmiyyətini və ona olan beynəlxalq marağı daha da artırdı. 

Respublikamız sədrliyi dövründə AQEM-in daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə və Asiyada təhlükəsizlik, əməkdaşlıq və inkişaf məsələləri üzrə digər beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsinə üstünlük verir. Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, ilk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur.

Forumun açılış mərasimində Çinin Xarici İşlər Nazirliyinin Avropa-Mərkəzi Asiya İşləri Departamentinin səfiri Yan Venbin bildirib ki, AQEM-ə sədrlik edən Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı artım mövzusu çərçivəsində bir sıra mühüm əməkdaşlıq təklifləri irəli sürüb. Əlbəttə, Azərbaycanın təklifləri və  təşəbbüsləri Asiyada mövcud yeganə qarşılıqlı fəaliyyət platforması olan AQEM-in əhatə etdiyi regionun tranzit və nəqliyyat potensialının reallaşmasına, beynəlxalq dialoqun təşviqinə,  qlobal çağırışların dəstəklənməsinə mühüm töhfə verir. 

Ümumiyyətlə Azərbaycan çoxtərəfli diplomatiya üzrə zəngin təcrübəsindən vasitə kimi istifadə edərək, üzv dövlətlər arasında əməkdaşlığın və dialoqun möhkəmləndirilməsində əhəmiyyətli irəliləyişə nail olmağa çalışır. Bu da son nəticədə AQEM-in daha da möhkəmlənməsinə xidmət edəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!