18 Mart 2023 01:58
1419
SİYASƏT
A- A+
Azərbaycan Avropa üçün logistik imkanları baxımından da cəlbedici ölkədir

Azərbaycan Avropa üçün logistik imkanları baxımından da cəlbedici ölkədir

 

Hayastan isə yenə yaxşını yamandan ayıra bilmir

 

Prezident İlham Əliyevin Almaniyaya səfəri uğurlu oldu. Şübhəsiz ki, dövlətimizin başçısının apardığı danışıqlar Azərbaycan-Almaniya siyasi və iqtisadi əlaqələrinin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək. Bu səfər həmçinin Azərbaycan-Avropa iqtisadi əlaqələrinin güclənməsinə də müsbət dinamika qatacaq.
Hazırda Avropanı maraqlandıran ən önəmli məsələ Azərbaycandan qaz və elektrik enerjisinin idxalıdır. Səbəbi məlumdur: Rusiya-Ukrayna müharibəsindən sonra "qoca qitə" Rusiya qazından asılılığı aradan qaldırmaq üçün alternativ yollar axtarır. Bu üzdən Azərbaycana etibarlı tərəfdaş kimi boşluğu müəyyən qədər doldura biləcək ölkə kimi baxılır. 
Lakin dövlətimizin başçısının Almaniyanın aparıcı şirkətlərin təmsilçiləri ilə müzakirə etdiyi digər sahələr də oldu. Bunlardan biri indi Orta dəhliz adlandırılan "Şərq-Qərb" beynəlxalq marşrutudur. Alman iş adamlarının bu nəqliyyat dəhlizi ilə maraqlanması təsadüfi deyil. Çünki hazırda Çinlə Avropa arasında 1,5 trilyon dollar həcmində ticarət dövriyyəsi mövcuddur. Almaniya Çinlə ticarət aparan Avropanın öndə gedən ölkəsidir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal qonşumuzun ərazisindən keçən ənənəvi marşrut bağlanıb. Bu səbəbdən hazırda Almaniya ilə Çin arasında qarşılıqlı ticarətdə geriləmə mövcuddur. Alman iş adamları da bundan rahatsızdırlar və onlar ümud yeri kimi Orta dəhlizi görürlər. Azərbaycan isə bu marşrut üzrə açar ölkədir. Alman şirkətlərinin Azərbaycandan keçən Orta dəhlizə investisiya qoyaraq onun imkanlarını genişləndirməkdə maraqlı olmalarının səbəbi də budur.
Prezident İlham Əliyev Almaniya iş adamlarına bu sahədə ölkəmizin gördüyü işlər barədə məlumat verərək demişdir: "İndi Mərkəzi Asiyadan Azərbaycana doğru böyük dönüşlə əlaqədar, biz gərgin işləməliyik. Məlumat üçün sizə bildirim ki, hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və ümidvarıq ki, biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik". 
Bu yerdə görüş zamanı "Thales" şirkətinin Azərbaycan və Gürcüstandakı təmsilçisi Henrik Klanerin Prezident İlham Əliyevə ölkəmizdə gördükləri işlər barədə məlumat verərək dediyi sözləri sitat gətirək: "Biz Azərbaycan dəmir yollarını daha da təkmilləşdirməyə hazırıq. İlk layihə kimi deyə bilərəm ki, şirkətin Bakıda səlahiyyətli mərkəzinin açılması planlaşdırılır. Bu, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadakı fəaliyyətin özəyi olacaq".
Zəngəzur dəhlizinin açılması marşrutun şaxələnməsi baxımından Orta dəhlizin beynəlxalq əhəmiyyətini daha da artıracaq. Bu, təhlükəsizlik üçün də etibarlı qarantdır. Yəni dəhlizin bir hissəsində texnogen qəza və ya marşrutun keçdiyi ölkədə qeyri-sabitlik baş verdikdə onun başqa qolundan istifadə etməklə yükləri fasiləsiz daşımaq mümkün olacaq. Bu üzdən dünyanın əksər ölkələri Zəngəzur dəhlizinin açılmasını istəyir. Təbii ki, Hayastandan savayı. 
Bəs Hayastan nə üçün bu dəhlizin açılmasını ləngidir? Burada qonşu ölkənin bir neçə marağı var. Birincisi, ermənilər dəhlizə Rusiya sərhədçilərinin deyil, özlərinin nəzarət etməsini istəyirlər. İkincisi, burada gömrük nəzarətini də həyata keçirməyə çalışırlar. Üçüncüsü, əlavə güzəştlər əldə etmək niyyətindədirlər. Bu, onların istəyidir, nəyə nə qədər nail olacağını zaman göstərəcək.
Hamını düşündürən bir sual: İrana nə düşüb ki, "Bu mənim qırmızı xəttimdir", - deyib Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxır. İranda yaxşı başa düşürlər ki, bu marşrut hansı ölkədən keçsə, ona siyasi və iqtisadi dividendlər gətirəcək. Dünyadan təcrid olunmuş, siyasi və iqtisadi cəhətdən birləşmiş Qərb tərəfdən küncə sıxılmış İran dəhlizə böyük şans kimi baxır. O səbəbdən İran 44 günlük Vətən müharibəsi başa çatan kimi Zəngəzur dəhlizindən keçən ərazinin 5 kilometrliyindən həmin dəhlizə alternativ yol çəkmək barəsində ölkəmizə müraciət edib memorandum imzalamış, hətta Araz çayı üzərində körpünün tikilməsi üçün işə başlamışdır.     
Hayastanda bir qədər ağıllı siyasətçi olsaydı, İranın onun ərazisindən keçən dəhlizin "qırmızı xətt" deyib əleyhinə çıxmasını anlamış olardı. Lakin ümid edirik ki, Hayastan gec-tez qonşusunun hiyləgər gedişlərini anlayıb daşı ətəyindən atacaq. Çünki hayları bir dəfə aldadıblar, ağılları olsa, növbəti dəfə "palçığa girməzlər".
Hələliksə Hayastanın oynadığı oyun ucuz siyasətdən başqa bir şey deyil. Bu ölkə sərhəddə və Azərbaycan ərazisində təxribatlar törətməklə əvvəlki kimi heç nəyə nail ola bilməyəcək. Əvəzində bir də görəcək ki, İran bütün yersiz iddialardan əl çəkib Zəngəzur dəhlizinin öz ərazisindən keçməsi barədə yalvarır. Hayastan isə ikinci tarixi şansını əldən verərək dalan ölkə kimi dünya üçün heç bir əhəmiyyət kəsb etməyəcək. 
Və sonda: dünyanın nüfuzlu ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Üstəlik, Hayastanın buna müqavimət göstərəcək qədər gücü yoxdur. Ən əsası, Prezident İlham Əliyev də dəfələrlə bəyan etmişdir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!