06 İyul 2024 08:20
598
SİYASƏT
A- A+
Azərbaycan artıq təkcə regional əhəmiyyətli dövlət deyil

Azərbaycan artıq təkcə regional əhəmiyyətli dövlət deyil

 

Prezident İlham Əliyevin Astanada keçirdiyi görüşlər ölkəmizin beynəlxalq məsələlərin həllində də önəmini göstərdi

 

Dünyada qütbləşmə getdikcə dərinləşir. Qərb-Şərq qarşıdurması yeni iqtisadi birliklərin və bir sıra regional təşkilatların formalaşmasına gətirib çıxarır.
Elə iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində zirvə toplantısı keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı da dünyada baş verən qütbləşmə prosesləri nəticəsində yaranıb. Bu təşkilatda Çin kimi dünya nəhənginin iştirakı onun çəkisini daha da artırır. Hazırda Çin dünyanın ən böyük istehsalçısı rolunu üzərinə götürüb. Təbii ki, istehsal varsa, deməli, ixrac da var. Çin və digər Asiya ölkələrinin istehsalda önə keçməsi onların geniş ixrac imkanlarının yaranması deməkdir. İndi əvvəlkindən fərqli olaraq mallar Avropadan Asiyaya yox, daha çox əks istiqamətə - Asiyadan Avropaya daşınır. Bunun üçünsə nəhəng tranzit dəhlizinə ehtiyac var. 
Azərbaycan bu prosesdə ən uduşlu ölkə sayılır. Başqa sözlə desək, Şərqdən Qərbə, Şimaldan Cənuba gedən beynəlxalq ticarət marşrutunda Azərbaycan qovşaq ölkə hesab olunan Çində və Mərkəzi Asiyada keçirilən bütün tədbirlərə Prezident İlham Əliyevin dəvət olunması da bununla bağlıdır. Çünki bu istiqamətdə ölkəmizin qatılmadığı hər hansı bir layihəni icra etmək mümkün deyil. Zirvə görüşündən öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevlə Orta dəhliz ətrafında geniş fikir mübadiləsi aparmaları, Azərbaycanın bu işdə əhəmiyyətini xüsusi vurğulamaları bunu sübut edir.
Sözügedən görüşdə Azərbaycan Prezidenti və Çinin dövlət başçısı bir sıra siyasi və iqtisadi məsələlərlə yanaşı, iki ölkə arasında qlobal ticarət marşrutu ilə bağlı məsələni də ətraflı müzakirə etdilər. Müzakirə zamanı Orta dəhlizdə yeni texnologiyaların tətbiqinin Şərqdən Qərbə və əks istiqamətə yüklərin daşınmasına müsbət təsir göstərəcəyi xüsusi qeyd olundu.
Son dövrlər Orta dəhlizlə yüklərin daşınma dinamikasında müsbət artım müşahidə edilir. Bunun nəticəsidir ki, Çin bu aydan başlayaraq Sian limanından Bakıya Orta dəhlizlə gündə bir dəfə olmaqla müntəzəm konteyner blok qatarları göndərməyə başlayıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin verdiyi məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri  ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə bir neçə günə Bakıya çatması gözlənilir.
Söz düşmüşkən qeyd edək ki, Qazaxıstan və Çin yüklərin dəmir yolu ilə yanaşı, avtomobillə daşınmasına da maraq göstərir. Bu iki ölkə artıq Kurik dəniz limanından yüklərin Orta dəhlizlə Avropaya avtomobil yolu ilə daşınmasının sınaq rejiminə start verib. Bununla da  tarixdə ilk dəfə Kurik və Bakı dəniz limanları vasitəsilə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə yüklərin sınaq tranzit daşınmasına başlanıb. İlk yük karvanı Çinin Urumçi şəhərindən artıq yola salınıb.
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında" Birgə Bəyannamənin 2.3 bəndində də iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanır. Həmin bənddə yazılıb: "Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, "Bir kəmər, bir yol" çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər". Bu onu göstərir ki, Çinlə Azərbaycan Orta dəhlizlə bağlı əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər. Bu baxımdan, Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında keçirilən görüşdəki çıxışında Azərbaycanın qlobal nəqliyyat dəhlizlərində tranzit ölkə kimi əhəmiyyətinə və imkanlarına geniş yer ayırması təsadüfi deyil. Dövlətimizin başçısı çıxışında ölkəmizin tranzit imkanları və görülən işlər barəsində demişdir: "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir".
Prezident İlham Əliyev Orta dəhlizlə yanaşı, ölkəmizin "Şimal-Cənub" nəqliyyat dəhlizində də mühüm ölkə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycan həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Dövlət başçısının sözlərinə görə, "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Prezident onu da bildirmişdir ki, hazırda ölkəmiz dəmir yolu daşımalarının həcmini ildə 15 milyon tona qədər artırılması üzərində işləyir. Sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Astana görüşündə diqqəti cəlb edən əsas məsələlərdən biri də Astana zirvə toplantısında iştirak edən dövlət başçılarının Prezident İlham Əliyevlə görüşmək və müəyyən məsələlərdə anlaşmaq istəmələrini nümayiş etdirmələri oldu. Xüsusilə Çinin Azərbaycanla strateji tərəfdaşlıq haqqında imzaladığı bəyannamə mühüm əhəmiyyətə malikdir. Bu fakt onu göstərir ki, Çin ticarət məsələlərində Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bütün bunlarsa o deməkdir ki, Azərbaycan təkcə regional yox, həm də qlobal məsələlərin həllində önəmli ölkəyə çevrilir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!