25 May 2025 08:45
486
SİYASƏT
A- A+
Azadlıq səsi boğulan Korsika

Azadlıq səsi boğulan Korsika


Burada baş verənlər Fransanın müstəmləkəçilik təfəkküründən əl çəkə bilmədiyini göstərir


İllərboyu başqa xalqlara qarşı silsilə qətliamlar törədən, başda əlcəzairlilər olmaqla, əlini milyonlarla insanın qanına batıran müstəmləkəçi Fransa Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirdiyi neokolonializm siyasəti ilə milyonlarla günahsız insanın fundamental hüquqlarını kobud şəkildə pozub. Hazırda da Fransanın müstəmləkəsi, əsarəti altında əzilən xeyli sayda xalq var ki, bunlardan biri də Korsika xalqıdır. 

"Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illərboyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik".

Bu çağırışı hələ 20 oktyabr 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda beynəlxalq konfrans zamanı Korsika adasının Poggio-di-Venaco şəhərinin meri Jan-Mark Rodriguez səsləndirmiş və Fransanın illər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada cinayətlər törətdiyini, müstəqillik istəyənlərin həbs edildiyini ya da öldürüldüyünü söyləmişdi. 

Günümüzdə də müstəmləkəçi Fransa Korsikada repressiya küləyi əsdirir, azadlıq, müstəqillik tərəfdarlarını qanunsuz həbs edir. 


"Antiterror əməliyyatı" adı altında repressiya


Bu il mayın 20-də də Fransanın Korsika adasında, Yuxarı Korsika (Haute-Corse) bölgəsində genişmiqyaslı "antiterror əməliyyatı" həyata keçirməsi də bunun tərkib hissəsidir. Sözügedən əməliyyat Bastia, Pruno, Lucciana və Furiani şəhərlərində aparılıb.

Fransa Milli Antiterror Prokurorluğu bəyan edib ki, antiterror əməliyyatı istintaq hakiminin qərarı ilə həyata keçirilib və saxlanılanlar "müvəqqəti həbsə alınıb". O da iddia edilir ki, saxlanılanlar Korsikanın müstəqilliyi və milli azadlığı uğrunda mübarizə aparan qruplarla əlaqəli şəxs kimi tanınan Şarl Piyeriyə yaxın çevrədən olub və məhz onun "təsiri altında" zorakılıqda iştirak edib.

Rəsmi olaraq bildirilir ki, repressiyalar 2023-cü ilin sonunda guya Korsika ərazisində Korsika Milli Azadlıq Cəbhəsi (FLNC)  tərəfindən "törədilmiş" terror aktları ilə bağlıdır.

Lakin məsələnin mahiyyəti tamamilə fərqlidir. 2023-cü ilin oktyabrında Korsikada törədilmiş partlayışlar Fransa Prezidenti Emmanuel Makronun Korsikaya geniş muxtariyyət təklifinə qarşı etirazlara görə baş vermişdi. O zaman FLNC və ona yaxın qruplar Makronun bu təklifini rədd edərək, etiraz aksiyalarına başlamışdılar. 

İki il keçdikdən sonra Fransanın bu məsələni bəhanə edərək Korsikada repressiyalara başlaması işin içində başqa mətləblərin olduğunu və Parisin bu xalqın azadlıq istəyinə qətiyyən razılıq vermək niyyətində olmadığını göstərir.

Azərbaycan bütün beynəlxalq platformalarda neokolonializmə qarşı aktiv mübarizə aparır. XXI əsrdə də müstəmləkəçi siyasət yürüdən Fransanı dünyada ifşa edir. 

Ölkəmizdə yaradılan və artıq iki ilə yaxın müddətdir ki, fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə böyük dəstək verir. Tarixi soyqırımları üzərində qurulan Fransa kimi ölkələrin bu günümüzdə hələ də davam etdirdiyi neokolonial siyasətə son qoyulması üçün aktiv iş aparır. Beynəlxalq konfranslar təşkil olunur, memorandumlar imzalanır.

Neokolonial siyasəti iflasa uğradılan Fransanın düçar olduğu uğursuzluqlara görə vaxtaşırı Bakını hədəfə alması da bunlara görədir. 


Müstəqillik uğrunda mübarizə


Bu il mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun Fransa müstəmləkəçiliyindən əziyyət çəkən və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Nazione" Hərəkatının birgə təşkilatçılığı ilə "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfransı keçirilib.

"Nazione" Hərəkatının üzvləri Thierry Casolasco və Jean-Phillipe Antolini Korsika xalqının müqaviməti haqqında danışaraq, vəziyyətin belə davam edəcəyi təqdirdə minillik tarixi olan Korsika xalqının tarixdən silinəcəyini bildirib. Bu xüsusda onlar Fransa hüquq-mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğrunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə danışıblar.

Həmçinin "Nazione" Hərəkatının beynəlxalq bölməsinin rəhbəri Francois Benedettiadanın 1769-cu ildə ölkəsinin Fransa tərəfindən işğal edildiyini bildirərək, Korsika xalqının öz müstəqilliyini bərpa etmək istəyinin müzakirə obyekti olmadığını vurğulayaraq, "Nazione" Hərəkatının bu istiqamətdə mübarizəsini davam etdirəcəyini deyib. O, hazırda əsas hədəfin - Korsikanın BMT-nin dekolonizasiya edilməli olan əraziləri siyahısına daxil edilməsinin vacibliyini bildirib və BTQ-dən bu istiqamətdə dəstək xahiş edib. 

2023-cü ildə Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Milli Məclisində yeni qrup yaradılıb. Dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.

Bütün bunlar isə təbii ki, neokolonial siyasət aparan Fransanın çirkin maraqlarına uyğun gəlmir və buna görə də azadlıq tələb edən xalqlara qarşı aqressivlik sərgiləyir. 

Romada keçirilən "Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" adlı tematik konfransdan dərhal sonra Korsikada repressiyalara əl atılması da buna əyani nümunədir. 

Lakin Korsika xalqı azadlıq tələbindən geri dönmək fikrində deyil və üzləşdiyi  çətinliklərə rəğmən milli azadlıq mübarizəsini davam etdirir, müstəmləkəçi Fransanın törətdiyi cinayət əməllərinə dünyanın diqqətini çəkmək üçün çağırışlar edir. 

Beynəlxalq ictimaiyyət Korsika və digər müstəmləkə altında əzilən xalqların səsini qulaqardı etməyərək Fransanı kolonial təfəkküründən əl çəkməyə, xalqların azad olmaq hüququna hörmət etməyə məcbur etməlidir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!