20 Sentyabr 2025 08:10
646
SİYASƏT
A- A+
Azadlığın bayramı

Azadlığın bayramı


Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərini qeyd edirlər


Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi.

İki il əvvəl Qarabağda qalan erməni qeyri-qanuni hərbi birləşmələrinin məğlubiyyəti, tərk-silah olması ilə xunta rejimi devrildi və bütün ərazilərimizdə erməni separatizminin kökü birdəfəlik kəsildi. Elə o gündən də Azərbaycan azad, müstəqil olmaqla yanaşı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, Cənubi Qafqazın lider, dünyada isə nüfuzlu ölkəyə çevrildi.

Ötən ilin 18 sentyabrında Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" sərəncamına dəyişiklik edilərək daha dörd şəhər günləri təsis edildi - "20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü".

2023-cü il sentyabrın 19-da başlanan antiterror əməliyyatı 20 sentyabr 13:00-da dayandırıldı. Razılığa əsasən, qeyri-qanuni erməni silahlı birləşmələri silahı yerə qoyaraq Azərbaycan torpaqlarını tərk etməli oldular. Antiterror əməliyyatı nəticəsində qalib Azərbaycan Ordusu  90-dan çox döyüş mövqeyini nəzarət altına aldı. Beləliklə, 4 şəhərimiz də tam azadlığına qovuşaraq erməni tör-töküntülərindən təmizləndi. 


Ağdərə və Xankəndiyə açılan yollar


Ağdərəyə ilk köç karvanı 2023-cü il martın 16-da gerçəkləşdi. 20 ailə - 90 nəfər 30 ildən sonra doğma Talış kəndinə qovuşdu. Ağdərədə ilk Novruz tonqalını da elə yurdlarına dönən kəndin sakinləri qaladılar. Uzun illər doğma yurdlarından didərgin düşmüş sakinlərin bayram sevinci birə on artdı. Bu günə qədər Talış kəndindən başqa, Ağdərənin Həsənriz kəndinə 566 nəfər (159 ailə), Suqovuşana 592 nəfər (180 ailə), Kolatağa 89 nəfər (26 ailə), Vəngli kəndinə 83 nəfər (22 ailə) olmaqla, ümumilikdə 1400-dən çox sakin qayıdıb.

Bu ilin martında Həsənriz kənd sakinləri ilə Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev onların da bayramını təbrik etdi. Ağdərəyə səfəri çərçivəsində dövlət başçısı Suqovuşanda ilk yaşayış kompleksinin açılışını edərək, mənzillərə köçən kənd sakinləri ilə də görüşdü.  Eyni zamanda kənddə məscidin də açılışı oldu.

Bu gün Böyük qayıdış çərçivəsində Xankəndiyə rəsmi köç gerçəkləşməsə də,  orada işləyən, hətta təhsil alanlar var. İşğaldan azad olunmuş ərazilərdə yaradılan ilk ali təhsil ocağı olan Qarabağ Universiteti ötən il ilk tələbələrini qəbul edib.

Xankəndi erməni separatçılarından təmizləndikdən sonra bir neçə beynəlxalq əhəmiyyətli tədbirlərə də evsahibliyi edib. İyulun 3-4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün ünvanının məhz Xankəndi seçilməsi, təbii ki, təsadüfi deyildi. Prezident İlham Əliyev tədbirdə çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var: "Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim".

Bir sıra dövlət rəhbərlərinin də iştirak etdiyi ECO Zirvə görüşü Xankəndidən dünyaya bir daha mühüm mesajlar verdi. Eyni zamanda ölkə liderləri də tədbirin Xankəndidə keçirilməsindən məmnunluqlarını ifadə etdilər. Bu gün Xankəndi də sürətlə bərpa edilir. 2023-cü ildən sonra şəhərdə görülən işlərin nəticəsidir ki, burada artıq qlobal əhəmiyyətli tədbirlər keçirilir, təhsil həyatı başlayıb və insanlar yaşayıb çalışırlar. 


"...Biz burada əbədi yaşayacağıq"


Başına müsibətlər gətirilərək soyqırıma məruz qalan, qanlı günlərdən keçən, sağalmaz yara alan Xocalıya qayıdış isə ən ümdə, müqəddəs vəzifələrdən biri idi. Təbii ki, Xocalısız Qarabağı düşünmək olmazdı. Məhz elə Xocalının da azadlığı ilə Azərbaycan tam suverenliyini bərpa etdi. Bu gün artıq xocalılılar da öz yurdlarına qayıdırlar. Ötən ilin dekabr ayında Xocalının Ballıca kəndi ilk sakinlərini qarşıladı. Bundan sonra isə mərhələli şəkildə Təzəbinə və Xanyurdu kəndlərinə də köç karvanları yola salındı. Suverenlik Gününün ildönümü ərəfəsində isə yeni-yeni yaşayış məntəqələrinə də əzəli sahibləri ayaq açdılar. Rayonun Şuşakənd, Badara, Daşbulaq, Seyidbəyli kəndlərində də həyat qaynamağa başladı. Xocalıya indiyədək ümumilikdə 1500-ə yaxın sakin köçürülüb ki, onların yaşayışı, məşğulluğu təmin olunub. İşğaldan azad olunmuş ərazilərdə yalnız keçmiş məcburi köçkünlər deyil, orada təhsil alan, çalışanlar da yaşayırlar. Beləliklə, artıq Xocalı da azaddır və dövlət başçısının da qeyd etdiyi kimi, bu, ədalətin təntənəsidir. Prezident İlham Əliyev bayram ərəfəsində Xocalıya yeni köçən sakinlərlə görüşündə onları təbrik edərək, Qarabağ diyarında artıq əbədi yaşayacaqlarını vurğulayıb: "... Biz ədaləti bərpa etdik, ilk növbədə öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik".

Ölkə rəhbəri həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən söz açaraq bütün Qarabağ və Şərqi Zəngəzuru tikinti meydançasına bənzədib: "Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz. Mən sizi təbrik edirəm, sizə xoşbəxt həyat arzulayıram və biz burada əbədi yaşayacağıq".

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara sonuncu səfəri, sakinlərlə görüşləri bir daha göstərir ki, dövlətimizin prioritet istiqaməti Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qısa və təhlükəsiz şəraitdə qayıtmasıdır. Bunun üçün dövlət tərəfindən lazım olan bütün tədbirlər görülür. Elə bunun nəticəsidir ki, 2022-ci ildən başlanan qayıdış nəticəsində bu günə kimi 19 minə yaxın keçmiş məcburi köçkünün yurd həsrətinə son qoyulub. Təbii ki, Böyük qayıdış proqramı mərhələli şəkildə davam edir. Prezident tərəfindən 2027-2030-cu illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında sərəncam da artıq imzalanıb. 


Xocavəndlilərin yurd həsrəti sona çatdı


Dövlət Suverenliyi Günü xocavəndlilərə də ikiqat bayram oldu. Xocavənd Şəhəri Günü ərəfəsində rayonun iki qəsəbə və bir kəndinə köç karvanları yola salındı. Prezident İlham Əliyev səfər çərçivəsində Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdü. Dövlət başçısı onları təbrik edərək son beş ilin Zəfər tarixi, şanlı tarix olduğunu vurğuladı. "Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi - bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq".

Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, xüsusən şəhər günləri ərəfəsində həmin rayonlara baş çəkməsi, təməlqoyma, açılış mərasimlərində iştirakı, sakinlərlə görüşü, yeni yaşayış məntəqələrinə qayıdış artıq ənənə halını alıb. Bu gün Qarabağ və Şərqi Zəngəzurun hər bir yerində sürətli quruculuğun şahidi oluruq. Otuz il ərzində xarabazarlığa çevrilmiş, viran edilmiş bütün şəhər və kəndlər müasir standartlara uyğun şəkildə qısa zamanda bərpa edilərək əzəli sahiblərini qarşılayır. Bu gün Azərbaycan dünyanın heç bir yerində görünməmiş ilklərə imza atır. İllərlə işğalda qalan torpaqlarını öz gücünə azad edən ölkəmiz iqtisadi gücü hesabına da Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirir. 

44 günlük Vətən müharibəsindən başlanan şanlı qələbəmiz 2023-cü ildə antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə başa çatdı. Müharibədə qalib gələn Azərbaycan bu gün danışıqlar masasında da qalibdir. Beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olan irəli sürdüyü bütün şərtlər qəbul olunur. Tarixi Vaşinqton görüşü isə bütün bunları rəsmi şəkildə təsdiq etməklə, Azərbaycanın tarixinin şanlı, qüdrətli dövrünü yaşadığını, qalib ölkə olduğunu bir daha göstərdi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir  

16:37
30 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

15:28
30 Sentyabr

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir  

14:57
30 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO  

14:28
30 Sentyabr

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

14:24
30 Sentyabr

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

14:16
30 Sentyabr

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

14:13
30 Sentyabr

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 

14:09
30 Sentyabr

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb  

14:06
30 Sentyabr

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb  

14:03
30 Sentyabr

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

13:42
30 Sentyabr

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

13:39
30 Sentyabr

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

13:39
30 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

13:37
30 Sentyabr

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

13:34
30 Sentyabr

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib  

13:29
30 Sentyabr

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

13:25
30 Sentyabr

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq  

13:17
30 Sentyabr

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

13:01
30 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb  

12:57
30 Sentyabr

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

12:47
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!