22 Oktyabr 2026 10:03
166
SİYASƏT
A- A+
Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub  

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub  


Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində oktyabrın 21-də İtaliyanın Milan şəhərində növbəti sərgi təşkil olunub.

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və bu, davamlı sülhə ziyan vurur. Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.

Aksiya böyük maraqla qarşılanıb.

Kampaniya çərçivəsində bu il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.

“Gilavar Foto Klubu” İctimai Birliyi Azərbaycanın QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Qeyd edək ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb.

2026-cı il oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də “Schuman” meydanında bir qrup azərbaycanlı itkin ailəsi aksiyalar keçirib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

12:17
22 Oktyabr

Azərbaycan nefti cüzi bahalaşıb VİDEO

12:07
22 Oktyabr

Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var 

12:05
22 Oktyabr

Ermənistanda Rusiya qazının bahalaşmasının ÜDM üçün nəticələrini hesablayıblar  

11:57
22 Oktyabr

Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibətini bildirib  

11:56
22 Oktyabr

Ermənistanın imitasiyası və vaxt qazanmaq cəhdləri sülh gündəliyinə etimadı sarsıdır

11:37
22 Oktyabr

Nazir: Dövlət maliyyəsinin idarə edilməsində süni intellekt həlləri genişləndiriləcək 

11:29
22 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

11:29
22 Oktyabr

Sahil Babayev: Dövlət müəssisələrinin maliyyə intizamının gücləndirilməsi üçün rəqəmsal həllər tətbiq olunur 

11:23
22 Oktyabr

Emin Əmrullayev: SABAH tələbələrinin gələcəyin liderləri kimi yetişməsi əsas hədəflərdəndir  

11:11
22 Oktyabr

Nazir: İndiyədək “e-müqavilə” altsistemi ilə 3 milyard manatlıq 7500-dən çox müqavilə rəsmiləşdirilib 

10:57
22 Oktyabr

Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub  

10:53
22 Oktyabr

Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub

10:52
22 Oktyabr

Sahil Babayev: 2028-ci ilin büdcə layihəsinin 60 faizi avtomatlaşdırılmış qaydada formalaşdırılacaq VİDEO

10:49
22 Oktyabr

"Azərenerji"də Energetiklər Günü qeyd olunub

10:30
22 Oktyabr

Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi

10:25
22 Oktyabr

Sürgündən Vətənə sanki ölmək üçün dönmüşdü 

10:20
22 Oktyabr

Qırmızı terrorun hədəfi - Azərbaycanın hərbi elitası

10:15
22 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb VİDEO

10:13
22 Oktyabr

Qədim Şabranın yeni turizm marşrutları

10:10
22 Oktyabr

Neft bahalaşır 

10:05
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!