21 Oktyabr 2026 19:18
250
SİYASƏT
A- A+
Parlamentdə YAP-ın VIII qurultayında regional inkişafla bağlı qarşıya qoyulan vəzifələrə dair konfrans keçirilib  

Parlamentdə YAP-ın VIII qurultayında regional inkişafla bağlı qarşıya qoyulan vəzifələrə dair konfrans keçirilib  


Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Qurultayda Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərin ölkəmizin bu günü və gələcək inkişafı baxımından bir çox önəmli mesajlarla yadda qaldığını qeyd edib. O, həyatın bütün sahələrində müşahidə olunan texnoloji keçid, o cümlədən rəqəmsal inkişaf, süni intellektin tətbiqi ilə bağlı məqamları qeyd edib, ideoloji baxımdan əvvəlki nəzəriyyələrin yeni cərəyanlarla zənginləşərək dünyanın siyasi mənzərəsini dəyişdiyini söyləyib.

Əli Əhmədov bildirib ki, dövlətimizin başçısı Qurultayda milli təhlükəsizliyin və identikliyin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi və dünya iqtisadi sistemində Azərbaycanın yerinin möhkəmləndirilməsi, insanların rifahının daha da yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi ilə əlaqədar müəyyən etdiyi vəzifələr ölkəmizin gələcək inkişaf strategiyasının əsas yol xəritəsini təşkil edir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov konfransın mövzusunun aktuallığını qeyd edərək, regionların sosial-iqtisadi inkişafının qarşıda duran əsas vəzifələrdən olduğunu deyib. Komitə sədri bildirib ki, dövlətimizin başçısı çıxışında mühüm mesajlar səsləndirərək hər bir Azərbaycan vətəndaşı, xüsusilə də partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirib.

Konfransda parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, regionlarda məşğulluğun təmin edilməsində və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib. Komitə sədri Azərbaycanın regional inkişaf modelinin, Azərbaycan iqtisadiyyatının və kənd təsərrüfatının yüksəlişinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ümummilli Liderin regionların, kənd təsərrüfatının, aqrar sektorun inkişafına böyük önəm verdiyini, onun rəhbərliyi ilə bu sahədə mühüm islahatların həyata keçirildiyini bildirib.

Tahir Rzayev regional inkişafda, iqtisadi sahədə aqrar sektorun mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında iqtisadi inkişaf, maliyyə sabitliyi, investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyi və makrolayihələr ilə bağlı istiqamətlər haqqında” çıxış edib. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışında dayanıqlı inkişafın təmin edilməsinin, eyni zamanda, balanslı və davamlı iqtisadi tərəqqiyə nail olunmasının əsas hədəflərdən biri kimi göstərildiyini vurğulayıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “Yerli özünüidarəetmənin inkişafı və bələdiyyələr qarşısında duran vəzifələr və çağırışlar” mövzusunda çıxış edib. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji vəzifələrə toxunaraq, güclü dövlət, dayanıqlı iqtisadiyyat və sürətli quruculuğun ölkənin inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb.

Daha sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, parlamentin komitə sədrləri Hicran Hüseynova, Musa Quliyev, Şahin İsmayılov, Anar İsgəndərov, deputatlar Tahir Mirkişili, Vüqar Rəhimzadə, Kamran Bayramov, Məzahir Əfəndiyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb  

21:51
21 Oktyabr

Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb  

21:01
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub  

20:52
21 Oktyabr

Afrika mətbuatı Azərbaycanın “ASAN xidmət” və DOST mərkəzlərinin beynəlxalq uğurlarından yazıb  

20:51
21 Oktyabr

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

20:46
21 Oktyabr

Özbək dilinin yeni əlifba səhifəsi: keçmişdən gələcəyə uzanan yol  

20:46
21 Oktyabr

“Muse” ilk 40 gündə 10,9 milyon dəfə yüklənib  

20:36
21 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:33
21 Oktyabr

Qədim Nubiyada saxsı emalatxanası aşkarlanıb  

20:16
21 Oktyabr

 İnsanlıq üçün əsas təhlükələrin adları açıqlanıb

20:09
21 Oktyabr

Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyaya başlanılır

19:47
21 Oktyabr

Aİ hesabatında Ələtə dəmir yolu xətti təklif olunub

19:36
21 Oktyabr

Yunanıstanda tələbələr kirayə qiymətlərinə etiraz ediblər

19:21
21 Oktyabr

Parlamentdə YAP-ın VIII qurultayında regional inkişafla bağlı qarşıya qoyulan vəzifələrə dair konfrans keçirilib  

19:18
21 Oktyabr

Payızın ən faydalı qidaları hansılardır? 

18:57
21 Oktyabr

“AI Academy”nin ilk məzunları

18:43
21 Oktyabr

Sevdiyiniz insanla birlikdə yemək qan şəkərini normaya salır

18:38
21 Oktyabr

Yaponiya torpaq nümunələri gətirmək üçün Marsa zond göndərdi

18:31
21 Oktyabr

“Spotify” 50 milyondan çox süni intellekt mahnısını tövsiyə siyahılarından çıxardı  

18:12
21 Oktyabr

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!