10 May 2026 08:43
215
SİYASƏT
A- A+
Atəşkəsdən Zəfərə

Atəşkəsdən Zəfərə


1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması gələcək böyük qələbənin təməlini yaradan taktiki gediş oldu


Azərbaycanın müasir dövlətçilik tarixində 12 may 1994-cü ildə imzalanmış atəşkəs razılaşması hərbi əməliyyatları dayandırmaqla bərabər, əslində, gələcək böyük qələbənin strateji təməlini yaratdı. 

Prezident İlham Əliyevin 2020-ci ildə Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsində jurnalistin "Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz" sualına verdiyi  məşhur cavab bu reallığın fəlsəfəsini olduğu kimi əks etdirir: "Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi,  Ermənistan da bundan sui-istifadə etdi".  

Dövlət başçımızın bu fikri 1990-cı illərin əvvəllərində ölkədəki reallığı ən dəqiq ifadə edən formuladır. Azərbaycan o zaman daxili xaos və iflic olmuş dövlət institutları səbəbindən uduzmağa məruz qalsa da, strateji hədəflərindən əl çəkməmişdi.


Strateji vaxt 


1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü, daxili vətəndaş müharibəsi təhlükəsi və iqtisadi böhran ölkəni uçurumun kənarına gətirmişdi. 

O dövrdə hakimiyyətdə olan səriştəsiz, qorxaq, xain şəxslərin ölkənin taleyini həll etmək əvəzinə kreslo uğrunda dava aparmaları ərazilərimizin bir-bir itirilməsi ilə nəticələndi. 

"Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi", - deyə, 2024-cü ilin 10 may tarixində Şuşada etdiyi çıxışında Prezident İlham Əliyev Azərbaycanın ən faciəvi günlərinə səbəb olanlar barəsində demişdi. 

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bir dövlət olaraq varlığını qoruması üçün tarixi dönüş oldu.   

Bir il sonra atəşkəs razılaşmasının əldə olunması məhz bu kritik anda dahi rəhbərin uzaqgörən gedişi idi. 

1994-cü ilin 12 may tarixində Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - "Bişkek protokolu" qüvvəyə mindi. Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər. Lakin Ermənistanın üç onillik boyu qeyri-konstruktiv mövqe tutması buna imkan vermədi. 

Atəşkəsə dair razılıq əldə olunan vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Eyni zamanda hərbi təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 

Belə bir mürəkkəb şəraitdə atəşkəsin yaratdığı nisbi sakitlik ölkədə hərc-mərcliyə son qoymağa, dövlət strukturlarını yenidən formalaşdırmağa və hüquqi dövlətin əsaslarını yaratmağa imkan verdi. 

Müharibə alovunun səngiməsi Azərbaycanı xarici investorlar üçün etibarlı tərəfdaş kimi təqdim etməyə də zəmin yaratdı. 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" bu strateji vaxtın ən böyük qazancı idi. Bu müqavilə ilə həm ölkəyə axan investisiyalar iqtisadiyyatı xilas etdi, həm də Azərbaycanın beynəlxalq arenada siyasi çəkisini artırdı, gələcək hərbi qüdrətin maliyyə sütununa çevrildi.


Tarixi ədaləti təmin edən sarsılmaz siyasət 


Ulu Öndər yaxşı bilirdi ki, işğal altındakı torpaqlar yalnız güclü ordu ilə azad edilə bilər. Bu mənada atəşkəs dövrü müasir və peşəkar nizami ordunun yaradılması üçün lazım olan şəraiti təmin etdi.

Dahi şəxsiyyət eyni zamanda atəşkəs rejimindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünün hüquqi bazasını beynəlxalq müstəvidə sarsılmaz etdi. Bu dövr ərzində aparılan diplomatik mübarizə dünya birliyinə Ermənistanın işğalçı tərəf olduğunu qəbul etdirdi.

Bu istiqamətdə 1996-cı il ATƏT-in Lissabon sammiti Azərbaycanın diplomatik tarixində ən parlaq səhifələrdən biridir. Ulu Öndər Lissabonda beynəlxalq aləmə Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bəyan etdi, respublikamızın suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edən prinsiplərin qəbul edilməsinə nail oldu. Bu, Ermənistanın diplomatik təcridinin başlanğıcı idi və Azərbaycanın gələcək ərazi bütövlüyünün hüquqi fundamentini polad kimi möhkəmləndirdi.

Atəşkəs gələcəkdə "müharibəni uduzmamaq" üçün lazım olan diplomatik manevr imkanlarını genişləndirdi. Eyni zamanda xalqın vahid bir amal - azərbaycançılıq ideologiyası ətrafında birləşməsi məhz dinc quruculuq illərində reallaşdı.

Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji xətti 2003-cü ildən etibarən Prezident İlham Əliyev yeni müstəviyə yüksəltdi. Atəşkəslə qazanılan zaman mütləq hərbi, siyasi və iqtisadi gücə çevrildi. Belə ki, 1994-cü ildəki "uduzulmuş döyüş" 2020-ci ildə "qalib gəlinmiş müharibə" ilə əvəzləndi.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri göstərdi ki, 1994-cü ildəki atəşkəs məğlubiyyətin qəbulu deyil, əksinə, düşməni diz çökdürən "dəmir yumruğ"un hazırlıq mərhələsi imiş. 

 Bu gün Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması Ulu Öndərin 33 il əvvəl başlatdığı uzaqgörən siyasətin parlaq təzahürüdür. 1994-cü ilin mayında qazanılan zaman, bugünkü qüdrətli Azərbaycanın iqtisadi və hərbi sütunlarını qurmağa imkan verdi. Tarixi ədalət məhz vaxtilə Ulu Öndər Heydər Əliyevin yaratdığı sarsılmaz strategiya sayəsində bərpa edildi.

Prezident İlham Əliyevin 2024-cü ildə parlamentdə andiçmə mərasimi zamanı bəyan etdiyi kimi: "Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!"


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!