21 Fevral 2024 11:00
7072
Oxucu məktubları
A- A+

"ASAN xidmət"də çətin iş yoxdur

 

Bir neçə gündür sevincimin həddi-hüdudu yoxdur. Neçə illər idi ki, evimin sənədləşdirilməsi məsələsi məni çox narahat edirdi. Heç bilmirdim ki, nəyi necə edim. 
Axır "ASAN kommunal"a üz tutub sənədləri onlara təqdim etdim. Onlar bütün kağızları araşdırıb iki gündən sonra yaxınlaşmağımı bildirdilər. Elə də oldu. Dedikləri gün həmin ünvana yaxınlaşdım. Təqdim etdiyim sənədlər yerli-yataqlı hazırlanıb mənə verildi. Sevindim, çünki əvvəllər illərlə bu işin üstünə düşsəm də, bir xeyri olmurdu. Bir dəfə də şəxsiyyət vəsiqəmin dəyişdirilməsi ilə bağlı "ASAN xidmət"ə müraciət etdim. Dedikləri gün yenisini mənə təqdim etdilər.
Həqiqətən, ölkəmizdə müasirliyə doğru atılan addımlar təqdirəlayiqdir. Və biz də öz növbəmizdə bu müasirliyi, rahatlığı yaradanlara minnətdarlığımızı bildirməliyik. 

İsmayıl MƏMMƏDOV,
Bakı şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video