13 Noyabr 2018 15:20
390
İQTİSADİYYAT
A- A+
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib

“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib


"Azərbaycan Respublikasının "Asan İmza” adlanan və mobil identitet texnologiyası əsasında yaradılan milli rəqəmsal identiteti və gücləndirilmiş elektron imzası” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi (DSİTM) tərəfindən ən innovativ nümunə kimi qəbul edilərək həmin mərkəzin veb-saytında çap olunub.

"Asan İmza”nın operatoru "B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, DSİTM dövlət sektorunda innovasiyalar üçün qlobal forum hesab edilir və cəmiyyətin ciddi problemlərinin həlli üçün yeni yanaşmaların anlaşılması və genişləndirilməsi məqsədilə hökumətlərlə əməkdaşlıq edir. Bununla da dövlət qulluqçularına yeni imkanların öyrənilməsində kömək etmək məqsədilə onlara yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələri təqdim edir. "Asan İmza” mobil elektron imzanın innovativ nümunəsi artıq DSİTM-nin veb-saytında dünyanın bütün istifadəçiləri üçün əlyetərli olub, işin sadələşdirilməsinə və yeni zirvələrin fəth edilməsinə təsir edəcək. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən respublikanın diplomatik nümayəndəlikləri bütün dünya üzrə xarici vətəndaşlara "Asan İmza” m-Rezidentlik təqdim etmək hüququna malikdirlər. m-Rezidentlik ölkədə investisiya mühitinin inkişafı və Azərbaycanda biznes qurmaq arzusunda olan xarici vətəndaşların investisiyaya cəlb edilməsi səviyyəsinin yüksəldilməsi üçün vacib innovativ alətdir. m-Rezidentlik vasitəsilə ölkəni tərk etmədən onlayn rejimdə şirkəti qeydiyyata almaq, onlayn olaraq vergi və gömrük tranzaksiyalarını həyata keçirmək, elektron və mobil bankçılıq xidmətlərindən istifadə etmək, onlayn-müqavilələri imzalamaq və sair olar. Azərbaycanda mövcud olan 600-dən çox dövlət və özəl elektron xidmətlərdən "Asan İmza” vasitəsilə istifadə etmək mümkündür. Yeni transsərhəd elektron xidmətlər Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı vasitəsilə əlyetərli olacaq.

2017-ci ilin əvvəllərində Prezidentin Fərmanı ilə ölkənin önəmli mövqelərinin Qafqaz və onun hüdudlarında möhkəmləndirilməsi üçün Rəqəmsal Ticarət Qovşağı (RTQ) təsis edilib. RTQ xarici və yerli müəssisələrə elektron şəkildə idxal/ixrac sənədlərini və digər razılaşmaları hazırlayaraq imzalamaq, eləcə də yerli və transsərhəd elektron xidmətlərə və elektron ticarətə əlyetərlilik əldə etmək imkanı verir. Azərbaycan mobil rəqəmsal identitetin istifadəsi və onun müxtəlif dövlət və özəl elektron xidmətlərə inteqrasiyası üzrə lider mövqelərdən birinə sahibdir. Bura eyni zamanda "Asan İmza”nın Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və dövlət-özəl əməkdaşlıq prinsipinə əsaslanan "Azexport.az” portalına inteqrasiyası da daxildir. Prezidentin Fərmanına əsasən hazırda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və "Azexport.az” portalının gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşəbbüs də Azərbaycanda innovativ texnologiyaların ixracının inkişaf etdirilməsinə təsir göstərir və Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (АZINNEX) niyyətlərini dəstəkləyir.

Əlavə məlumat üçün https://oecd-opsi.org/innovations/ linkinə daxil olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!