Arxeoloqlar orta əsr Ağsu şəhəri ərazisindən xalqımızın zəngin süfrə mədəniyyətinə dair maddi nümunələr aşkarlamışlar
Azərbaycan xalqının əsrlər boyu formalaşan milli-mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan süfrə mədəniyyətinin kökləri qədim zamanlardan başlamış, orta əsrlərdə inkişaf etmiş və bu gün də qorunub saxlanılmaqdadır.
Bu mədəniyyət müxtəlif çeşidli yeməklər, süfrə adətləri ilə yanaşı, həm də rəngarəng qab-qacaq dəstləri ilə də ölçülür. Bu gün "Xaraba şəhər" adlanan orta əsr Ağsu şəhəri ərazisindən arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı qab-qacaq nümunələri məhz xalqımızın zəngin süfrə mədəniyyətinə malik olduğunun əyani göstəricisidir.
AzərTAc xəbər verir ki, süfrə mədəniyyətinə aid nümunələr daha çox sənətkarların yaşadıqları məhəllədə (üçüncü qazıntı sahəsində) və zəngin ailələrə məxsus ev-otaq yerlərində (dördüncü sahədə) tapılmışdır. Bu qazıntı sahələrində nəinki yerli, habelə Çində, İranda və bir sıra Avropa ölkələrində istehsal olunmuş xeyli saxsı və çini qablar, habelə onların fraqmentləri aşkarlanmışdır.
Mütəxəssislərin qənaətinə görə, tapılan nümunələr gündəlik məişətdə işlədilən qablarla yanaşı, həm də bayramlarda və digər xüsusi mərasimlərdə istifadə olunan müxtəlif çeşidli qab-qacaq dəstlərindən ibarətdir ki, bu da dövrümüzədək gəlib çatan gözəl süfrə adət-ənənələrimizin göstəricisidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!