01 May 2025 08:25
811
SİYASƏT
A- A+
"Araz dəhlizi" regionda geniş tranzit imkanları yaradacaq

"Araz dəhlizi" regionda geniş tranzit imkanları yaradacaq


Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi təkcə ölkəmizin əlverişli coğrafiyada yerləşməsi ilə deyil, həm də dövlətimiz tərəfindən nəqliyyat-tranzit imkanların şaxələndirilməsi üçün yaradılan münbit şəraitə, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətə görə mümkün olub. 

Azərbaycanın təşəbbüsləri, fəal dəstəyi ilə gerçəkləşdirilən yeni marşrut layihələri yalnız ölkəmizin deyil, ümumilikdə bölgənin və daha geniş coğrafiyanın iqtisadi, ticari əlaqələrinin inkişafı üçün əvəzolunmaz rol oynayır. Bu layihələrin ən böyük özəllikləri təhlükəsizliyə, rifaha xidmət edən yollar açması, uzaq, yaxın fərq etməz -  müxtəlif ölkələr arasında qarşılıqlı etimada əsaslanan hərtərəfli əməkdaşlığa da yeni üfüqlərin açılması üçün münbit zəmin yaratmasıdır. 

Bu baxımdan, artıq beynəlxalq gündəliyə, leksikona daxil olan "Araz dəhlizi" layihəsi də xüsusi əhəmiyyət daşıyır. Bu layihə İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Araz çayının üzərindən keçən və "Araz dəhlizi" adlanan Kəlalə-Ağbənd layihəsi - Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Fars Körfəzini Qara dənizlə birləşdirəcək. 

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri çərçivəsində keçirilən Azərbaycan-İran biznes-forumu zamanı Prezident İlham Əliyev bir daha sözügedən layihənin əhəmiyyətinə vurğu edərək dedi ki, "Araz dəhlizi" layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir: "Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir".

 

Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu  


Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək. Məlumata görə, tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək. Çin-Mərkəzi Asiya-Azərbaycan-İran-Türkiyə xəttini əhatə edən "Şərq-Qərb" nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.

Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcək.

Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaq.

Yuxarıda sözügedən forumda Prezident İlham Əliyev söylədi ki, bu layihə sayəsində böyük tranzit imkanları yaranacaq: "Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək". 

Dövlətimizin başçısı qeyd etdi ki, təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. 


"Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq edilir


"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, əsasən, Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsi və vaxtını iki-üç dəfə azaltmasıdır. Əgər dəniz yolu ilə Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə daşıma müddəti 45-60 gün təşkil edirsə, "Şimal-Cənub" dəhlizi ilə bu müddət 20-25 gündür.

"Şimal-Cənub" dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi üçün çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq. Bütün işlər yekunlaşdıqdan sonra  Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və şimaldan Fars körfəzinə qədər vahid dəmir yolu xətti formalaşacaq.

Azərbaycan-İran biznes-forumu zamanı Prezident İlham Əliyev dedi ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə Azərbaycanla İran sıx əməkdaşlıq edir: "Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yolboyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır".

Göründüyü kimi, regionun strateji nəqliyyat qovşağı kimi dünyanın diqqət mərkəzində olan Azərbaycan yeni çağırışlara cavab verən təşəbbüsləri, layihələri ilə, sözün əsl mənasında, Avropa ilə Asiya arasında yeni körpülər, yollar salır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!