13 İyun 2024 14:24
380
CƏMİYYƏT
A- A+
AQTA rəsmisi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib

AQTA rəsmisi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə Qurban bayramında heyvanların kəsimi prosesinə sistemli və kompleks nəzarət həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Qurban bayramı ilə əlaqədar 147 ünvanda kəsim və satış olacaq.

E.Mikayılov bildirib ki, həmin ünvanların bəzilərində yalnız kəsim, digərlərində kəsim və satış, qalanlarında isə yalnız satış olacaq

"Heyvanları əldə etmək istəyən vətəndaşlar yalnız kəsim və satış, satış fəaliyyəti nəzərdə tutulan yerlərdən ala bilərlər. Yalnız kəsim fəaliyyəti nəzərdə tutulan yerlərdə diri heyvanların satışına icazə verilməyəcək. Həmin ünvanlarda vətəndaşlar yalnız öz heyvanlarını gətirib baytarlıq nəzarətindən keçirdikdən sonra kəsib apara bilərlər", - deyə Aparat rəhbəri qeyd edib.

E.Mikayılov qeyd edib ki, bayram günlərində Agentliyin Mərkəzi Aparatının regional bölmələrinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Onun sözlərinə görə, ümumilikdə 350-dən çox əməkdaş bayram günlərində bu işə cəlb olunacaq.

"Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti orqanların nümayəndələrindən ibarət hər region və kəsim sahəsi üzrə işçi qruplar formalaşdırılıb. Bayram günlərində aidiyyəti dövlət orqanlarının fəaliyyəti koordinasiyalı şəkildə təmin ediləcək.

Siyahısı açıqlanan yerlərdən kənarda qanunsuz kəsim halları müşahidə etdikdə, çox sərt tədbirlər görüləcək. Həm Qida Təhlükəsizliyi Agentliyi, həm hüquq-mühafizə orqanları, həm də yerli icra hakimiyyəti orqanları bununla bağlı zəruri addımlar atacaq. Ona görə də vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, yalnız siyahısı açıqlanmış yerlərdə kəsim və satış həyata keçirsinlər”, - deyə agentlik rəsmisi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası

09:30
22 İyun

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi

09:25
22 İyun

Qələbənin sərhədsiz gücü 

09:20
22 İyun

Olimpiya hərəkatında Azərbaycan nümunəsi

09:15
22 İyun

Göygöl rayonunda yeni turizm obyekti açılıb

09:10
22 İyun

Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın

09:07
22 İyun

Qazaxda arpa biçini davam edir

09:05
22 İyun

Bu il Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında ümumilikdə 72 min hektardan çox sahədə taxıl əkilib

09:02
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!