20 İyun 2025 09:10
314
İQTİSADİYYAT
A- A+
Aqrar sektorda istehsalı artırmağın səmərəli yolu

Aqrar sektorda istehsalı artırmağın səmərəli yolu


Müasir texnologiyalar və  yeni üsullar hesabına məhsuldarlıq yüksəldilməlidir


Dünyada iqlim dəyişikliyinin ən çox ziyan vurduğu sahələrin önündə aqrar sektor gedir. Səbəb məlum və sadədir: nə qədər yeni texnologiya və məhsuldar sortlardan istifadə olunsa da, məhsulun yetişməsində iqlim mühüm rol oynamaqda davam edir. Belə hal açıq tarlada yetişdirilən məhsullara daha çox aiddir. 

Ancaq o da sübut olunub ki, əkinçilikdə istifadə edilən müasir texnologiyalar və yeni becərmə üsulları, həmçinin məhsuldar sortlar sayəsində qlobal miqyasda məhsuldarlığı artırmaq mümkündür. Hazırda dünyada aqrar sektorun inkişafının bunun üzərində qurulmasının səbəbi də budur. İkincisi də, sadəcə başqa yol yoxdur.

Ayrı-ayrı ölkələr aqrar sektorda innovasiyalardan geniş istifadə etməklə yüksək məhsuldarlıq əldə etməyə nail olurlar. Məsələn, dünyada taxılçılıqda 60 sentnerdən 90 sentnerə qədər yüksək məhsuldarlığa nail olan təsərrüfatlar var. Ancaq Azərbaycanda fermerlər (aqroparklar və iri fermer təsərrüfatları istisna olmaqla) 1 hektardan 32 sentnerdən çox məhsul əldə edə bilmirlər. Bu faktın özü bizim təsərrüfatların məhsuldarlıqda nə qədər geri qaldığını göstərir. 

Bəs biz bu geriliyə son qoya bilərikmi? Qoya bilməriksə, səbəb nədir? Bu yerdə Azərbaycanda geniş yayılmış, əslində, bəlaya çevrilmiş bir məsələyə toxunmaq istərdik. Dünyada aparılan elmi araşdırmalar təsdiq edib ki, biçindən sonra əkin sahələrinin yandırılması mənfi fəsadlar doğurur. Aparılan elmi araşdırmalar göstərir ki, kövşənin yandırılması torpağın məhsuldarlığını xeyli azaldır. Buna baxmayaraq, aqrar biliyə az sahib olan taxılçılarımız hələ də dədə-baba qaydasından yaranan yanlışlığı davam etdirirlər. Daha dəqiq desək, əkin sahələrini öz əlləri ilə tədricən sıradan çıxarırlar. 

Dünyada əkinçilik mədəniyyəti deyilən bir ifadə var. Nədənsə ölkəmizdə buna əhəmiyyət verilmir, əkib-becərməyə kor-koranə yanaşılır. Unutmayaq ki, torpaq da canlıdır, bütün canlılar kimi o da qayğı və qulluq tələb edir. 

Bu gün Azərbaycan fermeri deyə bilməz ki, dövlət ona dəstək vermir. Ölkəmizdə istehsalçı kəndliyə edilən güzəştləri sayıb qurtarmaq olmur. O ki qaldı həmin dəstəkdən səmərəli istifadə etməyə, bu, başqa bir problemdir. Hər halda  səmərəli istifadə edilsəydi, məhsuldarlıq belə aşağı olmazdı.

Hesablama Palatası tərəfindən aparılan təhlillər göstərir ki, dövlət büdcəsindən bitkiçilik sahəsinə verilmiş subsidiyaların cəmi, eləcə də 1 hektara düşən subsidiya məbləğləri 2020-ci ildən başlayaraq davamlı şəkildə artdığı halda, 1 hektara düşən istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 2024-cü ildə 2023-cü illə müqayisədə 434,1 manat (13 faiz) azalıb. Təhlillərdə eyni zamanda qeyd edilib ki, çoxillik əkmələrlə birlikdə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi 2023-cü illə müqayisədə ötən il 345,4 min hektar (19,4 faiz) artaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin əvvəlki illə müqayisədə daha çox hissəsini (89,9 faizini) təşkil etməsinə baxmayaraq, nəticə göstəricilərində (məhsuldarlıq, istehsal) artım olmayıb.

Aparılan təhlillər müvafiq tendensiyanın heyvandarlıqda da olduğunu göstərib. Belə ki, Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə süni mayalanma yolu ilə doğulmuş hər baş buzova 100 manat məbləğində subsidiyanın verilməsinə və damazlıq heyvanların dəyərinin 60 faizinə güzəştin tətbiq olunmasına baxmayaraq, ölkə üzrə qaramalın və qoyun-keçilərin baş sayı 2016-cı ildən başlayaraq (2020-ci ilin yekunu istisna olmaqla) davamlı surətdə azalaraq 2024-cü ilin sonuna müvafiq olaraq 2 milyon 459,7 min və 6 milyon 850,2 minə düşüb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!