17 May 2023 17:51
552
PARLAMENT
A- A+

Andrey Yatskin: Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Rusiyada da böyük ehtiramla anılır

 

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Rusiyanın Dövlət Dumasında və Federal Şurada Heydər Əliyevin yubileyi ilə bağlı təşkil olunmuş sərgilərə görə təşəkkür edərək, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib və bunu iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Görüşdə bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır.

Parlamentin sədri Rusiyaya səfəri çərçivəsində paytaxt Moskva şəhərində keçirilən tədbirlərdə çıxış edənlərin Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev haqqında söylədikləri xoş sözlərlə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, əsası Heydər Əliyev dönəmində qoyulmuş Rusiya-Azərbaycan münasibətləri bu gün hər iki ölkənin liderləri tərəfindən uğurla davam etdirilir və bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə danışılıb.

Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Rusiyada da həmişə böyük ehtiramla anıldığını, onun SSRİ rəhbərliyində olduğu dövrdə gördüyü nəhəng işlərin bu gün də minnətdarlıqla xatırlandığını söyləyib. O, Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq, Heydər Əliyevin bu sahədəki xidmətlərini yüksək dəyərləndirib.

Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video