04 İyun 2023 10:10
1725
İQTİSADİYYAT
A- A+
Ana təbiəti qorumaq övladlıq borcudur

Ana təbiəti qorumaq övladlıq borcudur

 

Bu bir həqiqətdir ki, insan təbiətdən asılıdır - yaşaması və inkişafı üçün bütün maddi nemətləri təbiətdən alır. Gerçəklik də bundan ibarətdir ki, cəmiyyət asılı olduğu, yaşaması və fəaliyyət göstərməsi üçün həyat mənbəyi olan təbiətə təsir göstərir, onu dəyişdirir, çirkləndirir və deqradasiyaya uğradır. 
XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə artan təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə, bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. 1971-ci il mayın 11-də dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadimi BMT-nin Baş katibinə "Ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciət edərək ətraf mühitin çirklənməsi haqqında həyəcan təbili çaldılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa başladılar.
1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsini gündəliyə çıxararaq problemin kəskinliyini müzakirə etdilər. Əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 
5 iyunun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Bu səbəbdəndir ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət bizim evimizdir və gələcəyimiz bizə əmanət olunan bu evin təmizliyinin qorunub saxlanmasına necə riayət etməyimizdən çox asılıdır. Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir.
Son dövrlər ekoloji tarazlığın pozulmasının ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə əlaqədar olaraq ölkəmizdə də bu məsələyə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti ekoloji təhlükəsizliyin daim diqqət mərkəzində olmasını tələb edir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir".
Ölkəmizdə ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə xüsusi proqram həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" təsdiq edilib. Ötən il Qızılağac Milli Parkı yaradılıb.
Bu gün dünya bioloji müxtəlifliyin, ərazi planlaşdırılması və landşaftın idarə edilməsinə, mədəni və təbii ehtiyatların inteqrasiyasına əsaslanan dayanıqlı ərazi inkişafına xüsusi diqqət verir. Nə yazıq ki, mənfur qonşularımızın təcavüzü nəticəsində Azərbaycanın təbiətinə, 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizin flora və faunasına da ciddi ziyan dəymişdir. Ermənistan ordusu işğal etdikləri ərazilərdə təkcə yaşayış binalarını, mədəni tarixi abidələrimizi məhv etməklə kifayətlənməmiş, dünyada nadir təbiət möcüzəsi sayılan, Zəngilan rayonu ərazisində yerləşən "Çinar vadisi"ni qıraraq, yandıraraq məhv etmişdir. İşğal dövründə meşələrimizə ciddi ziyan dəymiş, təbiətin nadir heyvanları qanunsuz ovlanılaraq məhv edilmişdir. Hayastan işğal altında saxladığı ərazilərdə zərərli tullantılar basdırmış, suları məqsədli şəkildə çirkləndirmişdir. Ermənistan zəngin təbii ehtiyatları olan "Zod" və "Qızılbulaq" qızıl mədənlərini, eləcə də "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar etməklə təbiətə ziyan vuraraq o əraziləri faktiki olaraq ölü zonaya çevirmişdir. Təəssüf ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar işğalçı dövlətin təbiətə qarşı törətdiyi bu vəhşiliyə də etiraz etməmişdir.
Bu gün Azərbaycan dövləti Qarabağda yalnız dağılmış evləri, mədəni tarixi abidələri bərpa etmir. Vəhşi ermənilərin məhv etdikləri təbiətin də dirçəldilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının Qarabağa hər səfəri zamanı yaralı Azərbaycan təbiətinə də can verməyə çalışdığının şahidi oluruq. Qarabağa ilk səfəri zamanı Həkəri çayına farel balıqlarının buraxılması, Cəbrayıla ceyranların gətirilməsinə, bu günlərdə Laçın meşələrinə Qafqaz turlarının, Laçın dağlarına qızılquşların buraxılmasına yalnız Azərbaycan vətəndaşları şahidlik etmədi. Bu hadisəni dünyanın müxtəlif yerlərində yaşayan təbiətsevərlər də izlədilər və alqışladılar.
Bir sözlə, Azərbaycan dövlətinin qayğısı nəticəsində Qarabağda təbiətimizə vurulan yaralar yenidən sağalır, təbiətimiz canlanır. Bütün canlıların yaşadığı, Tanrının təmənnasız olaraq insanlara ərməğan etdiyi təbiətin qorunması, tarazlığının pozulmasının qarşısının alınması, eyni zamanda ətraf mühitin çirklənməsinə qarşı dayanıqlı mübarizə aparmaq hər bir insanın "Ana" dediyimiz təbiətə övladlıq borcudur.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!