02 Mart 2025 08:50
653
CƏMİYYƏT
A- A+
Ana qəlbi

Ana qəlbi


Valideynlər övladları arasında fərq qoymazlar. Eyni qayğı, eyni sevgi və əziyyətlə böyüdürlər onları. Ancaq gəlin etiraf edək ki, ailədə sonbeşik övladın yeri bambaşqadır.

Mircəfər kişinin ailəsində də Mirsədi belə bir məhəbbətlə sevilirdi. Fərqli uşaq idi, məqsədyönlüydü, çalışqan idi. Valideynlərini xırda bir hərəkəti ilə məyus etməyə qıymazdı.

Mircəfər kişi onun haqqında keçmiş zamanda danışa bilmir:

- Şəhidlik anlayışı çox müqəddəsdir. Torpaq, vətən, xalq yolunda özünü qurban vermək ölüm deyil, ölümsüzlükdür, əbədi həyatdır. Bu fikirlə yaşadığım üçün Mirsədini həmişə yanımda hiss edirəm. Onun körpəliyi, gəncliyi, orduda xidmət etdiyi günlər hər an xəyalımda canlanır. Bu xatirələr indi ömrümün mənasıdır, həyatda mənə güc verən, yaşadan amildir. 

Ana ürəyində xatirələr daha çoxdur. Səadət xanım deyir:

- Hara getsə, körpə uşaq kimi yanıma tələsirdi. Mirsədi vaxtının çoxunu evimizdə keçirməyi xoşlayırdı. Çünki bilirdi ki, qapımızdan içəri girməyincə, rahat olmuruq. O isə heç vaxt bizi incitmək istəmirdi. Deyirdi, ana, həmişə üzün gülsün, onda evimiz işıqlı olur. Otağından çoxlu bayraq asmışdı, idmanla məşğul olurdu ki, boyu uzansın. Özünü hərbçi həyatına hazırlayırmış balam... Biz bunlardan xəbərsiz idik. Onun hərəkətlərinə adi uşaq marağı kimi baxırdıq. 

Bu hazırlıq uşaq marağından irəli gəlmirdi. Umudlu həsrətindən yaranırdı. Heç zaman Umudlunu görməyən bir uşaq özünü düşmənlə mübarizəyə hazırlayırdı. 

İndi Sərsəng su anbarının sahilində yerləşən, Ağdərənin Umudlu kəndinə gedən yolda bu azad kəndin digər şəhidləri ilə yanaşı, onun - Mirsədi Bağırlının da portreti vurulub. Bu yerlərə ayaq basanları ilk olaraq onlar qarşılayır, məğrur baxışları ilə olub-keçənləri xatırladırlar. Xatırladırlar ki, tarixboyu dəfələrlə erməni vandalizminin qurbanı olan umudlulular bir daha məğlub olmasınlar. 

Mircəfər kişi bir neçə dəfə doğma kəndində olub, ata yurdunu ziyarət edib. Bu hisslər nə qədər sevincli olsa da, qəlbindəki kədəri özündən uzaqlaşdıra bilməyib. Axı o, Mirsədiyə söz vermişdi ki, onlar bu kəndə birlikdə ayaq basacaqlar.

Səadət xanım isə hələ də Umudluda olmayıb. Səbəbini soruşduqda dedi:

- Mirsədi bu günləri çox gözləmişdi. Qismət olmadı. Onsuz o yerlərə getməkdə çətinlik çəkirəm. Təsəllim bircə budur ki, indi onun da, bütün şəhidlərimizin də ruhu şaddır. Başladıqları, uğrunda can verdikləri iş yarımçıq qalmadı. Torpaqlarımız bütövləşdi. Şəhidlərimizin qisası alındı.

Mirsədi Bağırlı son döyüşə gedərkən telefonda atasına "haqqını halal elə" demişdi. Həmin gün - oktyabrın 9-da Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının döyüşçüləri Cəbrayıl uğrunda gedən savaşa qatılacaqdılar. Onlar üç dost olublar - hərbi hissənin ən güclü snayperçiləri - Əlizamin Ramazanlı, Əkbər Mustafayev və Mirsədi Bağırlı. Əlizaminlə Əkbəri ayırıb Hadrut istiqamətinə göndərdilər, Mirsədi isə Sarıcalı kəndinin azad olunmasında iştirak etdi. Döyüş yoldaşları deyirlər ki, atası ilə telefon söhbətindən sonra Mirsədinin üzündə qəribə bir rahatlıq hiss olunurdu. Yoldaşlarına da deyib ki, atamdan halallıq almışam.

Bu savaş ölüm-dirim döyüşü idi. İgidlərimiz hər qarış torpağımızı qanları bahasına azad edirdilər. Təəssüf ki, həmin döyüşdə namərd gülləsi Mirsədinin məhəbbətlə dolu gənc ürəyini susdurdu. Üç gün ailəsi ondan xəbər tuta bilmədi.

Mirsədi anasının ürəyini nə qədər qorusa da, vətən, torpaq sevgisi bu hisslərdən üstün oldu. O, döyüş yolunu seçib, uşaqlığından özünü buna hazırladı. Hələ müddətli həqiqi hərbi xidmətdə olarkən - 2020-ci il avqustun 17-18-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar istiqamətində gedən hərbi əməliyyatda iştirak etdi. 2020-ci il yanvarın 28-dən gizir hərbi rütbəsində hərbi xidmətini başa vurduqdan sonra həmin il martın 30-dan Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq xidmətə başladı.

Deyirlər ki, kursu bitirdikdən sonra ailəsi bu münasibətlə qurban kəsib, müqəddəs ocaqda hərə bir niyyət tutub. O isə bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ən böyük arzusudur, bu yolda şəhid olmağa da hazırdır. Dediyi kimi də oldu.

Anası deyir ki, son dəfə Füzulidə Əlibəyli məscidində görüşüblər: "Mirsədi sanki yatmışdı və o, yuxuda  olarkən məğrur görünürdü. Bunu sözlə ifadə etmək çətindir. O əmin idi ki, ordumuz qalib gələcək, əmin idi ki, qələbə yaxındadır, o, niyyətinə, məqsədinə çatmışdı, ruhu rahatlıq tapmışdı". "Mirsədi belə istəmişdi" deyir ana. - "Biz də olanlara yalnız şükür edirik".

Ana bu sözləri deyir, ancaq ürək dözmür. Səadət ananın da ürəyi baş verənlərə tab gətirmədi. Dövlətimizin, "Yaşat Fondu"nun, xeyirxah insanların vaxtında köməyi və həkimlərin operativ müdaxiləsi olmasaydı, xatirələrlə dolu bu ürək vaxtsız susardı. Qardaş Türkiyədə ana ürəyini yaşatmaq üçün həkimlər çox çalışdılar və bu işi bacardılar - Səadət ananı həyata qaytardılar.

Hazırda Bərdənin Mehdixanlı kəndində yaşayan şəhid ailəsini ziyarət edənlərin ardı-arası kəsilmir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da əməliyyatdan sonra Səadət ana ilə görüşüb, vəziyyəti ilə maraqlanıb. 

Mircəfər kişi deyir ki, həm Tərtərdə, həm də Bərdədə bir neçə məktəbdə Mirsədi Bağırlının adını daşıyan sinif otaqları var. Ailə üzvləri tez-tez şagirdlərin qonağı olur, onun vətənpərvərliyindən danışır, qısa, şərəfli ömrünün xatirələrini yada salırlar. Bu yaxınlarda isə ata onun son döyüş yerində - Cəbrayıl rayonunun Sarıcalı kəndində olub və burada Mirsədi Bağırlının adı həkk edilmiş mərmər lövhənin açılışı mərasimində iştirak edib. 

Mircəfər kişi deyir:

- Balalarımızın azadlıq uğrunda qan tökdükləri yerlər bu gün tikilir, qurulur, abadlaşır. Düşmənin xarabalığa çevirdiyi şəhər və kəndlərimizə yeni həyat qayıdır. İnsanlar indi orada rahat yaşayırlar. Bu, bizim yaralı qəlbimizi ovundurur. Dövlətimizə, xalqımıza minnətdaram ki, şəhidlərimizin xatirəsini daim uca tuturlar.


Svetlana BAĞIROVA,

"Yeni Tərtər" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!