09 Fevral 2026 11:40
178
CƏMİYYƏT
A- A+
Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib


"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı ötən il dekabrın 22-dən bu il fevralın 8-dək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 min 119 şəxs barəsində tətbiq olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, amnistiya tətbiq olunan şəxslərin 5148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1216-sı böyük ictimai təhlükə törətməyən, 13054-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.

Amnistiya aktının icrası davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ Avstraliyaya dörd ədəd atom sualtı qayığı yerləşdirmək istəyir

13:48
09 Fevral

Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub

13:47
09 Fevral

Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib  

13:46
09 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

13:43
09 Fevral

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:43
09 Fevral

Azərbaycan nümayəndə heyəti “World Defense Show” sərgisində iştirak edib  

13:41
09 Fevral

Türkiyə əhalisinin sayı 86,1 milyon nəfərə yaxınlaşıb  

13:41
09 Fevral

Şəxsi və ailə sirrini yayanlar məsuliyyət daşıyırlar – Ali Məhkəmə  

13:39
09 Fevral

Qış Olimpiadası: İsrail idmançıları qarət olunublar

12:49
09 Fevral

Qazaxıstanda 2030-cu ilədək kömür generasiyasının inkişafı üzrə Milli Plan layihəsi hazırlanıb  

12:39
09 Fevral

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK  

12:34
09 Fevral

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol

11:46
09 Fevral

“The Jerusalem Post”: İsrail İrana zərbə endirə biləcəyi barədə ABŞ-ı xəbərdar edib  

11:44
09 Fevral

Son iki gündə 105 cinayətin açılması təmin edilib

11:43
09 Fevral

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

11:42
09 Fevral

Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək  

11:42
09 Fevral

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır  

11:41
09 Fevral

Əziz Ələkbərli: Köçəryan, Sarkisyan kimi müharibə caniləri də Azərbaycana təhvil verilməli və xalqımız qarşısında mühakimə olunmalıdırlar  

11:40
09 Fevral

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib

11:40
09 Fevral

Özbəkistanda təhsil alan azərbaycanlı gənclərlə görüş keçirilib

11:14
09 Fevral

Dünya bazarında qızıl 80 dollar bahalaşıb 

11:13
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!