06 İyun 2025 09:05
2678
Elm və texnika
A- A+
Alimliyi, pedaqoqluğu və vətənsevərliyi özündə birləşdirən ziyalı

Alimliyi, pedaqoqluğu və vətənsevərliyi özündə birləşdirən ziyalı


Müəllim-pedaqoq, alim, ziyalı, vətənpərvər, milli təəssübkeş - bu kimi ali xüsusiyyətlərin bir insanda vəhdət halında cəmlənməsinə çox az rast gəlinir. Bu xüsusiyyətləri daşıyan insanlar cəmiyyətin, elmin, təhsilin və vətənin fədakar keşikçiləridir. Arzu edilən budur ki, Azərbaycanda belə şəxsiyyətlərin sayı artsın, onların iziylə gedən yeni nəsillər formalaşsın. Çünki məhz belə - öyrənən, öyrədən, örnək  insanları yetişdirənlərin sayının çox olması gələcəyimizin qarantıdır.

Bütün bu nəcib sifətləri özündə birləşdirən simalardan biri də - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlidir. Nazim müəllimin pedaqoji, elmi və ictimai fəaliyyəti nümunəvidir. O, Azərbaycanın iqtisadi və elmi mühitinə dəyər qatan, cəmiyyət üçün mənəvi və intellektual qazanc sayılan şəxsiyyətlərdən biridir. 


Müəllim adını zirvəyə daşıyan şəxsiyyət 


Bu yazıda niyə "müəllim" yox, "müəllim-pedaqoq" adına üstünlük verdik? Hazırda müəllim sözü cəmiyyətdə əsasən müraciət forması kimi istifadə edilir. Bu, başqa və geniş müzakirənin mövzusudur. Lakin "müəllim-pedaqoq" ifadəsi daha dərin mənalar daşıyır. Müəllim-pedaqoq - təkcə öyrədən deyil, həm də insan formalaşdıran, şəxsiyyət yetişdirəndir. Professor Nazim Müzəffərli müəllim-pedaqoq adını zirvəyə daşıyan şəxslərdəndir. 

O, müxtəlif platformalardakı çıxışlarında, yazılarında təkcə iqtisadi bilikləri aşılamaqla kifayətlənmir, həm də gənclərə vətənə sevgi, milli kimlik, insanlıq və məsuliyyət hissini aşılayır. Nazim müəllim bunu həm də ən yaxşı şəkildə bacarır. O, bəlağətli nitqi,  elmi əsərləri, təmkinli davranışları, statusuna baxmadan insanlarla səmimi münasibətləri və dərin dünyagörüşü ilə hər zaman ətrafındakı insanlar üçün örnək olmuşdur. Onunla ünsiyyətdə olanlar, onu dinləyənlər təkcə iqtisadi biliklər əldə etmirlər, həm də milli-mənəvi dəyərləri əxs edirlər.

Nazim Müzəffərlinin mərhum professor Cəmil Əhmədli haqqında yazdığı səmimi və dərin məzmunlu yazı onun müəlliminə olan böyük hörmətinin təzahürüdür. Nazim müəllim eynilə tələbələri haqqında da yüksək fikirlər yaza və səsləndirə bilən şəxsiyyətdir. Başqasına dəyər vermək insandan "böyük ürək" istəyir. Nazim müəllim böyükürəkli insandır və bu keyfiyyəti onu daha da yüksəldir. 


Alimliyin zirvəsi elmi məktəbin formalaşmasıdır


Elmdə ən uca zirvə elmi məktəbin yaranmasıdır. Bu, təkcə biliklə deyil, fikir gücü, yenilikçiliyə meyillilik, dərinə nüfuz edən elmi təfəkkür, prinsipiallıq və uzaqgörənliklə mümkündür. Elmi məktəb bir şəxsin deyil, bir ideyanın ətrafında birləşmiş təfəkkürlərin sintezidir. O, məkan və zaman sərhədlərini aşaraq, ideyanı daha yüksək mərhələyə daşıyan kollektiv zəkanın formasıdır.

Bu baxımdan professor Nazim Müzəffərlinin elmi ideyaları ətrafında formalaşan tədqiqatlar, onun elmi rəhbərliyi ilə aparılan araşdırmalar və əldə edilən nəticələr artıq elmi məktəbin formalaşdığını sübut edir. Xüsusilə Nazim müəllimin işlədiyi və elmi ictimaiyyətə təqdim etdiyi "İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi" qeyri-səlis məntiq fəlsəfəsinə əsaslanan ilk metodoloji yanaşmadır. İllərlə tədqiqatçıların sual etdiyi, lakin ölçməkdə çətinlik çəkdiyi dövlətin iqtisadiyyata müdaxilə dərəcəsi bu metodologiya ilə qiymətləndirilə bilir.

Bu yanaşma dövlətin iqtisadi rolu ilə bağlı yalnız statistik deyil, fəlsəfi nəticələrə də yol açır. Dövlət müdaxiləsinin sərt ideoloji çərçivədən çıxarılaraq, konkret və çevik idarəetmə modellərinə uyğunlaşdırılması Nazim müəllimin elmi vizionunun göstəricisidir. Bu metodologiya həm makroiqtisadi səviyyədə, həm də sahəvi idarəetmədə effektiv tənzimləmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

Nazim müəllimin elmi araşdırmaları içərisində Qarabağın iqtisadi quruculuğu xüsusi yer tutur. Onun bu mövzuya münasibəti təkcə elmi deyil, həm də vətəndaşlıq mövqeyi ilə bağlıdır. Hələ 2010-cu ildə Qarabağ işğal altındaykən E.İsmayılovla birgə qələmə aldığı "Azərbaycan postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" əsəri bu sahədə ilk elmi konsepsiyalardan biri kimi tarixə düşüb. O zamanlar kağız üzərində qurulan modellər bu gün reallıqda dövlət siyasətinə bələdçilik edir.

Qarabağ azad edildikdən sonra professor Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutu bölgənin iqtisadi dirçəlişi üçün nə mümkünsə onu həyata keçirməkdən ötrü tam gücü ilə fəaliyyətə başladı. İnstitutda bununla bağlı ayrıca mərkəz yaradıldı. Onun elmi rəhbərliyi ilə aparılan bir sıra fundamental tədqiqatlar Qarabağa qayıdış potensialının qiymətləndirilməsi, bölgənin iqtisadi potensialı və müqayisəli üstünlükləri, münaqişənin ölkəyə vurduğu iqtisadi zərərin hesablanması kimi aktual məsələləri əhatə edib.

Xüsusilə ADA Universiteti ilə birgə aparılan tədqiqatlar bu sahədə elmi sinerji və institusional əməkdaşlığın ən yaxşı nümunəsidir. Nazim müəllim ortaq layihələrdə təkcə rəhbər olaraq deyil, həm də tədqiqatçı-alim kimi də yaxından iştirak edib. Bu, onun əsl vətəndaş  mövqeyindən irəli gəlir.

Yalnız postkonflikt ərazilərin deyil, ümumilikdə Azərbaycanın digər regionlarının sosial-iqtisadi cəhətdən qiymətləndirilməsi istiqamətində də Nazim müəllimin rəhbərlik etdiyi tədqiqatlar nəzəri və praktiki əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan regionlarının müxtəlif sosial-iqtisadi inkişaf səviyyəsinin qiymətləndirilməsi metodologiyası regional iqtisadi siyasətin formalaşdırılmasında fundamental baza rolunu oynayır.

Bu tədqiqatlar vasitəsilə regionların iqtisadi potensialı, sosial bərabərliyin təmin olunması, subregional siyasətlərin optimallaşdırılması kimi məsələlər elmi əsasda işlənilib və dövlət səviyyəsində qərarların verilməsində istifadə olunub.

Eyni zamanda "Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil" adlı əsərində müxtəlif ölkələrin qiymət siyasətlərini müqayisə etməklə Nazim müəllim dövlət müdaxiləsinin effektivliyi və balanslı tənzimləmənin səmərəliliyi məsələlərinə yeni elmi baxış ortaya qoyub.

Bütün bu nümunələr göstərir ki, alimlik sadəcə elmi dərəcə deyil, fikir yaradan, yol göstərən və məktəb quran bir missiyadır. Nazim müəllim bu missiyanı layiqincə yerinə yetirərək, Azərbaycan iqtisad elminin düşünən beyinlərindən, idarə edən rəhbərlərindən və yüksəkixtisaslı kadr hazırlayan alimlərdən biridir.

Onun yaratdığı elmi məktəb sabahın iqtisadi düşüncəsinin, rasional qərarların və sosial ədalətin elmi dayağı kimi qiymətləndirilməlidir. 


Səmərəli və innovativ idarəetmə


10 ildən artıq müddətdə İqtisadiyyat İnstitutuna rəhbərlik edən Nazim müəllim bu vəzifəyə qədər də ziyalı, alim və cəmiyyət üçün söz sahibi olan şəxsiyyət idi. Amma institut rəhbəri olaraq, onun idarəçilik səriştəsi, təşkilatçılıq bacarığı və insan resursları ilə işləmə üslubu vardır. O, ilk dəfə olaraq institutda elmi fəaliyyətin keyfiyyətinə əsaslanan yeni maliyyələşmə modelini tətbiq edib. Bu model elm adamlarını təşviq edən, fərdi təşəbbüskarlığı və nəticəyönümlülüyü önə çəkən bir sistemə çevrilib. Bu islahatın sayəsində institutda elmi məhsuldarlıq və yaradıcı mühit daha da güclənib. 

Nazim müəllimin qarşıya qoyduğu hədəflərdən biri də institutu ölkənin ciddi beyin mərkəzlərindən birinə çevirməkdir və bu istiqamətdə bütün əhəmiyyətli addımlar atılıb. Yerli və xarici universitetlərlə, dövlət qurumları ilə aparılan sıx əməkdaşlıq sayəsində dövlətə və iqtisadiyyata faydalı olan işlər görülür. O, institut kollektivi üçün təkcə rəhbər deyil, eyni zamanda dost və müəllimdir.  

Nazim müəllim rəhbər olmaqdan ziyadə komanda yoldaşı olmağı bacaran insandır. İstər yaşlı, istər gənc əməkdaşlarla səmimi, bərabərhüquqlu münasibət saxlayır. Tədqiqat layihələrində bəzən özü digərlərindən daha çox çalışır. O, rəhbərliyin yalnız göstəriş vermək olmadığını, məsuliyyəti bölüşmək olduğunu nümunə ilə göstərir.


İnsanlıq nümunəsi


Nazim müəllimin insani keyfiyyətləri onun elmi uğurları qədər dəyərlidir. Onunla ünsiyyətdə olan hər kəs ilk növbədə hörmət, sadəlik və səmimiyyət görür. O, heç vaxt səsini yüksəltməz, heç kəsin qəlbini qırmaz, heç kimi özündən uzaqlaşdırmaz. Əksinə, onun varlığı insanı özünə yaxınlaşdırır, ruhlandırır. O, hamının qəlbinə yol tapmağı bacarır. 

Yaradıcı, fərqli düşünən insanları bir araya gətirib vahid məqsəd ətrafında birləşdirmək və bu birliyi qoruyub saxlamaq   hər rəhbərin bacardığı iş deyil. Amma Nazim müəllim bunu nümunəvi şəkildə bacarır.


Sağlığında qiymət verək insanlara


Hörmətli müəllim-pedaqoq, alim, ziyalı, vətənsevər şəxsiyyət Nazim müəllim yetmiş illik ömrünü elə-belə yaşamadı, yaşatdı, təkcə öyrənmədi, öyrətdi, sadəcə yaşamadı, iz qoydu.

Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edirik! Sizin varlığınız cəmiyyət üçün töhfə, insanlıq üçün nümunə, elm üçün isə dəyərdir.

Dünyaya gəlişiniz kutlu, ömrünüz uzun, varlığınız hər zaman dəyərli olsun, Nazim müəllim!


Tərbiz ƏLİYEV,

iqtisad elmləri doktoru, professor, 


Rəsmiyyə ABDULLAYEVA,

iqtisad elmləri doktoru,


Allahyar MURADOV,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!