Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının
İddiaçı Vəliyev Hacı Fəxrəddin oğlu və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı iş üzrə qərardadı
(iş № 2-1(102)-1781/2025)
Bakı şəhəri 17 iyun 2025-ci il
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası
Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə,
İddiaçı Vəliyev Hacı Fəxrəddin oğlu və digərlərinin (cəmi 702 nəfər) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı "dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və sair" tələblərinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2-1(103)-1226/2025 nömrəli qərardadından iddiaçılar Əhmədzadə Elşən Əziz oğlu və digərləri (cəmi 700 nəfər) tərəfindən kollektiv, habelə iddiaçılar Qasımov Pərviz Müzəffər oğlu və Axundov Tahir Sərxan oğlu tərəfindən fərdi qaydada verilmiş kassasiya şikayətlərinə baxaraq,
müəyyən etdi:
1. İddiaçı Vəliyev Hacı Fəxrəddin oğlu və digərləri (cəmi 686 nəfər), habelə sonradan iddiaçı Novruzov Orxan Rasim oğlu və digərləri (cəmi 16 nəfər, ümumilikdə 702 nəfər iddiaçı - bundan sonra - iddiaçılar) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə, həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla inflyasiyadan qorunan dəyəri olan 40.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) iddiaçı Vəliyev Hacı Fəxrəddin oğlunun və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı "dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və sair" tələbləri barədə iddiaları mümkün sayılmamışdır.
3. Həmin qərardaddan 702 nəfər iddiaçı 16 və 686 nəfərlik qruplarla kollektiv apellyasiya şikayətləri verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadının ləğv, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Ə.Səmədov (sədrlik edən), X.A.Cəmilova və E.Ə.Əliyev) 21 fevral 2025-ci il tarixli, 2-1(103)-1226/2025 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12800/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qərardaddan narazı qalan iddiaçılar Əhmədzadə Elşən Əziz oğlu və digərləri (cəmi 700 nəfər) kollektiv qaydada, iddiaçılar Qasımov Pərviz Müzəffər oğlu və Axundov Tahir Sərxan oğlu isə fərdi qaydada kassasiya şikayətləri ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər.
6. Kollektiv kassasiya şikayətində yalnız Əhmədzadə Elşən Əziz oğlu, fərdi kassasiya şikayətlərində isə hər iki iddiaçılar, yəni Qasımov Pərviz Müzəffər oğlu və Axundov Tahir Sərxan oğlu vəkillə təmsil olunmuşlar. Əhmədzadə Elşən Əziz oğlunun vəkili Yolçiyev Mübariz Xalid oğlu həm də iddiaçı və kassatordur.
7. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə kassasiya şikayəti verən şəxslərin sayının 40 nəfərdən çox olması, kollektiv kassasiya şikayəti verən şəxslərdən Əhmədzadə Elşən Əziz oğlu və vəkili Yolçiyev Mübariz Xalid oğlu istisna olmaqla, 698 nəfərin vəkillə təmsil olunmadıqları, onlara apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair yazılı izahın təqdim edilmədiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 21.1, 21.7 və 21.8-ci maddələri rəhbər tutularaq, kollektiv kassasiya şikayətinə vəkillə təmsil olunmadan imza çəkmiş şəxslərə kassasiya şikayəti vermə qaydası barədə yazılı izah, habelə vəkillə təmsil olunmaqla kassasiya şikayəti vermiş iddiaçılar Əhmədzadə Elşən Əziz oğlu, Qasımov Pərviz Müzəffər oğlu və Axundov Tahir Sərxan oğlu, habelə həm iddiaçı, həm də kassatorun vəkili Yolçiyev Mübariz Xalid oğluna və cavabdehlərə yazılı icraat qaydasında kassasiya şikayətinə baxılması ilə əlaqədar məhkəmə sənədləri (məhkəmə aktından kassasiya şikayəti vermə qaydasına dair izah və məhkəmə bildirişi) mediada dərc olunma yolu ilə təqdim olunmalıdır.
8. İPM-in 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
9. İPM-in 21.1-ci maddəsinə əsasən, məhkəmə aktının 40 nəfərdən çox şəxsə elan edilməsinin tələb olunduğu hallarda, məhkəmə həmin aktın mediada dərc olunma yolu ilə elan edilməsi haqqında qərardad qəbul edə bilər.
10. İPM-in 21.7-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və məhkəməyə çağırış haqqında qərardadlar tam şəkildə elanlar lövhəsindən asılmalı və dərc olunmalıdır.
11. İPM-in 21.8-ci maddəsinə əsasən, məhkəmə aktları və digər məhkəmə sənədləri gündəlik qəzetdə dərc olunduğu gündən 2 həftə sonra təqdim olunmuş sayılır.
12. Həmçinin məhkəmə kollegiyası İPM-in 13-cü maddəsini rəhbər tutaraq, kollektiv kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalamış 698 nəfər iddiaçılara formal xətanın aradan qaldırılması məqsədilə hazırkı qərardadın gündəlik qəzetdə dərc olunduğu gündən 2 həftə sonra hesablanmaqla 20 (iyirmi) gün vaxt verilməsini məqsədəuyğun hesab edir.
13. Göstərilənlərə əsasən və İPM-in 13, 21.1, 21.7 və 21.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
1. İddiaçı Vəliyev Hacı Fəxrəddin oğlu və digərlərinin (cəmi 702 nəfər iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı "dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və sair" tələbləri barədə inzibati mübahisəyə dair iş üzrə Əhmədzadə Elşən Əziz oğlu və digərlərinin (cəmi 700 nəfər) kollektiv kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalamış 698 (altı yüz doxsan səkkiz) nəfər iddiaçılara "məhkəmə aktlarından kassasiya şikayəti vermək qaydası barədə izah" "Azərbaycan" qəzetində dərc edilməklə təqdim edilsin, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində yerləşdirilməklə, həm də inzibati binasının elanlar lövhəsindən asılsın.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kollektiv kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalamış 698 nəfər iddiaçılara formal xətanın aradan qaldırılması məqsədilə hazırkı qərardadın "Azərbaycan" qəzetində dərc olunduğu gündən 2 həftə sonra hesablanmaqla 20 (iyirmi) gün vaxt verilsin.
3. İddiaçılar Əhmədzadə Elşən Əziz oğlu, Qasımov Pərviz Müzəffər oğlu və Axundov Tahir Sərxan oğluna, onların vəkillərinə, həm iddiaçı, həm kassatorun vəkili, həm də kassator Yolçiyev Mübariz Xalid oğluna, habelə cavabdehlərə iddiaçılar Əhmədzadə Elşən Əziz oğlu, Yolçiyev Mübariz Xalid oğlu, Qasımov Pərviz Müzəffər oğlu və Axundov Tahir Sərxan oğlunun verdikləri kassasiya şikayətləri üzrə tərtib edilmiş məhkəmə bildirişləri elektron kabinet vasitəsilə təqdim edilsin.
4. Kollektiv kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalamış 698 nəfər iddiaçıların adlı siyahısı, habelə "məhkəmə aktlarından kassasiya şikayəti vermək qaydası barədə izah" hazırkı qərardada əlavə edilsin.
5. Qərardaddan şikayət verilə bilməz.
İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah
Bu məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədilə hazırlanmışdır. Məlumatın təqdim olunması ilə kassasiya şikayətinin mümkünlüyü üzrə dinlənilmə hüququ təmin edilmiş hesab olunur.
I. Kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir.
* inzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər.
* Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır.
* "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış "elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır.
* Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
II. Kassasiya şikayəti vermək istəyən şəxs vəkillə müqavilə bağlamalı, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməlidir.
* Kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir.
* Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlı olduğunu təsdiq edən müvafiq sübutlar təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəmə aktını aldığı vaxtdan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində ağlabatan müddət ərzində yazılı müraciət edə bilər.
* Şikayət verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
* Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verildiyi güman olunan maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə aydın təsvir edilməli, məhkəmə aktı çıxarılarkən gəlinən nəticənin konkret hansı qanunvericilik normalarına zidd olması göstərilməli, o cümlədən məhkəmə təcrübəsinin vahidliyinin pozulması barədə əsaslandırılmış mövqe ifadə olunmalıdır.
III. Kassasiya şikayəti həm onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
* Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanan şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə olunmalıdır.
* Şikayət hüquqi şəxs tərəfindən verildikdə, onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.
* Müvafiq etibarnaməsi olan vəkil tərəfindən bir elektron imza ilə imzalandığı hallar istisna olmaqla, kassatorun elektron kabineti varsa, kassasiya şikayətini onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil "Elektron məhkəmə" informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə imzalamalıdır.
IV. Kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
* Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
* Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
QEYD: Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
Kassasiya şikayətinin verilməsi qaydası ilə bağlı ətraflı məlumatı Ali Məhkəmənin rəsmi internet səhifəsindən (https://supremecourt.gov.az) əldə edə bilərsiniz.
İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında MƏLUMAT
Bu məlumat kassasiya şikayətinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual və Mülki Prosessual məcəllələrinin müvafiq müddəalarından irəli gələn və şikayət tərtib edilərkən riayət edilməli olan əsas tələbləri əks etdirir. Məlumat inzibati mübahisələrə dair işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından (qərar və ya qərardadlarından) kassasiya şikayəti vermək istəyən şəxsə yardım məqsədilə hazırlanmışdır. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Kassasiya şikayəti verən şəxs şikayətin mümkünsüzlüyünə səbəb olan nöqsanların aradan qaldırılmasına dair sənədləri, məlumatları və ya mülahizəsini kassasiya şikayəti ilə birgə məhkəmə aktını çıxarmış apellyasiya instansiyası məhkəməsinə təqdim etməlidir.
I. KASSASİYA ŞİKAYƏTİ VERMƏK HÜQUQUNA MALİK OLAN ŞƏXSLƏR
1. Yalnız inzibati məhkəmə icraatının iştirakçıları kassasiya şikayəti vermək hüququna malikdirlər.
2. İddiaçı (ərizəçi), cavabdeh və ya məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarıdırlar.
3. Məhkəmə icraatının iştirakçısı olmayan şəxslər apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verə bilməzlər.
4. Məhkəmə icraatının iştirakçısı olmayan şəxslər apellyasiya instansiya məhkəməsinin aktının onların hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdikləri halda, hüquqlarının müdafiəsi üçün İPM-in 28-ci maddəsində təsbit edilmiş hüquqi müdafiə imkanlarından istifadə etməlidirlər. Bunun üçün onlar məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmə ilə bağlı vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidirlər.
II. KASSASİYA ŞİKAYƏTİNİ TƏLƏBLƏRİ TƏMİN OLUNMAMIŞ ŞƏXSLƏR VERƏ BİLƏR
1. Şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca "ziyan çəkməsi" prinsipi tətbiq edilir.
2. İddia (ərizə) tam təmin edildikdə iddiaçı (ərizəçi), tam rədd edildikdə isə cavabdeh kassasiya şikayəti vermək hüququna malik deyil.
3. İddiaçı (ərizəçi) iddianın (ərizənin) təmin edilməmiş hissəsindən, o cümlədən iddianın (ərizənin) mümkün sayılmamasından, cavabdeh isə iddianın (ərizənin) təmin edilmiş hissəsindən kassasiya şikayəti verə bilər.
4. Üçüncü şəxslərin hüquqlarına dair məsələ məhkəmə aktı ilə onların ziyanına həll olunduqda, həmin şəxslər kassasiya şikayəti verə bilərlər.
5. Məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran qanunvericilikdə birbaşa təsbit olunmuş prosessual pozuntularla qəbul edildiyi hallarda da kassasiya şikayəti verilə bilər.
6. İcraat iştirakçıları yalnız müstəqil qaydada mübahisələndirilməsinə yol verilən məhkəmə aktlarından şikayət verə bilərlər.
7. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasıya şikayətinə yol verilmir.
III. KASSASİYA ŞİKAYƏTİNİN VERİLDİYİ MƏHKƏMƏ
1. Kassasiya şikayəti mübahisələndirilən aktı qəbul etmiş müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməlidir.
2. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə kassasiya şikayətinin təqdim edilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
IV. KASSASİYA ŞİKAYƏTİNİN FORMA VƏ MƏZMUNUNA DAİR TƏLƏBLƏR
1. Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderinin əsli şikayətə əlavə edilməlidir.
2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlılığı təsdiq edən müvafiq sübutları təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət edə bilər.
3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə olunmalıdır.
4. Şikayət hüquqi şəxs tərəfindən verildikdə, onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.
Qeyd: Müvafiq etibarnaməsi olan vəkil tərəfindən bir elektron imza ilə imzalandığı hallar istisna olmaqla və kassatorun elektron kabineti varsa, kassasiya şikayətini onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil "Elektron məhkəmə" informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə imzalamalıdır.
5. Şikayət verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
6. Şikayət MPM-ə Əlavə 3-də göstərilən kassasiya şikayətinin formasına dair tələblərə uyğun tərtib edilməlidir.
V. KASSASİYA ŞİKAYƏTİ PROSESSUAL MÜDDƏTLƏRƏ RİAYƏT EDİLMƏKLƏ VERİLMƏLİDİR
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində, məhkəmə qərardadının təqdim olunduğu gündən isə 10 (on) gün müddətində verilməlidir.
2. Müddətinin başlanğıcı məhkəmə aktının şəxsə rəsmi qaydada təqdim olunduğu gündən başlayır. Müddətlərin hesablanmasına və qurtarmasına dair müddəalar MPM-in 128 və 129-cu maddələrində təsbit olunmuşdur. İşdə iştirak edən şəxslər "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinetlərində yerləşdirildyi vaxtdan təqdim edilmiş sayılır. Rəsmi qaydada təqdim edilmənin digər üsulları MPM-in 135-ci maddəsində göstərilmişdir.
3. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə də verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Müddətin ötürülmədiyini güman edən şəxslər bu halı təsdiq edən sübutları təqdim etməlidir.
VI. KASSASİYA ŞİKAYƏTİ HÜQUQUN DÜZGÜN TƏTBİQ EDİLMƏDİYİNƏ VƏ VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİNƏ DAİR DƏLİLLƏR ƏKS OLUNMAQLA ƏSASLANDIRILMALIDIR
1. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
2. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
İddiaçılar Vəliyev Hacı Fəxrəddin oğlu və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və qeyrilərinə qarşı "dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2-1(103)-1226/2025 nömrəli qərardadından 700 nəfər iddiaçı tərəfindən kollektiv, 2 nəfər iddiaçı tərəfindən isə fərdi qaydada kassasiya şikayətləri verilmişdir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 16.3 və 96.4-cü maddələrinə əsasən Ali Məhkəmədə işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacaqdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2-1(102)-1781/2025 nömrəli qərardadı məlumat üçün media vasitəsi ilə sizə təqdim edilməklə bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1226/2025 nömrəli, 2025-ci il 21 fevral tarixli qərardadından 700 nəfər iddiaçının verdiyi kollektiv kassasiya şikayətinə 698 nəfər (adlı siyahı qoşmaya əlavə olunur) vəkillə təmsil olunmadan imza çəkmişlər.
İPM-in 13-cü maddəsini rəhbər tutaraq məhkəmənin yardım etmə vəzifəsi üzrə kollektiv kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalanmış 698 nəfər iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2-1(102)-1781/2025 nömrəli qərardadı və həmin qərardadla birlikdə "Azərbaycan" qəzetində məhkəmə sənədlərinin (məhkəmənin yardım etmə vəzifəsi üzrə hazırkı bildirişi, inzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah və hazırkı bildirişin imzalandığı 698 nəfər iddiaçının adlı siyahısı) dərc edilməsindən 2 həftə sonra hesablanmaqla (qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərtib edilmiş (əsaslandırılmış) vəkillə təmsil olunmaqla, vəkilin orderi əlavə edilməklə, vəkillə birlikdə imzalanmış) yeni kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilməsi üçün 20 (iyirmi) gün vaxt verilir.
Qoşma:
1) Kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalamış (698 (altı yüz doxsan səkkiz) nəfər) iddiaçıların adlı siyahısı 21 vərəq.
2) İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah və adlı siyahı 4 vərəq.
Kassasiya şikayətini vəkillə təmsil olunmadan imzalamış (698 (altı yüz doxsan səkkiz) nəfər) iddiaçıların adlı siyahısı
1) Vəliyev Hacı Fəxrəddin oğlu
2) Zeynalov Sənan Arif oğlu
3) Xıdırov Habil Aydın oğlu
4) Əhmədov Vahid Məmməd oğlu
5) Süleymanova Gülzar Rasim qızı
6) Süleymanova Rəna Ələsgər qızı
7) Rəfiyev Mirzəhəsən Yaqub oğlu
8) Ələsgərova Mətanət Soltanəli qızı
9) Məmmədov Elşən Məmməd oğlu
10) Qurbanov İslah Nurəli oğlu
11) Abdullayeva Mahirə Məmməd qızı
12) Əhmədova Rahilə Nurəli qızı
13) Məmmədova Şərqiyə Rizvan qızı
14) Məmmədov Kamal Elşən oğlu
15) Şəmşiyev Eldar Kamaləddin oğlu
16) Məmmədova Lüküsə Alipaşa qızı
17) Məmmədov Kamil Qəmbər oğlu
18) Şirinova Cəvahir Rüstəm qızı
19) Əhmədov Rəşad Vaqif oğlu
20) Yusubov Sübhan Sabit oğlu
21) Məmmədova Dilbər Cəbrayıl qızı
22) Məmmədov Vasif Asif oğlu
23) Anayeva Gülzadə Məmmədrasul qızı
24) Dərişova Sabirə Həsən qızı
25) Qaçayeva Zərifə Sərdar qızı
26) Nəsirov Müseyib Xəlil oğlu
27) Zeynalova Leyla Sabir qızı
28) Həsənova İradə Camal qızı
29) Həsənov Eldar Hüseyn oğlu
30) Ayazlı Asim Ayaz oğlu
31) Məhərrəmov Bəhruz Şəmsəddin oğlu
32) İdrisli Türkan Zeyid qızı
33) Orucov Aysel Məlikməmməd qızı
34) Hüseynov Oruc Fərman oğlu
35) Rəhimova Ziba Hacıhüseynovna
36) Hüseynova Vüsalə Arif qızı
37) Hüseynli Sevil Oruc qızı
38) Abasova Arzu Hüseynağa qızı
39) Abasov Günel İslam qızı
40) Eyvazov Nurəddin Mərkəz oğlu
41) Haqverdiyev Rövşən Nəcim oğlu
42) Əliyeva Əfruzə Gülbala qızı
43) Əliyev Emil Abuzər oğlu
44) Məmmədova Aidə Qasım qızı
45) Məmmədov Ədalət Eyvaz oğlu
46) İsmayılova Zeynəb Cabbar qızı
47) Aslanova Nigar Tərlan qızı
48) Əsədov Adil Əli oğlu
49) Quliyeva Məlahət Mehti qızı
50) Bayramov Cavanşir Arif oğlu
51) Mövsümov Miri Əli oğlu
52) Əkbərova Pərvanə Xanlar qızı
53) Əhmədov Əfqan Calal oğlu
54) Aslanov Vahid Zahid oğlu
55) Muxtarova Tovuz Zakir qızı
56) İmranova Məhluqə Ədil qızı
57) Quliyev Tərlan Xanağa oğlu
58) Cabbarova Sahilə Tahir qızı
59) Hacıyeva Lətifə Neymət qızı
60) Cabbarov Tahir Həsən oğlu
61) Muxtarov Əjdər Sabir oğlu
62) Qəhrəmanlı Orxan İsrəfil oğlu
63) Haxveriyev Yavər Əvəz oğlu
64) Əhmədov Abbas Nəbi oğlu
65) Əliyev Fariz Tofiq oğlu
66) İmranov Fərid Muxtar oğlu
67) İmranova Nərgiz İxtiyar qızı
68) İmranova Rəfiqə Balaca qızı
69) Tahirov Mehti Qurban oğlu
70) Haqverdiyev Mətləb Rasim oğlu
71) Haqverdiyeva Vüsalə Rasim qızı
72) İsmayılova Ülviyyə Malik qızı
73) Heydərova Rahilə Xəlil qızı
74) İsmayılova Ləman Malik qızı
75) Əhmədov Qurban Cabbar oğlu
76) Nəcəfova Nailə Mir Rəhim qızı
77) Həsənov İbrahim Şükür oğlu
78) İbrahimova Xəyal Siyavuş oğlu
79) Səfərov Cəfər İdris oğlu
80) Rəcəbov İbrahim Ağaxan oğlu
81) Rəcəbov Əflan Nurbala oğlu
82) Əliyev Əfqan İlyas oğlu
83) Həsənzadə Ətir İrəhman qızı
84) Həsənov Çingiz Kamal oğlu
85) Həsənova Mahirə Saleh qızı
86) Məmmədov Şaiq Tofiq oğlu
87) Tağıyev Fərhad Rüstəm oğlu
88) İsmayılova Adilə Məhəmməd qızı
89) Əhmədov Etibar Musa oğlu
90) Ağakişiyeva Zülfiyyə Sabir qızı
91) Atayeva Valeh Kamal oğlu
92) Sadıqov Məhərrəm Fərman oğlu
93) Abbasov Rəfail Cəfər oğlu
94) Qurbanov Vasif Ələsgər oğlu
95) Əliyeva Solmaz Saleh qızı
96) Məmmədov Fərhad Bədəl oğlu
97) Şəfi-zadə Bəxtiyar Aslan oğlu
98) Dadaşova Sevinc Hacı qızı
99) Şəfi-zadə Elnura Xəlfəli qızı
100) Atayeva Səmayə Abdulla qızı
101) Bayramova Gülayə Mahmud qızı
102) Quliyeva Şəlalə Rəhim qızı
103) Həsənov Saydın Əli oğlu
104) Qurbanov Elmir Ələsgər oğlu
105) Quliyeva Xatirə Elmixan qızı
106) Zeynalov Rəfail Heydər oğlu
107) Səfərova Rəhimə Mirzəbala qızı
108) Nuriyeva Zeynəb Rəhmətulla qızı
109) Əliyev Camaləddin İxtiyar oğlu
110) Bağışov Ağali Əlhüseyn oğlu
111) Zeynalova Gülxar Məmməd qızı
112) Rəcəbov Sədrəddin İsmayıl oğlu
113) Məhərrəmova Aşura Baloğlan qızı
114) Məmmədov Eldar Şahab oğlu
115) Məmmədov Mehdi Eldar oğlu
116) Əliyev Qalib Abuzər oğlu
117) Quliyeva Kəmalə Şiraslan qızı
118) Quliyev Xeyrulla Şiraslan oğlu
119) Hacıyeva Zibeyda Şiraslan qızı
120) Quliyev Rəşad Xeyrulla oğlu
121) Quliyev Sulduz Şiraslan oğlu
122) Quliyeva Kamilə Şiraslan qızı
123) Hacıyeva Günay Fazil qızı
124) Hacıyev Elgün Fazil oğlu
125) Panəliyeva Ruxsara Allahverən qızı
126) Panəliyev Böyükağa Bilə oğlu
127) Məmmədova Şövkət Cəbrayıl qızı
128) Əhmədova Turan Seyfəddin qızı
129) Eyvazova Kəmalə Mahmud qızı
130) Əliyev İsrafil İslam oğlu
131) Camalov Könül Əli qızı
132) Məmmədov Sevindik Adil oğlu
133) Kazımova Mirvari Sadıx qızı
134) Abdullayeva Ceyran Abdulla qızı
135) Kazımova Samirə Adil qızı
136) Kazımov Elvin Sadıx oğlu
137) Rüstəmov Ramiz Həsən oğlu
138) Nəsibova Reyhan Mehti qızı
139) İsmayılov Alpaşa Qara oğlu
140) Nəsibova Kifayət Mehti qızı
141) Əsədova Rəsmiyyə Hafiz qızı
142) Abdurahmanova Sevda Rəşid qızı
143) Abdurahmanova Könül Rəşid qızı
144) Qocayeva Tamilə Namaz qızı
145) Məmmədli Altun Mais oğlu
146) Məmmədov Elməddin Eldar oğlu
147) Məmmədova Xəyalə Eldar qızı
148) Əliyeva Sevda Əhməd qızı
149) Rüstəmov Nəcəf Sabir oğlu
150) Rüstəmov Şahmar Sabir oğlu
151) Əliyeva Nisə Sevindik qızı
152) Əliyev Ayaz Yunis oğlu
153) Əliyev Firuz Ayaz oğlu
154) Əliyev Eyvaz Ayaz oğlu
155) Əliyeva Əzizə Ayaz qızı
156) Babasüleymanov Etibar Şamil oğlu
157) Səfərova Elnaz Sadıq qızı
158) Xəlilov Elməddin Tapdıq oğlu
159) Cəfərov Mahir Eldar oğlu
160) Qasımov Məhəmməd Binnət oğlu
161) Təqəvi Kəlcahi Şəbnəm Abbas Əli qızı
162) Musayeva Şahnaz Xanlar qızı
163) Əhmədova Xalidə Şaban qızı
164) Həsənova Aydan Abbas Əli qızı
165) Musayev Əhməd-Kamal İman oğlu
166) Qurbanov Nicat Saleh oğlu
167) Bədəlova Naibə Əlimansur qızı
168) Hidayətova Tamilə Şabəddin qızı
169) Hümbətova Solmaz Hidayət qızı
170) Süleymanova Elminaz Hidayət qızı
171) Əhmədov Hacı Mirzəhüseyn oğlu
172) Səfərov Zaur Cəfər oğlu
173) Əliyev Rafiq Məmmədağa oğlu
174) Cəfərov Araz Məhəbbət oğlu
175) Əliyeva Ulduzə Rafiq qızı
176) Əbdüləhmədov Qafar Sərdar oğlu
177) Quliyev Zamiq Təhməz oğlu
178) Əbdüləhmədova Gülşən Rasim qızı
179) Qaffarov Anar Əflatun oğlu
180) Quliyev Təhməz İmran oğlu
181) Əliyev Hafiz Ayaz oğlu
182) Cəfərov Eldar Tahir oğlu
183) Abdullayev Salman İbrahim oğlu
184) Məmmədova Rəna Əliskəndər qızı
185) Məmmədova Aygün Ayaz qızı
186) Heydərova Günay Ayaz qızı
187) Məmmədov İlqar Abdulla oğlu
188) Əliyeva Gülənbər Mir Yusif qızı
189) Məmmədova Nahidə Qurban qızı
190) Muxtarova Vüsalə Mətləb qızı
191) Qurbanov Saleh Nurəli oğlu
192) Qurbanova Gülşəndə Qəzənfər qızı
193) İmranov Muxtar Həsən oğlu
194) Babayeva Ərkinaz Nadir qızı
195) Əlizadə Qabil İsmayıl oğlu
196) Atayev İlham Yusif oğlu
197) Məmmədzadə Esmira Əsgər qızı
198) Əhmədzadə Ziyad Əfqan oğlu
199) Umarova Xaisə Umar qızı
200) Rəcəbova Tünzalə İslam qızı
201) Rzayev Ceyhun Yadigar oğlu
202) Rzayeva Kəmalə Şükür qızı
203) Məmmədov Tarix Aşur oğlu
204) Vahabova Həyat Tarix qızı
205) Umuyev Səhrab Sədi oğlu
206) Məmmədova Milvari Məmmədiyyə qızı
207) Abbasov Zakir Bilal oğlu
208) Mehdiyeva Rəsmiyyə Zakir qızı
209) Mehdiyev İltifat Məmmədoğlu
210) Saadova Pərvanə Əliəşraf qızı
211) Rəhimov Elşad Ehtiram oğlu
212) Əsgərova Təranə Mustafa qızı
213) Aslanəyov Nizami Sulaydinoviç
214) Mustafayev Vaqif Həybulla oğlu
215) Bayramova Rəsmiyyə Əjdər qızı
216) Əsgərov Hacı Yəhya oğlu
217) Əsgərov Elvin Tasim oğlu
218) Bayramov Rafət Süleyman oğlu
219) Bayraniv Süleyman Rafət oğlu
220) Kamranlı Pərviz Elmar oğlu
221) Qurbanova Şəlalə Xaliq qızı
222) Eybatov Həmid Musa oğlu
223) Yusufova Zümrüd Yusuf qızı
224) Murtuzayeva Sevinc Vaqif qızı
225) Məmmədov Qalib Qardaşxan oğlu
226) Həsənov Həsən Hüseyn oğlu
227) Əliyev Hidayət Həsən oğlu
228) Həsənova Könül Həsən qızı
229) Qədirov Rafiq Tofiq oğlu
230) Məmmədov Təhmiraz Xanış oğlu
231) Abasova Məlahət Abas qızı
232) Abduləzizov Rövşən Nazim oğlu
233) Əhmədova Elmir Elman oğlu
234) Əhmədova Simarə Kərəm qızı
235) Hacıyeva Bəsti Mehdi qızı
236) Səmədova Səidə Hüseyn qızı
237) Əliyev Vidadi Fürsət oğlu
238) Musayev Xalid Musa oğlu
239) Xəlilova Çiçək Tofiq qızı
240) Qəşəmli Qorxmaz Əsgər oğlu
241) Qasımov Mərhəməd Məhəmməd oğlu
242) Qasımov Məhəmməd Əvəz oğlu
243) Fətullayev Etibar Bayram oğlu
244) Kərimova Xuraman Mustafa qızı
245) Muradova Yasəmən Ramiz qızı
246) Muradov Natiq Həsən oğlu
247) Hümmətov İbrahim Zəkəriyevə oğlu
248) Əliyev Məhərrəm Həmid oğlu
249) Əlili Şahin Məhərrəm oğlu
250) Əlili Elnur Məhərrəm oğlu
251) Hümmətova Gülyanaq Kamil qızı
252) Nəcədov Tahir Bəşir oğlu
253) Abdullayeva İradə Ramazan qızı
254) Abbasova Albina İslam qızı
255) Şirinova Mahirə Sabir qızı
256) Nurməmmədov Xaliq Yaqub oğlu
257) Hümmətov Hasil İbrahim oğlu
258) Cumayzadə Toğrul İmran oğlu
259) Cumayeva Ruxsarə Yusif qızı
260) Cumazadə İbrahim İmran oğlu
261) Heydərova Rəhimə Xəlil qızı
262) Absalamova Şahin Fəzail oğlu
263) Ləmbəranlı Rövşən Rəşid oğlu
264) Vəlizadə Şəhriyar Rövşən oğlu
265) Abbasov Fərman Elşən oğlu
266) Abbasov Elşən Zakir oğlu
267) Heydərov Fərid Ruslan oğlu
268) Məmmədov Vahid Hüseyn oğlu
269) Məmmədova Yeganə Vahid qızı
270) Məmmədov Rövşən Xalid oğlu
271) Salmanov Kamran Elbrus oğlu
272) Osmanova Ruhəngiz Məhəmmədhəsən qızı
273) Osmanlı Ayşən Vidadi qızı
274) Abbasov Bəxtiyar Niyazi oğlu
275) Paşayeva Həcər Alı qızı
276) Şahbazov Akif Yaşar oğlu
277) Rəhimov Rəşad Ehtiram oğlu
278) Kərəmova Samirə Rüstəm qızı
279) Rəhimova Naibəxanım Məlikheydər qızı
280) Nurəliyev Zülfüqar Məhəmməd oğlu
281) Nurəliyeva Tahirə Nəriman qızı
282) Kosayeva Mətanət Adil qızı
283) Əliyev Calal Məhərrəm oğlu
284) Hüseynov Mirfateh Mirhəsən oğlu
285) Eyvazlı Sədi Nəsir oğlu
286) Xəlilov Ənvər Vasif oğlu
287) Salahov Bəhram Sadiq oğlu
288) Süleymanov Elnur Eldar oğlu
289) Məmmədova Elmira Məsim qızı
290) Məmmədov Mais Həsənəli oğlu
291) Qanbayev Tural Əlvan oğlu
292) Abdullayev Abdulla Fərman oğlu
293) Ağayev Midhəd Əli oğlu
294) Hüseynov Anar Rafiq oğlu
295) Qasımov Əli Fərman oğlu
296) Yusibova Nailə Muxtar qızı
297) Yenqalçeva Rumiya Əliyevna
298) Rzayev Nurağa Həsənağa oğlu
299) Vəliyeva Tünzalə Qismət qızı
300) Qarayev Əli Qurban oğlu
301) Cananova Tahirə Məmməd qızı
302) Rzayev Səlahətdin Əli Niyaz oğlu
303) Rzayeva Marina Əlisəfa qızı
304) Əliyev Musa Baləli oğlu
305) Abdullayeva Aynur Ramiz qızı
306) Əliyeva Yevgeniya Əliyevna
307) Abdullayev Nizami Saleh oğlu
308) Fətullayeva Şəhrun Etibar oğlu
309) Hüseyinov Kamal Qəşəm oğlu
310) Balayeva Zülfiyyə Yasin qızı
311) Salahov Aslan Qəhrəman oğlu
312) Balayev Talek Mayis oğlu
313) Hüseynova Həyat Şahgözəl qızı
314) Əkbərov Namiq Qismət oğlu
315) Hüseynov İlham Vahab oğlu
316) Əsədov Əmrah Bahadır oğlu
317) Vəliyev İzafət Vəli oğlu
318) Abbasova Məlahət Abbas qızı
319) Abbasov Araz Teymur oğlu
320) Nəsirov Ağaverdi Dadaş oğlu
321) Babayeva Qaratel Məstalı qızı
322) Babayev Nail Qaşqay oğlu
323) Kamalova Pərizadxanım Kamal qızı
324) Əliyeva Seda Məcid qızı
325) Məmmədov Sultan Nadir oğlu
326) Allahverdiyev Eyvaz Əziz oğlu
327) Əliyeva Abidə Şəki qızı
328) Kazımov Mahir İbrahim oğlu
329) Fəhradi Firuzə Quli qızı
330) Əliyeva Aynurə Əlyar qızı
331) Şəfiyeva Mədinə Qasım qızı
332) Ələsgərov Eynur Bəxtiyyar oğlu
333) Rəsulov Nicat Eldar oğlu
334) Rəsulov Şahin Eldar oğlu
335) Cumayev İmran İbrahim oğlu
336) Səfərova Sahilə Bəxtiyar qızı
337) İsgəndərova Səbinə İntiqam qızı
338) Rəhimov Ehtiram Rəhim oğlu
339) Məmmədova Qönçə Musa qızı
340) Əsgərova Afət Aydın qızı
341) Teymurov Faiq Canhəsən oğlu
342) Mustafayev Emil Sahib oğlu
343) Məmmədov Aşur Cabbar oğlu
344) Səfərova Mətanət Lətif qızı
345) Zeynalova Yaqut Kamran qızı
346) Zeynalov Elşən Kamran oğlu
347) Məlikov Yusif Davud oğlu
348) Quluzadə Vahid Babakişi oğlu
349) Həşimov Nurəddin Dayandur oğlu
350) Quluzadə Zümrüd İsmayıl qızı
351) Məmmədova Mahirə Abbas qızı
352) Əliyev Anar Adil oğlu
353) Qurbanova Şəlalə Kamran qızı
354) Şəfiyeva Zəhrə Məmmədəli qızı
355) Salahova İradə Ramiz qızı
356) Sadıqova Nazqədəm Seyfiəli qızı
357) Həsənli Mədinə Asəf qızı
358) İsmayılov Akif Musa oğlu
359) Kərimov Vüqar Vəlyəddin oğlu
360) Muradova Şəbnəm Əziz qızı
361) Bahadirov Balaş Qiyasəddin oğlu
362) Allahverdiyeva Fatma Əskər qızı
363) Abdullayev Tural Əliyusif oğlu
364) Aşurova Bənövşə Adıgözəl qızı
365) Süleymanov Ramil Əziz oğlu
366) Süleymanova Səbinə Aqif qızı
367) İsmayılova Zafta Əsədullah qızı
368) Təsilov Ruzigar Muxtar oğlu
369) Həmidova Səadət Ramiz qızı
370) Hüseynova Şabəyim Alabbas qızı
371) Nəcəfova Gülşən Nadir qızı
372) Abbasova Əsmə Mustafa qızı
373) Abbasov Nadir Məmmədəli oğlu
374) Əhmədova Svetlana Novruz qızı
375) Şamionova Nuriye Şakirovna
376) Abbaslı Kamran Vidadi oğlu
377) İbrahimli İbrahim Ruhiz oğlu
378) İbrahimov Ruhiz Çingiz oğlu
379) Rəsulova Məlahət Allahverdi qızı
380) Hüseynov Elçin Məhərrəm oğlu
381) İbrahimova Fatimə Ruhiz qızı
382) Məmmədzadə Aytac Kənan qızı
383) Hüseynova Rəfiqə Firudin qızı
384) Hüseynov Anar Qəhraman oğlu
385) İbrahimova Kəmalə Abasqulu qızı
386) Əliyeva Nigar Fazil qızı
387) Əliyev Fazil Bəhlul oğlu
388) Əliyev Nazim Fazil oğlu
389) Orucov Allahqulu Əkbər oğlu
390) Oruclı Elnurə Cavanşir qızı
391) Mirzəyev Ənvər Çərkəz oğlu
392) İsmayılov Sahil Malik oğlu
393) Mirzəyeva Sevda Çəkrəz qızı
394) Qəhrəmanova Sevinc Alı qızı
395) Qurbanova Aytac Kamran qızı
396) Məmmədova Arzu Cavad qızı
397) İdrisli Tacəddin Cəfər oğlu
398) Alıyev Çovdar İsmayıl oğlu
399) Aliyev Nəciməddin Covdar oğlu
400) Zeynalova Vəfa Babakişi qızı
401) Zeynalov Elvin Valeh oğlu
402) Qəhrəmanova Sevinc Sabir qızı
403) Kazımova Sonra Hüseynqulu qızı
404) Vəlizadə Vəli İzafət oğlu
405) Qəhrəmanova Sona Yəhya qızı
406) Bayramova Sərvan İlham oğlu
407) Bayramov İlham Nadir oğlu
408) İbrahimova Nigar Akif qızı
409) İbrahimova Arzu Mükafat qızı
410) Əliyeva Nuriyyə Bahadır qızı
411) İbrahimov Rövşən Akif oğlu
412) İbrahimova Mələk Aslan qızı
413) Orucova Aypara Vəli qızı
414) Bakayeva Qərinə Rahman qızı
415) Səfərova Nübar Səfər qızı
416) Heybətova Fərqanə Adil qızı
417) Novruzov Valeh Məhəmmədəli oğlu
418) Heybətov Bahadır Adil oğlu
419) İminov Turqay Eldarbəy oğlu
420) Əliyeva Kəmalə Akif qızı
421) Kələntərli Lalə Akif qızı
422) Kələntərli Aydan Anar qızı
423) İminova Nailə İsgəndər qızı
424) Məmmədova Günay Tariyel qızı
425) Əliyeva Ofelya Rəsul qızı
426) Fətullayeva Vüsalə Əyyub qızı
427) Talıbova Mətanət Qismət qızı
428) Rzayeva Dürdanə Qismət qızı
429) Bəndəliyev İsa Kərəm oğlu
430) Hüseynov Rövşən Eldar oğlu
431) Kazımov Sadik Əzim oğlu
432) Kazımova Solmaz Dədəkişi qızı
433) Absalamov Fəzael Ağasalam oğlu
434) Absalamova Sevda Məzahim qızı
435) Absalamov Şəhri Fəzail oğlu
436) Absalamova Şəbnur Əlirza qızı
437) Sadıqova Gülşən Elçin qızı
438) Absalamova Elnurə İxtiyar qızı
439) Azaylı Xəzər İlham oğlu
440) Azaylı Ayla İlham qızı
441) Nurməhəmmədi Sevda Qəhraman qızı
442) Hüseynov Eynul Abbas oğlu
443) Tağıyeva Ceyran Aydın qızı
444) Abdullayev Elnur Xəqani oğlu
445) Mehtiyeva Türkan Adil qızı
446) Mehdiyeva Fatma Aydın qızı
447) Hacıyev Rauf Nürəddin oğlu
448) Rezai Mirqasım Mirələskər oğlu
449) Mirzəyeva Asiya Nəsiri qızı
450) Abasov Əflatun Əşrəf oğlu
451) Abbasova Aytac Əflatun qızı
452) Cəfərova Yasəmən İmran qızı
453) Allahverdiyev Zakir Fərəc oğlu
454) Nəcəfova Şövkət Ənvər qızı
455) Şəfiyeva Rəna Nəsri qızı
456) Əliyeva Aysel Ənvər qızı
457) Rəcəbov Rüfət Fikrət oğlu
458) Mustafayev Xosrov Heybulla oğlu
459) Nağıyev Vaqif Saleh oğlu
460) Nağıyev Akif Saleh oğlu
461) Quliyeva Lalə İsmayıl qızı
462) Səfərova Günay İzafət qızı
463) Hüseynova Zənfirə Filağa qızı
464) Hüseynli Kənan Rövşən oğlu
465) Fərəcova Aynurə Rövşən qızı
466) Hüseynli Aytac Araz qızı
467) Qasımova Həmayə Qabil qızı
468) Qasımov İlqar Cəfər oğlu
469) Orucova Müşgünaz Teymur qızı
470) Fərəcova Nubar Eldar qızı
471) Sadıqov Elfan Məhərrəm oğlu
472) Sadıqova Ülkər Məmməd qızı
473) Sadıqova Aydan Elfan qızı
474) Sadıqova Dilbər Rəsul qızı
475) Sadıqov Fərid Elfan oğlu
476) Kərimova Aytəkin Məhərrəm qızı
477) Kərimova Aişə Siracəddin qızı
478) Kərimov Siracəddin Allahverdi oğlu
479) Axundova Gülnar İsfəndiyar qızı
480) Sadıqov Emin Fərman oğlu
481) Sadıqov Emil Emin oğlu
482) Vəliyeva Xanbikə Eldar qızı
483) Quliyeva İlduza Mehti qızı
484) Vəliyeva Şəfəq Eldar qızı
485) Quliyev Ruslan Savalan oğlu
486) Qasımov Cəfər Bərxuda oğlu
487) Orucov Teymur Hüseyn oğlu
488) Orucova Lamiyə Qabil qızı
489) Quliyeva Nəzirə Əkbər qızı
490) Çələbiyeva Ruhəngiz Əlibala qızı
491) Çələbiyev Cavid Namiq oğlu
492) Həsənzadə Vüqar Çingiz oğlu
493) Məmmədov Fərhad Bədəl oğlu
494) Rzayeva Cəmilə Novruz qızı
495) Məmmədov Kənan Abdulla oğlu
496) Azayev İlham Qəribağa oğlu
497) Azayeva Qolşat İsmaqilovna
498) Azayeva Şəlalə Seyfəddin qızı
499) Təsilov Misir Muxtar oğlu
500) Əliyeva Nuranə Məmməd qızı
501) Quliyev İlham Vahid oğlu
502) Orucov Cavanşir Firudin oğlu
503) Orucova Təranə Məmməd qızı
504) Əliyev Fərman Qurban oğlu
505) Aslanov Tarix Məhəmməd oğlu
506) Əliyev Adil Əli Əsgər oğlu
507) Nağıyev Rasim Saleh oğlu
508) İsrayılov Telman Vasif oğlu
509) Əlizadə Fətəli Etibar oğlu
510) Nağıyev Ruslan Rasim oğlu
511) Vəliyev Rövşən Gülməmməd oğlu
512) Vəliyev Teymur Zahid oğlu
513) Allahquliyev Bayram Allahqulu oğlu
514) Vəliyeva Aysel Zahid qızı
515) Vəliyev Zahid Fərux oğlu
516) Vəliyeva Sara Mıhəmməd qızı
517) Cavadov Salman İsa oğlu
518) Şahverdiyev Badruddin Üzeyir oğlu
519) Məmmədova Şirmayə Sədi qızı
520) Dadaşzadə Aqil Ağaverdi oğlu
521) Məmmədov Elnur Qardaşxan oğlu
522) Qəhrəmanov İmaməddin Sarı oğlu
523) Əhmədov İmran Vəliyəddin oğlu
524) Məmmədova Nailə Tenqız qızı
525) Mustafayeva Elnarə Ənvər qızı
526) Aliyeva Tükəzban Məmməd qızı
527) Kərimov Mübariz Gülağa oğlu
528) Musayeva Həqiqət Qüdrət qızı
529) Alıyeva Xəyalə Məmməd qızı
530) Musayev Dağıstan Qurban oğlu
531) Muxtarova Gülər Mətləb qızı
532) Mustafayeva Gövhər Əli Muxtar qızı
533) Ələkbərzadə Mehriban Ağakərim qızı
534) Məmmədova Kəbirə Abdulla qızı
535) Əliyeva Telnaz Mənəf qızı
536) Rzayev Əmrah Azər oğlu
537) Rzayev Zaur Azər oğlu
538) Rzayev Azər Ələs oğlu
539) Nərimanzadə Elza Oruc qızı
540) Nərimanzadə Qətibə Nəriman qızı
541) Fərəczadə Musa Rövşən oğlu
542) Əliyeva Xanım Bəydabə qızı
543) Əliyev Pərviz Xanoğlan oğlu
544) Gülməmmədova Xəzəngül Kərəm qızı
545) Veyisov İsmayıl Həbib oğlu
546) Vahabova Sevinc Möhür qızı
547) Qurbanova Nərmin Adil qızı
548) Qurbanov Arif Adil oğlu
549) Qurbanova Fatma Nadir qızı
550) Əhmədova Saqibət İbrahim qızı
551) Hüseynova Leyla Eynul qızı
552) Allahverdiyev Arif Nüsrət oğlu
553) Fərəcov Rövşən Eldar oğlu
554) Əfrasiyablı Arif Əyyub oğlu
555) Ağayeva Zərifə Eldar qızı
556) Cəfərov Səxvətulla Əminulla oğlu
557) Quluzadə Ətirxanım Əliəkrəm qızı
558) Hacıyev Sahib Fikrət oğlu
559) Əsədov Fərəc Firuddin oğlu
560) Əsədli Cabbar Firudun oğlu
561) Əsgərov İsmayıl Ağakişi oğlu
562) Əsgərova Solmaz Elçin qızı
563) Ömərov Gülsəf Osman oğlu
564) Sadıqov Qardaşxan Dadaş oğlu
565) Sadıqova Ləyaqət Məcnun qızı
566) Əliyeva Esmira Tariyel qızı
567) Quliyeva Pərvanə Ramiz qızı
568) Zülfüqarova Əminbikə Ağalı qızı
569) Zülfüqarov Oktay Buxsay oğlu
570) Əzməmmədov Elnur Oruc oğlu
571) İbrahimxəlilov Siyavuş Sabir oğlu
572) Nağıyev Vüsal Vaqif oğlu
573) Bağırov Ədalət Əkbər oğlu
574) Məmmədova Sahibə Sabir qızı
575) Nəbiyev Vüsal Hüseyn oğlu
576) Musayev Yavər Hüsü oğlu
577) Alqayev Mübariz Umar oğlu
578) Qulizadə Mirsadiq Taleh oğlu
579) Abdullayev Mirzağa İbrahim oğlu
580) Musayeva Nuranə Nüsrət qızı
581) Eldarlı Elgün Bəydabə oğlu
582) Şirinov Hünər Əli oğlu
583) Əkbərov Nüsrət Qismət oğlu
584) Əkbərova Kəmalə Nizami qızı
585) Tağıyev Samit Sahib oğlu
586) Tağıyeva Validə Nəzər qızı
587) Əhmədova Bikə Dəryanur qızı
588) Qurbanov Ramil Əbülfət oğlu
589) Muxtarlı Vüqar Telman oğlu
590) Quliyev Ağakişi Rəcəb oğlu
591) Məmmədova Nəzakət Yasər qızı
592) Rəhimova Xırda Əziz qızı
593) Bayramova Aygün Oqtay qızı
594) Bayramlı Nəzrin Seymur qızı
595) Rəhimova Şəhla Əbdürəhim qızı
596) Hüseynova Tamara Elxan qızı
597) Hüseynov Seymur Elxan oğlu
598) Astanova Sara Akif qızı
599) Astanov Xəyal Təyyub oğlu
600) Hüseynov Sabir Elxan oğlu
601) Məmmədova Mədinə Elçin qızı
602) Nadirli Lalə İbrahim qızı
603) Əsədov Ceyhun Fərəc oğlu
604) Əsədova Sevinc Bəxtiyar qızı
605) Əsədov Yavər Müzəffər oğlu
606) Quliyev Məhəmməd Fərman oğlu
607) Bəşirova Kifayət Bayram qızı
608) Bəşirov Məhəmməd Bəşir oğlu
609) Baxşaliyeva Sucaət Bayram qızı
610) Məhərrəmov Şükür Telman oğlu
611) Hacıyev Zahid Rzaqulu oğlu
612) Quliyev Nazim Həmid oğlu
613) Əhmədov Məhərrəm Məmməd oğlu
614) Qasımov Kamal Hüseynxan oğlu
615) Muradov Həsənağa Yusif oğlu
616) Qasımov Etibar Qəzənfər oğlu
617) Uğurluyev Rahim Uğurlu oğlu
618) İbrahimova Nailə Mehralı qızı
619) Mahmudov Mahmud Müğdət oğlu
620) İbrahimov Seymur Fazil oğlu
621) Qasımov Fəzail Qəzənfər oğlu
622) Axundov Yusif Mustafa oğlu
623) Axundova Minarə Sərxan qızı
624) Axundova Familə İsi qızı
625) Axundova Mətanət Tofiq qızı
626) Axundov Zilfiqar Qaffar oğlu
627) Məmmədzadə Rauf Arif oğlu
628) Səfərova Rəhilə Ənvər qızı
629) Abuşov Səyyad Xanhüseyn oğlu
630) Axundzadə Sadiq Nəsir oğlu
631) Axundov Nəsir Sərxan oğlu
632) Axundova Afaq İxtiyyar qızı
633) Axundova Xalidə Asif qızı
634) Gülməmmədova Ruhiyyə İsbəndiyar qızı
635) Mahmudov Məhəmməd Bəndali oğlu
636) Əliyev Aydın Məhəmməd oğlu
637) Axundov Mayıl Qaffar oğlu
638) Axundov Bahəddin Nizami oğlu
639) Axundzadə Qorqud Tahir oğlu
640) Axundova Turanə Niyazi qızı
641) Məmmədova Aygün Yusif qızı
642) İbrahimov Fazil Nəriman oğlu
643) Mahmudova Mələk Şıldır qızı
644) Mahmudov Xəyal Mahmud oğlu
645) Əliyev Araz Aydın oğlu
646) Quliyev Əyyub Allahverdi oğlu
647) Əsədov İlqar Ağaqulu oğlu
648) Nağıyev Aqif Saleh oğlu
649) Əliyev Həsən Abdullətif oğlu
650) Həsənov Emin Mikayil oğlu
651) Əliyeva Səyarə Xankişi qızı
652) Cavadova Füruzə Əbil qızı
653) Əhmədov Mürvət Məmməd oğlu
654) Hüseynova Sovet Nəsibalı qızı
655) Abdullayeva Tamara Əmirulla qızı
656) Quliyeva Nazilə Vəliq qızı
657) Vəliyev Bəydabə Eldar oğlu
658) Mehdizadə Gülşən Kamal qızı
659) Əliyev Nazim Baləli oğlu
660) Abdullayev Namizət Allahverdi oğlu
661) Cəfərli Fəxrəddin Müşviq oğlu
662) Qafarov Aydın Hacıbaba oğlu
663) Quliyev Ülvi Vahid oğlu
664) Qəhrəmanov Elmar Məharət oğlu
665) Yusubov Firqət İsmayıl oğlu
666) Babayev Nazim Mayis oğlu
667) Qasımova İradə Əsgər qızı
668) Əhmədova Könül Etibar qızı
669) Məmmədzadə Tural İsmayıl oğlu
670) Behbudova Əzizə Yusif qızı
671) Fərziyev Elnur Teymur oğlu
672) Fərziyev Seymur Teymur oğlu
673) Cəfərova Starə Hüseyin qızı
674) Muradov Nicat Natiq oğlu
675) Cəfərli Pərvanə Talib qızı
676) Musayev Əlimirzə Musarza oğlu
677) Rüstəmova Tamila İslamovna
678) Rüstəmov Rəcəb Cəmşid oğlu
679) Muxtarov Aydın Həsən oğlu
680) Rüstəmov Rauf Rəcəb oğlu
681) Əskərov Rafiq Hacıağa oğlu
682) Hacıyeva Xatirə Vaqif qızı
683) Əkbərova Zülfiyyə Alı qızı
684) Məmmədov Həsənəli Hafiz oğlu
685) Bayramov Səyyad İbrahim oğlu
686) Aslanbəyov Nizami Sulaydinoviç
687) Novruzov Orxan Rasim oğlu
688) Qasımov Ayaz Tofiq oğlu
689) Abbasov Qismət Abbas oğlu
690) Abdullayev Bakir Allahqulu oğlu
691) Tağıyev Aslan Varis oğlu
692) Şıxıyev Orxan Mübariz oğlu
693) Niyazov Yusif Həsrət oğlu
694) Dünyamaliyev Qəzənfər Vəli oğlu
695) Həsənov Sucəddin Şəmməd oğlu
696) Məmmədov Aslan Məmməd oğlu
697) İsmayılov Əlimusa Əli oğlu
698) Əliyev Baris Rəfail oğlu