23 Fevral 2022 03:20
822
Mədəniyyət
A- A+
Aləmdə səsi qalan yazıçı

Aləmdə səsi qalan yazıçı

 

Arabir evinin məhəccərinə söykənib olub-keçənləri gözləri önünə gətirirdi. Düşünürdü ki, sanki bambaşqa dünyadan gəlib. Gözlərini yumub o aləmə qayıdırdı.

...1930-1931-ci dərs ilinin başlanmasına az qalır. Qara çadralı, üzü rübəndli Seyid Rübabə nəvəsi Əzizxanımın əlindən tutub “Çadrovı” deyilən küçə ilə (indiki Mirzağa Əliyev küçəsi) Mirzə Fətəli Axundov küçəsinin tinində yerləşən 38 saylı orta məktəbə gedir. Məktəbin direktoru Allahverdi Bakıxanovun otağına girirlər. Allahverdi müəllim məktəbə gələn birincilərin qeydiyyatını aparırdı. Növbə balaca Əzizxanıma çatır. Allahverdi müəllim Seyid Rübabədən uşağın adını soruşur. Onun yerinə dilli-dilavər qız cavab verir:

- Adım Əzizxanımdır, - deyir. 

- Bəs familiyası nədir? - Allahverdi müəllim Seyid Rübabə ilə Əzizxanımın ona mat-məəttəl baxdıqlarını görüb istər-istəməz soruşur: - Deyirəm, babasının adı nədir?

 Seyid Rübabə bilmirdi, qızı Böyükxanımın həyat yoldaşı Məmməd Cəfər oğlunun soyadı Musayevdir. Uşağın babasının adını soruşurdular, o da cavab verir:

- Cəfər.

- Hə, onda yazırıq Cəfərova Əzizə.

Balaca Əzizxanım etiraz edir:

- Yox, mən Cəfərzadəyəm, Əzizə Cəfərzadə.

Nəvəsinin adını yazdırıb evə qayıdan Seyid Rübabə yolboyu uşağın adının Əzizxanım yox, Əzizə kimi qeyd olunması barədə düşünür, ürəyində götür-qoy edirdi. Əzizxanım adı onlar üçün çox əzizdi.

İki böyük nəslin - Şamaxının sonuncu xanı Mustafa xanla, ocağı ziyarətgah sayılan Mir Ağası Ağanın nəslini davam etdirən Seyid Rübabənin dünyaya gətirdiyi doqquz övladın biri, bu balaca qızın anası Böyükxanım uzunömürlü olmuşdu. Böyükxanım özündən 16-17 yaş böyük Məmmədə gəlin gedəndə Seyid Rübabə düşünürdü ki, bundan sonra təsəllisi yeganə qızının övladları olar. Ancaq onun ilki Nurcahan da vəfat edir. 1921-ci ilin 29 dekabrında - Fatimeyi-Zəhranın vəfatı günündə Böyükxanımın bir qızı da olur. Seyid Rübabə əhd eləyir: “İlahi, bu uşağı uzunömürlü elə, hər il Fatimeyi-Zəhranın vəfatı günü üç gün mərsiyə deyərəm”.

Yaxın qohumlar bir yerə toplaşırlar. Uzun məsləhətdən sonra bu əziz uşağa Əzizxanım adını verirlər.

Anası kimi Böyükxanımın da ürəyi baladağlı olur. O da yeddi övladının dördünü körpə ikən torpağa tapşırdı. Bu dilavər qızla, iki oğlu - dörd yaşlı Məmməd və bir yaşlı Əhməd bu dünyadakı ən böyük təsəllisi, ümidi olur.

Bu qorxulu illərdə fürsət tapıb ərəb dilini, Qurani-Kərimi öyrətmək istəyəndə də balaca Əzizənin nadincliyindən az çəkmədilər. Qızı əvvəlcə Şəkili Axund kimi tanınan Axund Hacı Fərəcullahın yanına apardılar. Onun dəcəlliyi ilə bacarmayan axundun halına acıyan Böyükxanım qızı bu dəfə şamaxılı Şeyxülislam Həkimzadənin yanına gətirdi. O, uşağa ərəb əlifbasını, ərəb və fars dilini öyrətdi. Quranı-Kərim barədə bilgilərini təkmilləşdirən isə anası oldu. Təhsil üzü görməmiş Seyid Rübabə də nəvəsinə başqa cür müəllimlik edirdi. Bir vaxtlar eşitdiyi, hafizəsində qoruyub-saxladığı duaları, tarixi əhvalatları, nağılları öyrədirdi ona.

Babası Kərbəlayi Əliheydər üçüncü dəfə Kərbəlaya ziyarətə gedəndə vəfat etmişdi. Atası Məmməd isə hələ Bakı Komissarları Soveti vaxtı Şamaxının Tağılı kəndinə (indi Hacıqabul rayonunun ərazisi hesab olunur) köçmüşdü. O vaxt çox israr etsə də, Böyükxanım kəndə getməyə razılıq verməmişdi.

 1935-ci ildə Seyid Rübabə İranda yaşayan qardaşı nəvəsinin toyuna gedir. Elə o gedən olur. Seyid Rübabə geri dönə bilmir. Böyükxanımın həyatının ən çətin günləri onda başlayır. Artıq texnikum tələbəsi olan on dörd yaşlı Əzizə işə düzəlir. Sonra makinaçılıq kursuna qəbul olur. Oranı bitirib əvvəlcə “Bolşevik neftçi” adlı qəzetdə, sonra “Maarif-mədəniyyət” jurnalında işləyir.

1937-ci ildə Əzizənin “Ədəbiyyat və incəsənət” qəzetində ilk hekayəsi dərc edilir. Əsər evlər idarəsi işçisinin lotereyada bəxti gətirmiş vətəndaşı  aldatmasından, pulunu ələ keçirmək üçün özünü Əzrayıl kimi təqdim etməsindən, sonunda isə fırıldağının qurbanına çevrilməsindən bəhs olunurdu.

Ölkədə tuthatutlar başlanmışdı. Qorxu, xof insanları sevinməyə qoymurdu. Bu ərəfədə ilk hekayəsi çıxmışdı Əzizənin. O vaxt qəzetlərdə əsər çap etdirmək asan məsələ deyildi. Üstəlik, belə gənc qız üçün bu, böyük uğur sayılırdı.

Həmin il ona pasport da verildi. Bu dəfə də sənədində doğum yerini düzgün yazmadılar. Əzizə sonradan öyrəndi ki, pasportunda doğum yerinin Bakı yox, Şamaxı kimi yazılmasının səbəbkarı qonşuluqlarında yaşayan evlər idarəsinin işçisi Kərim dayıdır. O düşünüb ki, əgər qızın atası da, anası da şamaxılıdırsa, deməli, özü də oralıdır.

Əzizə uşaqlıqdan mütaliə həvəslisi idi. Müəllimləri onun bu yaşında böyük kitablar oxumasından şikayətlənirdilər. Ancaq o illər SSRİ məkanında yaşayan gənclər sınaq təyyarəçi Çkalova bənzəmək istəyirdilər. Əzizə də onlardan biri idi. 1941-ci ilin əvvəllərində Bakıda aviaklub açıldı. Məhəllələrində yaşayan həmyaşıdlarıyla bərabər, o da aviakluba getdi. İlk sınaqlardan uğurla çıxdı. Həkimlərin verdiyi rəy də qənaətbəxş idi. Sonra rəisin özü onlarla bir-bir söhbət edəcəkdi. Növbə Əzizəyə çatdı. Rəis qarşısındakı balacaboylu qızı diqqətlə nəzərdən keçirdi: “Ay qız, yeri get, böyü”, - dedi. Əzizənin göylərdə uçmaq arzusu beləcə ürəyində qaldı.

Həmin il müharibə başladı. Məktəblər müəllimsiz qaldı. Əzizə Ağsu rayonunun Çaparlı kəndinə müəllim təyin olundu.

Çaparlıdan qayıdandan sonra Azərbaycan Dövlət Universitetinə daxil oldu. Üç dəfə məktəbdən çıxarıldı. Axır ki ekstern yolu ilə imtahan verib məktəbi bitirdi.

İlk kitabı 1948-ci ildə çapdan çıxmalı idi. “Hekayələr”in sınaq nüsxələrini mətbəədə görən tənqidçi Cəlal Məmmədovun qəzetdə məqaləsi işıq üzü gördü. Bu zaman Moskvada ədəbi mühit yenə dumanlandı. Sovet həqiqətlərini düzgün tərənnüm etmədiyinə görə Zoşşenkoya, əsərlərindəki salon lirikasına görə Axmatovaya qarşı tənqidi çıxışlar başlandı. Ardınca Bakıda da buna bənzər ssenarilər hazırlandı. Azərbaycanın Axmatovası Əzizə Cəfərzadə oldu. Onun “Hekayələr” kitabının sınaq nüsxələri yandırıldı. Əzizə bundan sonra daha çox elmi sahəyə meyil etdi.

1951-ci ildə kiçik qardaşı, 17 yaşlı universitet tələbəsi Əhmədin Stalinə yazdığı şeir ələ keçdi. Həbs edilərək sürgünə göndərildi.

1955-ci ildə uşaqkən eyni məhəllədə yaşadığı, aviasiya məktəbinə qəbul olunmaq üçün bir yerdə imtahan verdiyi, artıq peşəkar təyyarəçi olan Məmmədlə qarşılaşdı. Onun evlənmək təklifini qəbul etdi. Məmməd Kamçatkaya işləməyə göndəriləndə Əzizə də onunla getdi.

Əzizə Cəfərzadə alim idi, tarixi romanlar yazmaq ustası idi. Cild-cild əsərlərini, elmi araşdırmalarını görənlərə elə gəlirdi ki, bu qadının ev işləri görməyə vaxtı qalmır. Amma o, Seyid Rübabədən, Böyükxanımdan görüb-götürdüklərini unutmurdu.

İlk kitabının sevincini 1963-cü ildə ya

şadı. Sonralar neçə-neçə əsəri çap olundu. Onlar Əzizə Cəfərzadəyə yalnız sevinc gətirmədi. Tarixi romanlarına görə yazıçını tənqid edənlər, faktları təhrif etməkdə günahlandıranlar az deyildi. Ən çox Şah İsmayıl Xətaiyə həsr etdiyi “Bakı 1501” romanına görə başı ağrıdı.

Kirovun heykəli qoyularkən Çəmbərəkənd qəbiristanlığı dağıdılanda Əzizəgil atalarının məzarını Tağılı kəndinə apardılar. Böyükxanım da axır günlərində vəsiyyət etdi: “Məni o kənddə dəfn eləyin”. Əzizənin anasından qabaq da səması gedib o qəbiristanlıqda yurd salmışdı. Onun da son mənzili Tağılı olacaqdı. Həyat yoldaşı Məmməd bilirdi bunu. Əzizəyə “Sən harada, mən də orada” deyirdi. Tale elə gətirdi ki, 1995-ci ildə kənddə qonaq olduqları vaxt o, insult keçirdi. Tağılıda gözlərini əbədi yuman Məmməd orada da dəfn olundu. 1999-cu ildə Əzizənin böyük qardaşı Məmməd, bir il sonra isə Əhməd həmişəlik köçdü Tağılı məzarlığına. 2003-cü ilin 4 sentyabrında isə Əzizə Cəfərzadə bu dünyadan ayrılaraq həsrətini çəkdikləri əzizlərinə qovuşdu.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!