18 Mart 2024 21:47
210
CƏMİYYƏT
A- A+

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

 

Martın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailəm könüllüləri” proqramı çərçivəsində iştirak edən könüllülərin mükafatlandırılma mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova könüllülük fəaliyyətinin gənclərin bilik və bacarıqlarının artırılmasında, dünyagörüşlərinin genişlənməsində rolunu vurğulayıb.

“Ailəm könüllüləri” proqramının 2021-ci ildən həyata keçirildiyini xatırladan komitə sədri könüllülər təşkilatının həyata keçirdiyi proqramlarda könüllülərin iştiraklarını və xüsusi fərqlənmələrini nailiyyət kimi qiymətləndirib. O, könüllülərin Komitənin fəaliyyətində yaxından iştiraklarının peşə seçimləri zamanı onların mövqelərinin möhkəmlənməsinə də töhfə olacağını vurğulayıb.

Qeyd edilib ki, könüllülər fəaliyyətləri ilə ölkəmizdə baş verən həm milli, həm də beynəlxalq səviyyədə proseslərdə iştirak hüququ və təcrübə qazandılar.

Qoşulmama Hərəkatının Bakıda keçirilən yüksək səviyyəli konfransından bəhs edən Bahar Muradova könüllülərin tədbirin fəaliyyətinə cəlb edilməsinin xüsusilə yaddaqalan olduğunu vurğulayıb.

B.Muradova bildirib: “İnanıram ki, burada öyrəndikləriniz seçdiyiniz peşə vasitəsilə dövlətə, xalqa, ayrı-ayrı insanlara, ehtiyacı olan şəxslərə xidmət üçün sizi öz əqidənizdə, mövqeyinizdə daha da möhkəmlənməyə imkan yaradacaq”.

AQUPDK-nın sədr müavini Aynur Sofiyeva könüllülərin aktual mövzularda layihə təşəbbüsləri ilə çıxış etmələrini yüksək qiymətləndirib. A.Sofiyeva məzun könüllülərin bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inandığını deyib.

Daha sonra Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov proqram çərçivəsində könüllülərin fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, ötən ilin noyabr ayında “Ailəm könüllüləri” proqramı çərçivəsində növbəti könüllülük proqramına start verilib. Müraciət edənlərdən 29 gənc müsahibə ilə seçilərək könüllü fəaliyyətə cəlb edilib. R.Mahmudov 3 ay davam edən proqram çərçivəsində könüllülərin Komitə tərəfindən təşkil edilən, eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə müxtəlif universitetlərdən könüllülük proqramına qoşulan tələbələr fikirlərini bölüşüblər. Tələbələr ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Görüş müzakirələrlə davam edib. Sonda könüllülük fəaliyyətini uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video