13 Sentyabr 2011 12:09
445
İQTİSADİYYAT
A- A+
Ağdaşlı fermerlər məhsul bolluğu yaratmaq üçün əzmlə çalışırlar

Ağdaşlı fermerlər məhsul bolluğu yaratmaq üçün əzmlə çalışırlar

 

Ağdaş rayonunda istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşür. Əkin-səpin və biçin işlərini lazımi səviyyədə yerinə yetirmək üçün rayonda fermerlərə hər cür şərait yaradılır. Bunun nəticəsidir ki, bu il onlar bir çox uğurlu göstəricilərə nail olublar.

Elə götürək taxılçılığı. 10313 hektar buğda sahəsindən 26.5 min ton məhsul yığılıb, hər hektarın məhsuldarlığı 25,7 sentnerə çatıb. 5296 hektar biçilmiş arpa sahəsindən isə hər hektarın məhsuldarlığı 23.4 sentner olmaqla, 12,5 min ton məhsul istehsal edilib. Ümumiyyətlə, 2010-cu illə müqayisədə bu il Ağdaş taxılçıları 1.8 min ton çox taxıl istehsal ediblər. Biçin zamanı 62 kombayndan kifayət qədər səmərəli istifadə olunduğuna görə heç bir itkiyə yol verilməyib.

Ağdaşda bitkiçilik məhsullarının istehsalına da diqqət artırılır. Rayon ərazisindəki şoranlaşmış torpaqlarda çəltik əkininə xüsusi əhəmiyyət verilir. Mütəxəssislərin bildirdiyinə görə, çəltik əkinindən sonra növbəli əkindən yaxşı nəticələr gözləmək mümkündür. Məhz bu amil nəzərə alınaraq Ağdaşın şoranlaşmış torpaqlarında çəltik əkininə üstünlük verilir və neçə ildir ki, həmin sahələrdən yüksək məhsul götürülür. Çəltikçiliklə məşğul olan fermerlər bildirirlər ki, dənli bitkilərdən tez yetişən çəltik çox məhsuldar bitkidir. Hazırda rayonun çəltik sahələrində aqrotexniki qulluq işləri davam etdirilir, məhsul yetişmək üzrədir.

Ağdaşın iqlim şəraiti tərəvəzçilik, o cümlədən faraş və örtülü tərəvəz məhsulları yetişdirilməsi üçün çox əlverişlidir. Digər bölgələrə nisbətən burada tərəvəz 25-30 gün tez yetişir. Ağdaş RİH başçısının aqrar məsələlər üzrə müavini Fərhad Əliyevin verdiyi məlumata görə, faraş tərəvəzin istehsalının artırılması, istehsal olunan məhsulun ixracının genişləndirilməsi məqsədilə cari ilin məhsulu üçün 422.5 hektar sahədə tərəvəz əkilib. Hazırda məhsul yığımı davam edir və ilin sonuna bol məhsul istehsalı gözlənilir.

Rayonda bostan məhsulları, kartof, meyvə istehsalının artırılmasına xüsusi əhəmiyyət verilir. 1161 hektar kartof, 1302 hektar qarğıdalı, 235 hektar pambıq, 114 hektar lobya, 1470 hektar bostan sahəsinə fermerlər yüksək məhsul götürmək ümidi ilə baxırlar.

Meyvəçiliyə də rayonda yetərincə maraq var. Qarşıya məqsəd qoyulub ki, bu il meyvə bağlarının bərpası, yeni bağların salınması, meyvə ixracının yüksək səviyyədə təşkili işlərinə diqqət daha da artırılsın. Qeyd edək ki, 1394 hektar mövcud meyvə bağlarının 1156 hektarı bar verəndir.

Bundan başqa, maldarçılığın inkişafı üçün möhkəm yem bazası yaradılması məqsədilə 2488 hektar qarğıdalı, 12630 hektar yonca əkilib. Hazırda ərazilərdə qaba yem tədarükü davam edir.

Kənd təsərrüfatı işlərində suvarma məsələsi vacib amildir. Bu işin öhdəsindən gəlmək üçün Ağdaş Suvarma Sistemləri İdarəsi kanallarda lildən təmizləmə tədbirlərini vaxtında başa çatdırır. İdarənin istifadəsində 1538,1 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Daşqın və selə qarşı da tədbirlər unudulmur, buldozerlər vasitəsilə Türyançay məcrasında müvafiq təmizləmə işləri  görülür.

Pirəzə Mexaniki Suvarma İdarəsi Kür və Türyançay çaylarında quraşdırılmış 22 dizel və 13 elektrik nasos stansiyaları vasitəsilə Ağdaş və Yevlax rayonlarının 11 kəndinin 9650 hektar əkin sahələrinin mexaniki üsulla suvarılmasının öhdəsindən bacarıqla gəlir.

Bəli, Ağdaşda kənd təsərrüfatı işlərinin həyata keçirilməsinə kompleks yanaşılır. Yüksək məhsul istehsalı məhz belə tələb edir. Bakıda keçirilən kənd təsərrüfatı yarmarkalarına 90 tondan çox yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının göndərilməsi də görülən işlərin üzağardan göstəricisidir.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!